Məhkəmə qərarları › İş №2(012)-209/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-209/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-209/2020 16.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, X17 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Cəfərov Fərman Dəmir oğlunun, Cavabdeh, onun vəkili X23 oğlunun, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında iddiaçının adından Cavabdeh ilə bağlanmış ünvan 7, ev 26, mənzil 26 ünvanında ümumi sahəsi 42,5 kv.m., yaşayış sahəsi 29,6 kv.m. olan 2 otaqlı mübahisəli mənzilə dair xx xxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X14 iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzili 1989-cu ildən İddiaçı istifadəsindəolmuş və sonuncu həmin mənzili xx xxxxxx 1995-ci ildə öz adına özəlləşdirmişdir. Həmin mənzilin yerləşdiyi küçənin adı əvvəllər M.R.Cəbiyev küçəsi olduğu üçün iddiaçının bəzi sənədlərində məlum mənzilin ünvanı ünvan 1 kimi yazılmışdır. Mənzil ona məxsus olduğu dövrdən hal-hazıra kimi o,həmin mənzildə yaşayır. Onun Lalə, Lətafət və Nəzakət adlı üç qızı olsa da, o, arvadı ilə boşandığı üçün qızları ondan ayrı yaşamış, o isə mülkiyyətində olan mənzildə tək yaşamışdır. Hal-hazırda qızlarının öz ailələri vardır. İddiaçı arvadından boşandığı üçün qızları onunlamünasibət saxlamamış və evinə gedib-gəlməmişlər. Lakin, 2018-ci ilin noyabr ayında onun qonşusu X3 vəziyyətinin ağır olduğunu görüb, bu barədə qızlarına telefonla məlumat vermiş və həmin məlumat əsasında iddiaçının qızları onun yanına gəlmişlər. Həmin vaxt qızları onun vəziyyətinin ağır olduğunu görüb, dərhal ona lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxarmışlar. Bundan sonra məlum olmuşdur ki, onun qardaşı oğlu X12 2014-cü ildə müxtəlif bəhanələrlə onu aldadaraq xx xxxx 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında da bir həftə sonra, yəni xx xxxx 2014-cü ildə ona məxsus mənzili oğlu Cavabdehabağışlamışdır. Lakin, o, 1935-ci il təvəllüdlüdür, habelə yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlanmasını həmin vaxt bilməmişdir. 2018-ci ilin axırlarında qonşusuona yaxılaşıb mənzili almaq istədiyini bildirdikdə, o,evin satmadığını bildirmişdir. Qonşu buna təəccüblənmiş və mənzilinsatıldığını Ramizindediyini bildirmişdir. Bundan sonra dəqiq məlum olmuşdur ki, qardaşı oğlu Ramiz onu aldadaraq xx xxxx 2014-cü il tarixdə verdiyi etibarnamədən istifadə edərək, xx xxxx 2014-cü il tarixdə mənzili öz oğlunun adına bağışlamışdır. Bu bağışlama əsasında cavabdeh öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Etibarnamənin verildiyi tarix ilə bağışlama arasında cəmi bir həftə vaxt keçmiş, onun evi bağışlamaq niyyəti olsa idi, bunu özü edə bilərdi. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal iddiaçının belə etibarnaməni verilməyində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, tərəfindən verilən etibarnamədə onun iradə ifadəsi mənzilin təmiri üçün Bankdan pulun alınmasına yönəlmişdir. Bu iradə ifadəsini həyata keçirmək üçün etibarnamə əsasında onu təmsil edən Ramiz vasitəsi ilə o, özü çıxış etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə Ramizin maraqları daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Lakin, ünvan 2 ünvanında ümumi sahəsi 42.5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzil sənədlər üzərində bağışlansa da, faktiki olaraq onun istifadəsində qalmışdır. Bu da onu sübut edir ki, bağışlama müqaviləsi uydurma əqddir. Buna görə də, Ramizə verilmiş xx xxxx 2014-cü il tarixli etibarnamə onun tərəfindən xx xxxxxx 2019-cu il tarixdə ləğv olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx xxxx 2014-cü il tarixli etibarnamə əsasında onun adından Cavabdeh ilə bağlanmış ünvan 2 ünvanında yerləşən 2 otaqlı mübahisəli mənzilə dair xx xxxx 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 1935-ci il təvəllüdlü İddiaçı onun atası X5 əmisidir. İddiaçı arvadından boşandıqdan sonra özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilində yaşamış, həmin mənzilİddiaçı istifadəsindəolmuş və sonuncu həmin mənzili xx xxxxxx 1995-ci ildə öz adına özəlləşdirmişdir.Mənzil iddiaçıya məxsus olduğu dövrdən hal-hazıra kimi,həmin mənzildə yaşamışdır. İddiaçının Lalə, Lətafət, Nəzakət adlı üç qızı vardır, lakin, iddiaçı 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş, onunla maraqlanmamış və iddiaçı tənha yaşamışdır. Buna görə də, iddiaçıya həmişə onlar, yəni əsasən də onun atası X12 baxmışdır. İddiaçının çox ağır günləri olmuş, atası iddiaçını müalicə etdirmiş və iddiaçının pis günündə onun yanında olmuşlar. İddiaçının bədənindəki yaralarla bağlı onu müayinəyə aparmış və bütün xərclərini cəkmişlər. İddiaçının qızları onunla danışıb əlaqə saxlamamışlar. İddiaçı xəstə olduğunu nəzərə alıb, onun əziyyətini çəkdiyi və daim onun yanında olduğu üçün evi ona bağışlamaq qərarına gəlmişdir. Bu səbəbdən də, iddiaçı Ramiz Abdullayevə xx xxxx 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında da xx xxxx 2014-cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil ona bağışlanmışdır. İddiaçının özü həmin mənzili ona bağışlamaq istəmiş, buna görə də, həmin müqavilə bağlanmışdır. İddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün onun atasına etibarnamə verməzdi. Hal-hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana özləri müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini də iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi. Bu əsassız iddianın verilməsi iddiaçının özü deyil, qızlarının təşəbbüsüdür. Odur ki, o, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X16 Cavabdeh ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini və iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun əmisidir. İddiaçının Lalə, Lətafət, Nəzakət adlı üç qızı vardır. İddiaçı 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş və iddiaçı ilə maraqlanmamışlar. Buna görə də, bütün bu illər ərzində iddiaçıya o, baxmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzili iddiaçıya məxsusdur və sonuncu həmin mənzili xx xxxxxx 1995-ci ildə öz adına özəlləşdirmişdir. O, oğlu Cavidanla birgə iddiaçıya baxmış, onu müalicə etdirmiş, yaşlı və xəstə olduğu üçün bütün ev işlərini o özü görmüş, əmisi yaşlı olduğundan kommunal xərclərini özü ödəmişdir. 2014-cü ildə iddiaçı xəstə olduğunu bildirərək ona baxdıqları üçün və pis günündə həmişə onun yanında olduqları üçün mənzilini Cavidana bağışlamaq qərarına gəldi. Belə ki, iddiaçının çox ağır günləri olmuş, lakin qızları onunla danışıb əlaqə saxlamamışlar. Bu səbəbdən, iddiaçı evini Cavidana bağışlamaq qərarına gəlmişdir. İddiaçı yaşlı və xəstə olması ilə əlaqədar sənədləşmə işini həll edərək mənzili Cavidana bağışlamaqdan ötrü ona xx xxxx 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnaməyə görə xx xxxx 2014-cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil Cavidana bağışlandı. İddiaçının özü həmin mənzili Cavidana bağışlamaq istəmiş və buna görə də, həmin müqavilə bağlanmışdır. Əgər iddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün ona etibarnamə verməzdi. Hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Habelə, iddia ərizəsini iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi. Odur ki, o, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Bakı “Asan” Xidmət Mərkəzində notariat ofisi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X9 ifadəsində bildirdi ki, İddiaçı onun mərhum ərinin yaxın dostu olmuşdur. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzildə yaşayır. Onun Lalə, Lətafət və Nəzakət adlı üç qızı vardır. İddiaçı 1983-cü ildə arvadı ilə boşanmış və boşandıqdan sonra özünə məxsus mənzildə tək yaşayır. İddiaçı tez-tez onlara gəlib-getmişdir. 2018-ci ilin noyabr ayında onlar evlərini təmir edərkən Nurəddin çox pis vəziyyətdə onlara gəldi. Nə baş verdiyini soruşduqda, pis vəziyyətdə olduğunu, Ramiz adlı qohumunun onu aldadıb notariusa apardığını və mənasını bilmədiyi sənədlərə qol çəkdirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 bildirdi ki, o, İddiaçı qonşudur və o, sonuncunu 1986-cı ildən etibarən tanıyır. İddiaçı Lalə, Lətafət və Nəzakət adlı üç qızı olsa da, o, arvadından boşandığı üçün özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzildə tək yaşamışdır. Lakin, İddiaçı arvadı ilə boşandıqdan sonra qızları da əlaqəni kəsərək onunla maraqlanmamışlar. O, qonşu kimi maraqlanıb əlindən gəldiyi qədər İddiaçıa köməklik etmişdir. Onun evinə qohumlardan yalnız Ramiz gəlib-getmiş, son vaxtlar isə o da az-az gəlmişdir. 2018-ci ilin noyabr ayında İddiaçı bir neçə gün görsənmədiyi üçün narahat olmuş və onun evinə getmişdir. Evə daxil olduqda onun çox xəstə və ağır vəziyətdə olduğunu görmüşdür. O, vəziyyətin çox pis olduğunu görüb telefonla qızları ilə əlaqə saxlayıb vəziyyəti onlara bildirmişdir. Elə həmin gün qızları İddiaçı yanına gəlmiş və onu çətin vəziyyətdən çıxarmışlar. Elə həmin vaxt bildilər ki, qardaşı oğlu Ramiz İddiaçı notariusa aparıb mənzilini oğlunun adına keçirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X20 ifadəsində bildirdi ki, o, İddiaçı qızı Nəzakətin əridir. İddiaçı Lalə, Lətafət, Nəzakət adlı üç qızı vardır. Sonucu 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmişlər. O, ilk dəfə İddiaçı evinə xx xxxxxx 2018-ci ildə getmişdir. Həmin gün İddiaçı Rita adlı qonşusu zəng edərək onun vəziyyətinin ağırlığı barədə məlumat vermiş və onlar həmin gün ora getmişlər. Ev pis gündə olmuş və evdən kəskin qoxular gəlmişdir. O, İddiaçı hal-əhval tutduqda bildirdi ki, onu Ramiz adlı qohumu bu hala salmışdır və ondan narazılıq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 şahid X20 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X2 ifadəsində bildirdi ki, İddiaçı onun atasıdır. Onlar ailədə üç uşaq - o, bacıları Lalə və Nəzakət olmuşlar. Lakin, 1983-cü ildə anası və atası ayrılmış və onlar anaları ilə yaşamışlar. Bundan sonra atası evlənməmiş, tək yaşamış, anası ilə atası boşandıqdan sonra münasibətləri pis olduğu üçün onlarda atası ilə əlaqə saxlamamışlar. Lakin bilmişlər ki, atası özünə məxsus ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzildə tək yaşayır və atasına qohumları, yəni atasının qardaşı oğlu Ramiz Abdullayev baxmışdır. 2018-ci ilin noyabr ayının sonlarında atasının qonşusu Rita Azayeva ona zəng edərək atasının vəziyyətinin çox ağır olduğunu bildirmiş və o, bacısı Nəzakətin həyat yoldaşı Aqillə atasının yaşadığı mənzilə getmişlər. Mənzilə daxil olduqda atası ağır xəstə idi və onu yara basmışdı. Mənzilə isə üfunətdən girmək mümkün deyildi. Onlar mənzili təmizləmiş, atasına lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxartmışlar. Atasına əmisi oğlu Ramiz baxdığı üçün ona iradlarını bildirmişlər. Bu zaman onlara məlum oldu ki, X12 2014-cü ildə müxtəlif bəhanələrlə atasını aldadaraq xx xxxx 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında bir həftə sonra, yəni xx xxxx 2014-cü ildə atasına məxsus mənzili oğlu Cavidana bağışlamışdır. Onlar bunun həqiqiliyini öyrənmək üçün atası ilə söhbət etdikdə, məlum oldu ki, 1935-ci il təvəllüdlü atası yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlandığını bilməmişdir. Ramiz atasını aldadaraq öz adına etibarnamə almış və həmin etibarnamə əsasında da mənzili Cavidanın adına keçirmişdir. Atası isə həmin vaxt bunu bilməmişdir. Yalnız 2018-ci ilin payızındaatası qonşudan eşitmişdir ki, Ramiz onun evinə müştəri axtarır. Bundan sonra atası mənzilin öz adına olmadığını öyrənmişdir. Atası ona bildirmişdir ki, o, heç vaxt yaşadığı mənzili kiməsə vermək, yaxud bağışlamaq fikri olmamışdır. Ramiz evin təmiri üçün kredit almaqdan ötrü etibarnamə almış və həmin etibarnamə əsasında mənzili Cavidanın adına keçirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26, 26 saylı mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 011074 saylı orderin surətindən görünür ki, ünvan 7, ev 26, mənzil 26 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzil İddiaçı adına olmuşdur. İş materiallarında olan Azərbaycan RespublikasıBakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin QeydiyyatVəsiqəsindəngörünürki, ünvan 3 26 saylı ünvanındayerləşən mənzil İddiaçıadına xx.xx.1995-ci il tarixdə reyestrkitabı65, səhifə 10137 a, qeydə alma 30/10137 a nömrəsiiləqeydəalınmışdır. İş materiallarında olan Bakı-Nəsimi RPİ-i tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1935-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş və hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən İddiaçı verilmiş arayışdan görünür ki, ünvan 4 26 saylı ünvanındayerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 65kop nömrəli reyestr kitabının 10137a nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ tərəfindən xx xxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1983-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş və hal-hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş 7E-24060 reyestr nömrəli etibarnamədən aydın olur ki, İddiaçı X8 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan “hədiyyə verən” İddiaçı adından nümayəndəsi X12 ilə “hədiyyə alan” Cavabdeh adından X12 arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən hədiyyə verən ünvan 7, ev 26, mənzil 26 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili hədiyyə alana bağışlamışdır. İş materiallarında olan xx xxxxxx 1996-cı il tarixdə verilmiş vəsiyyətnamənin surətindən məlum olur ki, ünvan 7, ev 26, mənzil 26 ünvanında yaşayan İddiaçı ünvan 7, ev 26, mənzil 26 ünvanında yerləşən şəxsi yaşayış mənzilini Cavabdeh vəsiyyət etmiş və həmin vəsiyyətnamə Bakı şəhər 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmişboşanma haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah xx xxxx 1983-cü ildə pozulmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdam məlum olur ki, İddiaçı tərəfindən X8 verilmiş xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.3. maddəsinə görə yəmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi, tərəflərin bərabərliyi, onların müqavilə maraqlarını qorumaq prinsipinə riayət etməklə mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Müqavilə münasibətləri hüquq münasibətlərinin bir növü olduğuna görə ona bütün hüquq münasibətlərində olan ümumi əlamətlərlə yanaşı özünəməxsus spesifik əlamətlər xasdır. Müqavilə hüquq münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq marağın mövcudluğu ilə fərqlənir. Müqavilə tərəflərinin bərabərliyi dedikdə, tərəflərin bərabər mülki hüquqlardan istifadə imkanlarının olması, onların mülki hüquqlarının müdafiəsi zamanı bərabər maddi və prosessual hüquqlardan istifadə etmələri, öz öhdəliklərini icra edərkən bərabər imkanlardan istifadə etmələrində ifadə olunur. İşdə olan sübutlardan və faktiki hallardan göründüyü kimi iddiaçı ona məxsus əmlakı qanunvericiliyin tələblərini pozaraq bağlandığından, mülkiyyətçinin iradəsini ifadə etmədiyindən etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən müəyyən edilir ki, X12 əmlakın mülkiyyətçisi İddiaçı verdiyi etibarnamə əsasında əmlakı oğlu - Cavabdeh bağışlamışdır. Göründüyü kimi, təmsilçi verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıyır və özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Hаlbuki, bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin və ailə üzvlərinin mаrаqlаrınа xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilinin Ramiz tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı Ramizin adına verdiyi etibarnaməni ləğv etdirmiş və iş materiallarından göründüyü kimi bundan bir qədər sonra iddiaçı hazırkı iddia tələbi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə baxışında işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda da mübahisəli mənzildə yaşayır.Bu isə bir daha onu təsdiq edir ki, həqiqətən də, iddiaçının mübahisəli mənzili özgəninkiləşdirmək fikri olmamışdır. Qanunvericiliyin tələbinə görə tərəfin iradə ifadəsi əqdin etibarlılığının başlıca şərtidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mulkiyyəti və ya vərəsəlik huququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1 və 668.1.1.-ci maddələrinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlanma etibarlıdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337- 349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Beləliklə, işin yuxarıda müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı adından X12 arasında bağlanmış ünvan 7, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsi etibarsız hesab edilməli, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-də qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilməli və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılmalıdır. Cavabdehin vəkilinin hazırkı iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi,iddiaçı mübahisəli mənzilin cavabdehin adına özgəninkiləşdirildiyini yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilinin Ramiz tərəfindən satılmasını bildirmiş və bundan sonra, iddiaçı cavabdehin atası Ramizin adına verdiyi etibarnaməni ləğv etdirmiş və iş materiallarından göründüyü kimi bundan bir qədər sonra xx xxxxxx 2019-cu il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, yəni iddiaçı hazırkı iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxxx 2009-cu il tarixli Qərarındakıhüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təminedilsin. Cavabdeh ilə İddiaçı adından X12 arasında bağlanmış ünvan 7, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsi etibarsız hesab edilsin, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarış ləğv edılsin və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdənalınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar