Məhkəmə qərarları › İş №2(012)-2028/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2028/2022

19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2028/2022 19.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta görə adına hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında onun adına ümumilikdə 1036,80 manat məbləğində cərimə yazılmışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə faktiki olaraq ünvan 2ində yerləşən fərdi yaşayış evində yaşayır. Aktda qeyd edilmişdir ki, cərimənin yazılmasına səbəb təbii qazdan qeyri-qanuni istifadə etməyi olmuşdur. Buna görə də dəymiş ziyan hesablanmalıdır. O, həm cərimə, həm də ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Bildirir ki, həmin aktda tarix belə qeyd edilməmişdir. Onun xəbəri olmadığı üçün aktın hansı tarixdə yazılmasını da bilmir. Bildirir ki, onun evinə verilmiş qaz xəttindən qonşusu-X3 istifadə etmişdir. Belə ki, qaz üçün pul ödəyən zaman həmin pulun təxminən 20-30 faizinin balansdan çıxdığını görmüşdür. Bunun üçün Azəriqaz İB-nin Abşeron rayonunda yerləşən İdarəsinə yaxınlaşmışdır. Ona abonentin saldosu təqdim edilmiş və heç bir məlumat vermədən 1036,80 manat borcunun olduğunu bildirmişlər. O, dəfələrlə xahiş etdikdən və gəl-getlərdən sonra tarixi olmayan aktın əslim əldə etmişdir. Daha sonra Azəriqaz İB-nın əməkdaşlarını dəfələrlə xahişlərdən sonra əraziyə baxış keçirilməsi üçün həm onun, həm də ki, qonşunun evinə dəvət etmişdir. Əməkdaşlar gəlmiş və qonşusu X3 da həmin qeyri-qanuni qaz xəttinin Məmmədova Günelə aid olduğunu və qazdan istifadə etdiyini etiraf etmişdir. Ona şifahi olaraq adındakı borcun Günel Məmmədovanın adına keçiriləcəyi bildirilmişdir. O, sərf etdiyi qaza görə yenədə sayğaca pul yükləyən zaman onun yüklədiyi pulun 20-30 faizi yenə də həmin cərimə məbləğinə çıxılmı. və sonra ona məlum olmuşdur ki, Günel Məmmədovanında adına cərimə hesablanmış, lakin onun adında olan cərimə silinməmişdir. O, bir daha Azəriqaz İB-nin Abşeron filialına müraciət etmişdir. Ona şifahi olaraq tərtib etdikləri aktı ləğv edə bilmədiklərini, çünki həmin sənədin baş idarəyə göndərildiyini bildirmişlər. Ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, 2022ci ildə gecə saat 01:30 radələrində reyd keçirilmiş, reydin nəticəsində abonentə akt tərtib edilmiş və 1036,80 manat cərimə hesablanmışdır. 2022-ci ildə qazın kub metri 0,12 qəpik olmaqla, 3 ay müddətinə hesablanmışdır. İddiaçının yaşadığı ünvanda qaz xəttinə qeyri-qanuni qoşulma vardır. Qanunsuz qoşulma ilə bağlı fotoşəkillər mövcuddur və şəkillər GPS koordinatları ilə çəkilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Onun evi ilə İddiaçı evi arasında 200 metr məsafə vardır. Onun qaz xətti ilə iddiaçının qaz xətti ayrıdır. Onların xəbərləri olmadan Cavabdeh işçiləri sayğaclarının şəkillərini çəkmişlər. Onun qardaşı X1 kənar xətt çəkmiş və onun əvəzinə səhvən iddiaçıya cərimə yazılmışdır. Fotoşəkillərdəki qapı ona məxsusdur. Lakin şəkillərdəki sayğac iddiaçıya məxsusdur. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, o, ünvan 2ində yaşayır və iddiaçı ilə 5-6 ildir ki, qonşudur. Onların sayğacları arasında 10 metr məsafə vardır. O, qeyri-qanuni qazdan istifadəyə görə 2022-ci ildə 1036 manat cərimə olunmuşdur. O, iddiaçı ilə eyni gündə cərimə olunmuşdur. Cavabdeh əməkdaşı Rəsul adlı şəxs qazı kəsəndə qeyri-qanuni qazdan istifadəyə görə aktı səhvən İddiaçı adına tərtib etdiyini bildirmişdir O, sayğacdan kənar 3 ay qazdan istifadə etmişdir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, o, 2020-ci ildən çilingərnəzarətçi kimi işləyir. Nəzarət vaxtı Cavabdeh əmkdaşları tərəfindən gecə vaxt kənar xətt aşkar edilmiş və akt tərtib edilmişdir.Səhərisi gün o abonentin ünvanına gələndə, artıq kənar xətt ayrılmış, lakin ana xəttin üzərində kənar qoşulma izi müəyyən etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən abonent kodu **********00791 olan sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni kənar qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 1036,80 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən abonent kodu **********00791 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt əsasında 30 yanvar 2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1036,80 manat cərimə edilmişdir. İddiaçı 1036,80 manat cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, yuxarıda qeyd olunduğu kimi məhkəmədə sübutların tədqiqatı zamanı sonuncunun 1036,80 manat cərimə olunduğu təsdiqini tapmış, iddiaçı özünün izahatından başqa məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri subyektiv mülahizəyə əsaslandığından məhkəmə həmin izahata və şahid ifadələrinə tənqidi yanaşmışdır.Belə ki,məhkəmə tərəfindən tərəflərin iştirakı ilə abonentə məxsus ünvana yeli baxış keşirilərkən kənar qoşulmaya görə Cavabdeh əməkdaşları tərəfindən aktın səhvən İddiaçı adına tərtib edilməsinin mümkünlüyü istisna edilmişdir.Lakin cavabdeh təşkilatın nümayəndəsi 1036,80 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1036,80 : 3 = 345,60 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00791 olan, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borcdan 345,60 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00791 olan, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 yanvar 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borcdan 345,60 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar