Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2004/2024 03.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il təvəllüdlü X10 onun doğma oğludur. Onlar bütün ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 8/10 ünvanında qeydiyyatda olmaqla yanaşı, həm də ki yaşayırlar. xx.xx.2004-cü il təvəllüdlü oğlu Nicat anadangəlmə orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Oğlu Nicatın bu xəstəliyinə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Oğlu tamamilə qabiliyyətsizdir və daim nəzarət və köməyə ehtiyacı vardır. Bu günə kimi oğlunun müalicəsi üçün bir çox həkimlərə xəstəxanalara müraciət etmişlər. Lakin oğlunun səhhətində yaxşıya doğru heç nə baş verməmişdir. Artıq oğlu yaşa dolduqca onun səhhəti daha da ciddiləşir və daha çox köməyə ehtiyac duyur. Bir ana kimi hər daim oğlumun yanında ona qulluq və xidmət edir. Oğlunun 18 yaşı tamam olduğu üçün ona köməkçi təyin olunmalıdır. Oğlu fəaliyyət qabiliyyətsiz olduğu üçün o qeydiyyatları üzrə Abşeron RİH-nə rəsmi şəkildə ərizə ilə müraciət edərək, anadan gəlmə ortadəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliklərindən əziyyət çəkən oğlu xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsi və onun övladına patronaj (köməkçi) təyin olunmağı barədə sərəncam qəbul edilməsini xahiş etmişdi. Abşeron RİH tərəfindən ona xx.xx.2024-cü il tarixli məktub göndərildi və AR MM-nin 33.4cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Bu səbəbdən Komissiya, sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Ərizəçi izahatında göstərmişdir ki, oğlunda anadangəlmə orta dərəcəli əqli gerilik vardır. Ekspert rəyi ilə razıdır. Ərizəsinin təmin edilməsini xahiş etmşdir. Ərizəçi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ərizənin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirmiş və ekspert rəyini əsas götürərək ərizənin təmin olunmasına etiraz etməmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasında onun iştirakı mümkün olmamışdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 317.2. maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mehdiabad qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 089352 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X11 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Cahangirova” soyadı verilmişdir. - Mehdiabad qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ № 636558 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 48 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, anası Ərizəçidır. -Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 3284 saylı arayışdan görünür ki, X6 atipik autizm, orta kəmağıllıq F84.1; F71 diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2017-ci il tarixli, 3620 saylı arayışın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi PSM-nin gündüz stasionarında müalicədə və müayinədə olmuşdur. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2718 saylı arayışdan görünür ki, Ərizəçi, X10, X2 rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, ev 8/20 ünvanında yaşayır. -Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-C-128-099/2023 saylı məktubundan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə Ərizəçi ünvanladığı ərizəyə Abşeron rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət abiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Bu səbəbdən Komissiya sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. -Səhiyyə Nazirliyi Məhkəmə X9 X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1410 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə. X5 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunur. Bunu anamnestik məlumatlar erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, Psixi Sağlamlıq Mərkəzində, X3 və SN Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - adekvat ünsiyyətə daxil ola bilməməsi, diqqətinin dayanıqsızlığı, mülahizələrinin qeyri-yetkin və primitiv olması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma və ümumiləşdirmə-ayırma funksiyaları zəif inkişaf etməsi, əhavli-ruhiyyəsinin dəyişkənliyi, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarından, ərizəçinin izahatından, mülki iş materiallarına əlavə edilmiş arayışdan, müəyyən olunur ki, X10 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” psixi xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin edilmiş, psixiatrik ekspertiza üzrə alınmış xx.xx.2024-cü il tarixli, 1410 saylı rəydə X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı, buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması nəticəsinə gəlinmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən əsas sübut növü kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə psixiatrik ekspertizanın rəyini əsas sübut kimi nəzərə alıb işin yuxarıda tədqiq edilən hallarına və qanunun qeyd edilən tələblərinə əsasən, hesab edir ki, ərizəçinin oğlu-xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 321.2. maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov