Məhkəmə qərarları › İş №2(012)-2062/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2062/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2062/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və təhvil verilmə tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və təhvil verilmə tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ********** saylı çıxarışla xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.011 ha həyətyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ilkin iddiaçı ilə birlikdə 2005-ci ildən bu günə kimi yaşadığı və birlikdə təsərrüfat apardığı üçün ona kompensasiya ödənilməklə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh ilə 2005-ci ildən qeyrirəsmi nikahda olmuş, bir yerdə yaşadıqları dövrdə uşaqları olmamışdır. Cavabdeh hər gün spirtli içki qəbul etmiş, evə sərxoş halda gəlmiş, İddiaçı söyüb təhqir etmişdir. Bununla bağlı dəfələrlə İddiaçı polisə şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı cavabdehlə bir evdə yaşaması qeyri-mümkündür. Qarşılıqlı iddia tələbində Cavabdeh göstərmişdir ki, guya, həmin fərdi yaşayış evini o, inşa etmiş və təmiri üçün pul xərcləmişdir. Halbuki, qeyd olunan fərdi yaşayış evini Cavabdeh inşa etməmiş, həmin ev Baytarlıq stansiyasının laboratoriya adı altında Nümayəndə olmuşdur. Nümayəndə alqısatqı müqaviləsi əsasında 0.011 ha torpaq sahəsini və içində olan 2 otaqlı tikilini bacısına bağışlamışdır. Cavabdeh həmçinin, qeyd etmişdir ki, birlikdə yaşadığı müddətdə guya İddiaçı heç bir yerdə işləməmiş və evə qazanc gətirməmişdir. Bütün inşaat işlərini şəxsi vəsaiti hesabına etmişdir. Üstəlik, İddiaçı son 4-5 il ərzində xəstə olmuş, müalicə məsrəflərini, yəni, dərmanlarının xərcini Cavabdeh çəkmişdir. Həmin fərdi yaşayış evində yaşasalar da İddiaçı adına olmadığına görə 2015-ci ilədək heç bir təmir-tikinti işləri aparılmamışdır. İddiaçı əlilliyə görə pensiya alır, həmin vaxtda evə real gəlir mənbəyi yalnız pensiyası olmuşdur. 2015-ci ilədək isə Cavabdeh iş yeri olmadığına görə ailənin dolanışığına İddiaçı qardaşlarının maddi dəstəyi olmuşdur. İddiaçı yaşadığı fərdi yaşayış evində təmir işləri aparılmış və evə istifadə olunan tikinti materiallarını bankdan kredit götürərək almışdır. Cavabdeh isə qeyri-rəsmi ailə qurduqda özü ilə övladı X2 gətirmişdir. İddiaçı 2017-ci ilədək özünə və X3 təmənnasız qulluq etmişdir. Cavabdeh rəsmi qeydiyyatda olduğu Ağdaş şəhərində şəxsi mülkü vardır, orada yaşaya bilər, lakin ora getmək istəmədiyini bildirmişdir. Bu səbəbdən də, ilkin cavabdehin mübahisəli əmlakdan çıxarılması zəruridir. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, bacısı İddiaçı Cavabdeh ilə faktiki nikahda olmuş və həmin münasibətlərindən uşaqları olmamışdır. Cavabdeh həmin evdə 2005-ci ildən yaşayır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini bacısına o, alqı-satqı yolu ilə satmış, fərdi yaşayış evi isə əvvəldən olmuşdur. Ev əvvəldən təmir olunmuş, o, qardaşının maşınını satıb təmir etdirmiş, Cavabdeh isə orada usta kimi işləmişdir. Bacısı cavabdehə neçə il təmənnasız qulluq göstərmişdir. Tərəflərin münasibətləri korlanmış, bacısı xəstə vəziyyətinə düşmüşdür. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ilk iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı böhtan xarakterli ifadələr işlədərək zəhməti və haqqı olan fərdi yaşayış evinə təkbaşına yiyələnmək istəyir. Cavabdeh İddiaçı ilə 2005-ci ildən qeyri-rəsmi ər-arvad münasibətləri olmuş, lakin bu münasibətlərindən uşaqları olmamış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2005-ci ildən bu günə kimi birlikdə maneəsiz yaşamışlar. Həmin fərdi yaşayış evini Cavabdeh inşa etmiş və təmiri üçün pul xərcləmişdir. X1 və X6 bunu təsdiq edə bilər. Son bir neçə aya qədər fərdi yaşayış evinə dair heç bir sənəd olmamışdır. Həmin evə çıxarış bir neçə ay bundan öncə ilkin iddia üzrə iddiaçının adına alınmışdır. Həmin evdən Cavabdeh çıxarılması əsassızdır və onun da həmin evdə haqqı vardır. Cavabdeh həmin evdən çıxmağını istəyən İddiaçı həmin evə çəkdiyi xərcləri ödəməli, yəni, kompensasiya verməlidir. Rəsmi nikahları olmasa da, birlikdə yaşamış və təsərrüfat aparmışlar. Uşaqlarının olması üçün həkimlərə müraciət etmiş və hər ikisi həkim nəzarətində müayinə və müalicə olunsa da övladları olmamışdır. Lakin buna baxmayaraq birlikdə yaşamış və son vaxtlara kimi birgə təsərrüfat aparmışlar. Bu səbəbdən də, Cavabdeh kompensasiya ödənildiyi təqdirdə evdən çıxmağa razıdır. Ona görə də göstərilənlərə əsasən, qarşılıqlı iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə dini nikahı olsa da rəsmi nikahı olmamışdır. Onun övladı olmuş, oğlunun fevral ayında vəfatından sonra başı yas mərasiminə qarışmışdır. İddiaçı 6 ildir ki, onu tərk etmiş, evdən çıxmışdır. İddiaçı sonradan onu məhkəməyə vermişdir. 2005-ci ildən o, mübahisəli evdə yaşayır. Ona yarım tikili və dörd divar verilmişdir. O, İddiaçı bir qəpiyini belə görmədən orda yaşamış və özü təmir etmişdir. Hazırda, həmin ev təmirli ev olmaqla 18 ildir ki, o, kommunal xərcləri ödəyir. Qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kompensasiya tələbi ilkin iddiaçının maddi imkanı çatdığı qədər ödəməli olduğu pul vəsaitidir. Həmçinin, mübahisəli daşınmaz əmlak onun yeganə əmlakıdır. Onun getməyə, yaşamağa başqa yeri yoxdur. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 000313 qeydiyyat nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Həbibov X8 rayonu, Xırdalan qəsəbəsi, Abşeron rayon Polis şöbəsinin şimal-qərbində yerləşən Baytarlıq stansiyası və laboratoriyasının yarımçıq tikilisinin yerləşdiyi 4265 kv.m torpaq sahəsini ******* köhnə Azərbaycan manatını ödəməklə almış və bu şəhadətnamə ilə rəsmiləşdirilən torpaq sahəsi Nümayəndə daimi toxunulmaz xüsusi mülkiyyətindədir. -Satıcı Nümayəndə ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.0737 ha torpaq sahəsini alıcıya 5000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 276 saylı reyestr kitabının 16 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********94-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 128-56650 saylı məktubundan görünür ki, İddiaçı mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/2-11- 20641/2023 saylı arayışdan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2015-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə aylıq 327.21 manat əmək pensiyası alır. Təyinatın bitmə tarixi xx.xx.2026-cı ildir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində, Cavabdeh isə ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı, eyni zamanda, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ilkin İddiaçı ilə ilkin Cavabdeh 2005-ci ildən faktiki nikah münasibətlərinə daxil olmuş və Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evində birgə təsərrüfat aparmışlar. Tərəflərin faktiki nikah münasibətlərindən uşaqları olmamış və aralarında münasibətlər pozulduğundan ilkin İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasına və daşınmaz əmlakın ona təhvil verilməsinə dair ilkin, Cavabdeh isə mübahisəli daşınmaz əmlakdan kompensasiya ödənilməklə çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsində inşa edilmiş 28 saylı fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********94-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən, satıcı Nümayəndə tərəfindən alıcı İddiaçı satılmışdır. Beləliklə də, Mülki Məcəllənin 139-1.1.3.-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evi üzərində rəsmi dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququnun olması hazırki mülki işin mübahisələndirilməyən tərəfidir. İddiaçı ilk iddia ərizəsindən göründüyü kimi, ilkin iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh çıxarılmasını istəmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Beləliklə də, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək, ilkin iddiaçının iddia ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan ilk iddia ərizəsi əsaslı hesab edilməklə təmin edilməli, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh mübahisəli daşınmaz əmlakdan onun tərəfindən sərf olunmuş xərclərin qarşılığı konpensasiya şəklində ödənilməklə evdən çıxmağa razı olduğunu bildirmiş və bu tələbi xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, qarşılıqlı iddiaçı öz iddia ərizəsində ilkin iddiaçının tələbini qismən etiraf edərək evdən çıxmağa razı olduğunu bildirmiş, lakin həmin razılığını “kompensasiya ödənilmə” şərti ilə əlaqələndirmişdir. Həmçinin, həmin tələb üzrə sübutetmə vəzifəsi daşıyan qarşılıqlı iddiaçı tələbində kompensasiya məbləğinin nədən və hansı miqdardan ibarət olduğunu qeyd etməmiş, həmin hissəyə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qarşılıqlı iddiaçının ilkin iddianı qismən etiraf etməsini, həmçinin, həmin tələb üzrə iddia tələbini sübuta yetirə bilməməsini nəzərə alıb qarşılıqlı iddia ərizəsinin əsaslı hesab edilməməklə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və mülki iş üzrə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilk iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, qarşılıqlı iddia ərizəsi isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş dövlət rüsumu məbləği qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0.011 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar