Məhkəmə qərarları › İş №2(012)-2001/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2001/2024

28.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2001/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********05010 olan sayğaca qanunsuz olaraq hesablanmış 9192,96 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********05010 olan qaz sayğacından istifadə edir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə iddiaçıya məxsus abonent kodu **********05010 olan sayğaca xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt; xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və ümumilikdə 9192,96 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar, qeyri-qanuni qaz xətti vastəsilə istifadə olunduğu aşkar olunması qeyd olunmuşdur. 2023-cü ilin hər ayı Cavabdeh İB-nin əməkdaşları bilərəkdən İddiaçı adına olan sayğaca qərəzli olaraq cərimə aktları yazmışlar. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən yaşayış evində iki ildən artıqdır ki, yaşayış yoxdur. Anası xərçəng xəstəsi olduğu üçün iddiaçı əmisinin yanına köçmüş, 2023-cü ilin fevral-oktyabr ayları iddiaçı sözügedən evdə olmamış və təbii qazdan istifadə edən olmamışdır. İddiaçı Cavabdeh İB Abşeron rayonu, Hökməli qəsəbəsində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, iddiaçının yaşadığı ərazidə yerləşən çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. İddiaçı Cavabdeh İB-yə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı müraciət etsə də idarə tərəfindən iddiaçıya heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən iddiaçı məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən sayğacdan kənar xətt aşkar olunmuş, həmin sayğaca görə 10 akt deyil, 15 akt tərtib edilmiş, həmin aktlar əsasında iddiaçıya təqribən 10250 manat məbləğində cərimə borcu hesablanmışdır. Bildirir ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğac ilə bağlı sonuncu dəfə 2024-cü ilin mart ayında akt tərtib edilmişdir və həmin sayğacın işlək vəziyyətdə olmasına baxmayaraq mart ayından iddiaçının təbii qazdan istifadəsi ilə bağlı sərfiyyat qeydə alınmamışdır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 iyun 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 iyul 2023cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 oktyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış (abonent kodu: **********05010) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur. İş materiallarında olan 11 may 2024-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə (abonent kodu: **********05010) 9624,96 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə abonent kodu **********05010 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6324,48 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 440,64 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 328,32 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 146,88 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 198,72 manat məbləğində olmaqla, ümumilikdə 9192,96 manat cərimə hesablanmışdır. Bundan əlavə cavabdeh təşkilatın nümayəndəsi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 6324,48 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 440,64 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 475,20 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 328,32 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 164,16 manat məbləğində; xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 198,72 manat məbləğində hesablanmasını məhkəmədə əsaslandıra bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən,ADSEA tərəfindən verilmiş xx.xx.2024cü il tarixli abonent kartından və internetdən istifadə ilə bağlı saldodan görünür ki, hazırda mübahisələndirilən aktlar tərtib edildiyi tarixlərdə, yəni 2023-cü ilin mart-oktyabr aylarında iddiaçının yaşadığı evdə sudan, elektrik enerjisindən və internetdən istifadə ilə bağlı sərfiyyat qeydə alınmamış və sözügedən evdə yaşayış olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki,bu faktların özü həmin aktların əsassız olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış cərimə borcunun silinməsini xahiş etsə də, iş materiallarında xx.xx.2023-cü il tarixli aktın mövcudluğu ilə bağlı hər hansı sənəd mövcud deyildir və bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı (abonent kodu: **********05010) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt; xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından, həmçinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın mövcud olması müəyyən edilmədiyindən 9192,96 manat məbləğində cərimə borcundan xx.xx.2023-cü il tarixli, ******* saylı aktına əsasən hesablanmış 146,88 manat saxlanılmaqla, qalan 9046,08 manat borc silinməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqların müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı hqqında” AR Qanunun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (döndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tanı ödənildikdən sonra, qaz. paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz. paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq həyata keçirilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 110,46 (yüz on manat, qırx altı qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********05010) Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 9046,08 manat cərimə silinsin. Cavabdehndən 110,46 (yüz on manat, qırx altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar