Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1997/2023 14.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, şəhid Fərid Həsənov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 657 nömrəli qeydiyyat vəsiqəsinin və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin adına Abşeron rayonu, Masazır kəndi, şəhid F.Həsənov küçəsində qeyri-yaşayış binası 22 avqust 2005-ci il tarixdə 657 reyestr nömrəsi ilə qeydə alınmışdır. Lakin 657 nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon Masazır bələdiyyə sədrinin 30 iyun 2005-ci il tarixli, 25 saylı sərəncamı əsasında verilmiş həmin qeyri-yaşayış sahəsinin texniki pasportunda yanlış olaraq adı Ərizəçi Bahadur oğlu kimi yazılmışdır. O, həmin torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, 657 nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon Masazır bələdiyyə sədrinin 30 iyun 2005-ci il tarixli, 25 saylı sərəncamı əsasında verlimiş həmin qeyri-yaşayış sahəsinin texniki pasportunda ata adı sənəddə səhv getmişdir. O, həmin səhvin aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, həmin səhvlərin düzəldilməsi İdarənin səlahiyyətləri xaricindədir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. O təsdiq edir ki, Abşeron rayonu, Masazır kəndi, şəhid Fərid Həsənov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 657 nömrəli qeydiyyat vəsiqəsi və həmin qeyri-yaşayış sahəsinin texniki pasportu qardaşı Ərizəçi məxsusdur. Mülki işin materiallarında olan AZE ******** saylı, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 055652 saylı, xx.xx.2014-cü il tarixli vəsiqənin surətindən müəyyən edilir ki, Ərizəçi İİ qrup əlildir (Azərbaycan Respublikasının müdafiəsi zamanı). Mülki işin materiallarında olan 507172 saylı, xx.xx.1980-ci il tarixli pasportdan görünür ki, X1 xx.xx.1931-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 25 saylı sərəncamından görünür ki, Ərizəçi ticarətlə məşğul olmaq üçün dəmir köşkün yerində mişar daşı ilə mağazanın tikintisi məqsədilə 16 kv.metr torpaq sahəsi ayrılmışdır. Mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixli, 657 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, şəhid F.Həsənov küçəsindəki qeyri-yaşayış sahəsi Ərizəçi Bahadur oğluna məxsusdur. Bu əmlaka dair texniki pasport da Ərizəçi Bahadur oğlunun adına tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 657 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibi ilə bağlı texniki səhvin aradan qaldırılması barədə xx.xx.2023-cü il tarixli müraciətə İdarədə baxılmışdır. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 657 nömrəli qeydiyyat vəsiqəsi və Abşeron rayon Masazır bələdiyyə sədrinin 30 iyun 2005-ci il tarixli, 25 saylı sərəncamında göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən hüquq sahibinin ata adı arasında uyğunsuzluq var. Texniki səhvin aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 25 saylı sərəncamı ilə Ərizəçi ticarətlə məşğul olmaq üçün dəmir köşkün yerində mişar daşı ilə mağazanın tikintisi məqsədilə 16 kv.metr torpaq sahəsi ayrılmışdır. Sonradan o, əmlaka dair qeydiyyat vəsiqəsi və texniki pasport almış, lakin bu sənədlər tərtib edilərkən texniki səhv edilərək hüquq sahibinin ata adı Barxudar əvəzinə Bahadur yazılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayonu, Masazır kəndi, şəhid Fərid Həsənov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair 657 nömrəli qeydiyyat vəsiqəsinin və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Masazır kəndi, şəhid F.Həsənov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair 657 nömrəli qeydiyyat vəsiqəsinin və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1997/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1997/2023
14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver