Məhkəmə qərarları › İş №2(012)-2009/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2009/2022

20.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2009/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan, mülkiyyət hüququ RX seriyalı ******* nömrəli çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,069 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinə dair tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda 5 rəqəmi ilə nömrələnmiş 13,11 kvadrat metrlik qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,069 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 1 fərdi yaşayış evi və 4 qeyri-yaşayış sahəsi mövcuddur. Daşınmaz əmlaka dair texniki pasportda mübahisəli qeyri-yaşayış sahəsi 5 rəqəmi ilə nömrələnmişdir. Həmin qeyri-yaşayış sahəsinin ölçüsü 13,11 kvadrat metr təşkil edir. 2014-cü ildə cavabdehlə həmin qeyriyaşayış sahəsini 20000 manat qiymətləndirilməklə alğı-satqısı üçün razılaşmışlar. O, həmin qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermiş, cavabdeh isə ona cəmi 5000 manat pul ödəmiş, lakin pulun yerdə qalan hissəsini ödəməkdən imtina etmişdir. Bu barədə dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. O, cavabdehə 5000 manat pulu geri qaytaracağını bildirərək mübahisəli əmlakdan çıxmasını tələb etmişdir. Lakin bu qanuni tələbi cavabdeh yerinə yetirməmişdir. Cavabdeh qanunsuz hərəkətləri barədə Abşeron RPİ-nin X1 müraciət etmiş, lakin aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilmiş və müraciəti nəticəsiz qalmışdır. Nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nizami küçəsindəki 0,069 ha torpaq sahəsində yerləşən 1 saylı ev İddiaçı mülkiyyətindədir. Onun adına bu daşınmaz əmlakın texniki pasportu 06 sentyabr 2012-ci il tarixdə tərtib edilmişdir. Texniki pasportdan görünür ki, torpaq sahəsində fərdi yaşayış evi ilə yanaşı 4 ədəd qeyri-yaşayış sahəsi də mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,069 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi (xx.xx.2012-ci il tarixli, **********64- 10301 saylı texniki pasport nəzərə alınmaqla) ilə Cavabdeh faktiki istifadə etdiyi qeyriyaşayış sahəsi eyni deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,069 ha torpaq sahəsi yerində ölçüləri ilə üst-üstə düşür. Cavabdeh faktiki istifadə olan 16.52 kv.metr qeyri-yaşayış sahəsi tam olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,069 ha torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5377 saylı rəyindən görünür ki, Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.069 ha torpaq sahəsində yerləşən hər hansı qeyri-yaşayış sahəsinin (xx.xx.2012-ci il tarixli, **********64-10301 saylı texniki pasport nəzərə alınmaqla) Cavabdeh faktiki istifadə etdiyi qeyri-yaşayış sahəsi ilə eyni olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.069 ha torpaq sahəsinin yerində ölçüləri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə olan 16,52 m2 qeyri-yaşayış sahəsinin tam olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,069 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nizami küçəsindəki 0,069 ha torpaq sahəsində yerləşən 1 saylı ev İddiaçı mülkiyyətindədir. Onun adına bu daşınmaz əmlakın texniki pasportu 06 sentyabr 2012-ci il tarixdə tərtib edilmişdir. Həmin texniki pasportdan görünür ki, torpaq sahəsində fərdi yaşayış evi ilə yanaşı 4 ədəd qeyri-yaşayış sahəsi də mövcuddur. Hazırda İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan, mülkiyyət hüququ RX seriyalı ******* nömrəli çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,069 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinə dair tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda 5 rəqəmi ilə nömrələnmiş 13,11 kvadrat metrlik qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisənin daha obyektiv və ədalətli həll edilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı ilə məlum olmuşdur ki, Cavabdeh faktiki istifadə olan 16,52 kv.metrlik qeyri-yaşayış sahəsi tam olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,069 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə qiymətləndirib, qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı sübuta yetirildi ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən qanuni əsas olmadan istifadə edir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının pozulması mənasına gəlir ki, həmin hal qanunla qadağandır. Ona görə də iddiaçının iddia tələbi qismən təmin edilməli, Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,069 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,069 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis tədqiqatı üçün ödənilmiş 95 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar