Məhkəmə qərarları › İş №2(012)-2083/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2083/2022

16.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2083/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı notariat ofisinə qarşı miras əmlaklara vərəsəlik hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı notariat ofisinə qarşı miras əmlaklara vərəsəlik hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 11 fevral 2021-ci il tarixli imtinasının əsassız sayılması, onun anası miras qoyan X1 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi, onun miras əmlaklara vərəsəlik hüququnun tanınması və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 2 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Mülki Prosessual Məcəllənin 149cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində cavabdeh qismində ünvan 1 ünvan kimi ünvan 2 cavabdeh qismində göstərilən ünvan 3 ünvanı ünvan 4i maddəsinə əsasən ərizədə cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin eyniləşdirmə məlumatları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı notariat ofisinə qarşı miras əmlaklara vərəsəlik hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı notariat ofisinə qarşı miras əmlaklara vərəsəlik hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar