Məhkəmə qərarları › İş №2(012)-2025/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2025/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2025/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-746A nömrəli şəhadətnamənin Ərizəçi, X4 və X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi Məhərrəm oğlu, X19, X4, X5, X14, X6, X2, X15, X12, X16, X7, X3 mənsubdur. Bu barədə JN-746A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 0.05 ha torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizəçi müraciət etsə də, dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixdə cavab məktubu verilmişdir. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, şəhadətnamədə hüquq sahibi “Ərizəçi Məhərrəm oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi, “X8” göstərildiyi halda, vətəndaşın ölüm haqqında şəhadətnaməsində “X4” kimi, hüquq sahibi “X9” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “X6” qeyd edildiyi aşkar edilmiş və torpaq sahəsini sənədləşdirmək mümkün olmamışdır. Həmin hüquq sahiblərindən X6 və X4 vəfat etmişdir. Bu səbəbdən də şəhadətnamənin Ərizəçi, X4 və X1 məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 129960 №-li ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 653 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 069009 №-li ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx xxxx 2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 244 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli, **********64 №-li məktubdan müəyyən edilir ki, JN-746A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adlarında şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adlarında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “Ərizəçi Məhərrəm oğlu” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi, hüquq sahibi “X8” göstərildiyi halda, AR-in vətəndaşının ölüm haqqında şəhadətnaməsində “X4” kimi, hüquq sahibi “X17” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “X16” kimi, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “X5” kimi, hüquq sahibi “X18” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “X14” kimi, hüquq sahibi “X9” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “X6” qeyd edildiyi aşkar edilmişdir. Bunun üçün də ərizəçi X11 ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan JN-746A KOD 30800027 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, 1-ci sırada Ərizəçi Məhərrəm oğlu, 2ci sırada X2, 3-cü sırada X8, 4-cü sırada X19, 5-ci sırada X15, 6-cı sırada X12, 7-ci sırada X16, 8-ci sırada X5, 9-cu sırada X7, 10-cu sırada X18, 11-ci sırada X9 və 12-ci sırada X13 olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 678 №-li arayışdan müəyyən edilir ki, JN-746A KOD 30800027 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Ərizəçi Məhərrəm oğlu” əvəzinə “Ərizəçi”, “X8” əvəzinə X4”, “X10” əvəzinə “X5”, “X18” əvəzinə “X14” və “X9” əvəzinə “X6” kimi oxunmalıdır. Hamısı eyni şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, JN-746A KOD 30800027 saylı şəhadətnamənin Ərizəçi, X4 və X1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-746A KOD 30800027 saylı şəhadətnamənin Ərizəçi, X4 və X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar