Məhkəmə qərarları › İş №2(012)-2024/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2024/2021

18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2024/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-746A saylı, 30800027 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X18, X7, Ərizəçi3, Ərizəçi2, X8, X2, X16, X14, Ərizəçi1, X9 və X3 mənsubdur. Bu barədə Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 №-li qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-746A saylı, 30800027 kodlu şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 0,05 ha torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət edilsə də, dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli cavab məktubu verilmişdir. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, şəhadətnamədə hüquq sahibi “X17” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi3”, hüquq sahibi “Ərizəçi2 Müseyib oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edilmiş və torpaq sahəsini sənədləşdirmək mümkün olmamışdır. Eləcə də, həmin hüquq sahiblərindən X8 və X7 vəfat etmişlər. Bu səbəbdən də şəhadətnamənin Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi1 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998ci il tarixli 21 №-li qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-746A saylı, 30800027 kodlu şəhadətnamədən müəyyən edilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri X11 (1), X2 (2), X12 (3), X18 (4), X16 (5), X14 (6), X17 (7), X10 (8), X9 (9), Ərizəçi2 Müseyib oğlu (10), X13 (11) və X4r (12). İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1dur. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi3dır. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2dur. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hesab edirlər ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X17, X10 və Ərizəçi2 Müseyib oğlu məhz ərizəçilərin özüdür, lakin torpaq sahələri ilkin ayırma sənədlərində onlara verilərkən texniki səhv ucbatından onların ad və ata adları səhv olaraq göstərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən X15 verilən cavab məktubundan müəyyən edilir ki, JN-746A saylı, 30800027 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X17” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi3” və hüquq sahibi “Ərizəçi2 Müseyib oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi2” kimi qeyd edildiyi aşkar edildiyindən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adıvə soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçilərin izahatından və təqdim edilən sənədlərdən JN-746A saylı, 30800027 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş “X17” ilə Abşeron rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”nun, “X10” ilə ASAN-Sumqayıt tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi3”nın və “Ərizəçi2 Müseyib oğlu” ilə ASAN-Sumqayıt tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2”nun eyni şəxs olmaları və beləliklə həmin şəhadətnamənin adıçəkilən şəxslərə məxsus olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 №-li qərarı ilə X5, X1 və Ərizəçi2 Müseyib oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-746A saylı, 30800027 kodlu şəhadətnamənin Abşeron Rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”na, ASAN-Sumqayıt tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi3”na və ASAN- Sumqayıt tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar