Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2009/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən qaz sərfiyyatına görə hesablanmış qanunsuz məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********29960 olan sayğaca qanunsuz olaraq hesablanmış 777,60 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********29960 olan qaz sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********29960 olan sayğaca ******* saylı akt tərtib edilmiş və ümumilikdə 777,60 manat dəymiş ziyana görə cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə aşkar edilmiş nöqsan kimi G-4 markalı 1002AQ**********0 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi qeyd edilmişdir. Köhnə sayğac xx.xx.2023-cü il tarixdə yeni sayğac ilə əvəz olunmuşdur. Belə ki, iddiaçının sözügedən aktdan sayğac yenisi ilə əvəz edildikdən bir müddət sonra xəbəri olmuşdur. Cavabdeh dəymiş ziyanın bərpasına dair tələbnamədə G-4 markalı 1002AQ**********0 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsini qeyd etmişdir. Hansı ki, həmin plasmas borunu deşmək üçün sayğacın plombunu qırmaq və onun içərisinə müdaxilə etmək mümkündür. Ancaq iddiaçının fərdi yaşayış evinə quraşdırılmış sayğacın plombu qırılmamış, ona heç bir müdaxilə edilməmişdir. Bundan belə bir qənaətə gəlmək olur ki, yazılmış akt əsassız və qanunsuzdur. İddiaçı Cavabdehnə yazılmış cərimənin silinməsi ilə bağlı şifahi müraciət etsədə, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən iddiaçı məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********29960 olan sayğaca qanunsuz olaraq hesablanmış 777,60 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əməkdaşları 2023-cü ilin iyul ayında onun yaşadığı ünvan 1 ünvanına gələrək smart tipli qaz sayğacının istismar müddətinin ötdüyünü, istismara yarasız olduğunu və bu səbəbdən də həmin sayğacı dəyişdirəcəyini bildirmişlər. Bu zaman onun yaşadığı ünvandakı və ətrafında məhəllədə yerləşən evlərin sayğaclarını dəyişmişlər. Ünvanına mexaniki tipli sayğac quraşdırmışlar. Hazırda da ünvanında həmin sayğacdır. Sayğac dəyişdirildikdən təxminən 7 ay sonra isə ünvanına böyük məbləğdə borc olan bildiriş gəlmişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşları onun ünvanına cərimə yazıldığını və bunu silə bilməyəcəyini bildirərək, məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O da iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, sayğaca müdaxilə etməsi barədə yazılan aktla razı deyildir. Belə ki, o, 20 kv.m sahəyə malik evdə yaşayır. Onun ünvanına məxsus qaz sayğacı küçədə yerləşir. Onun tərəfindən sayğacı müdaxilə edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 05 iyul 2023-cü il tarixdə İddiaçı məxsus ünvandakı qaz sayğacı əvəz edilmişdir. Qaz sayğacı əvəz edildikdən sonra bütün digər sayğaclar kimi yoxlama üçün laboratoriyaya göndərilmiş və orda stendə qoyulmuşdur. Statistikaya görə yoxlanılan sayğacların 3-4 faizində müdaxilə halı aşkar edilir. Digər bir qisminin istismara yararsız olduğu müəyyən edilərək istismardan çıxarılır. Bir qisminin isə istismara yararlı olduğu müəyyən edilərək yenidən istismara buraxılır. Laboratoriya rəyinə əsasən iddiaçı barəsində 2023-cü ilin sentyabr ayında akt tərtib edilmiş və akta əsasən 777,60 manat ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 30 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********29960) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK-14-2-2/3-5- 6515/Q001 saylı rəyinə əsasən 1002AQ**********0 nömrəli sayğacda qaz itkisi, müdaxilə aşkar edilmiş, bununla əlaqədar olaraq 30 sentyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmiş, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, ******* nömrəli akta əsasən İddiaçı 6x12x90=6480 m3 (777,60 manat) əlavə ödəniş hesablanmışdır. 12 fevral 2024-cü il tarixli abonentin saldosunun surətindən görünür ki, abunə kodu **********29960 olan ünvan üzrə sentyabr 2023-cü il tarixli akt əsasında 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğaca müdaxilənin, nəticədə sayğacda qaz itkisində iddiaçının təqsiri sübuta yetirilmədiyindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********29960) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********29960) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2009/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2009/2024
22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver