Məhkəmə qərarları › İş №2(012)-2015/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2015/2022

13.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2015/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı anunsuz və əsassız hesablanmış cərimə borcunun silnməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı anunsuz və əsassız hesablanmış cərimə borcunun silnməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1900 manat cərimə borcunun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, iddia ərizəsi onun adından verilsə də, vəkili tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Ona görə də mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı və cavabdehin izahatından görünür ki, iddia ərizəsi İddiaçı adından verilsə də, onun tərəfindən imzalanmamışdır. Göründüyü kimi iddia ərizəsi onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən və imzalandığından baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 259.0.3 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı anunsuz və əsassız hesablanmış cərimə borcunun silnməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar