Məhkəmə qərarları › İş №2(012)-2092/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2092/2021

18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2092/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktların etibarsız hesab edilməsi və itirilmiş qazın bərpasına görə heabıanmış borcun abunə hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktların etibarsız hesab edilməsi və itirilmiş qazın bərpasına görə heabıanmış borcun abunə hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh.” İstehsalat Birliyi tərəfindən 23 aprel 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilərək itirilmiş qazın bərpasına görə hesablanmış borcun İddiaçı məxsus abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı AR MPM-nin 53-cü maddəsinə əasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Cavabdeh.” İstehsalat Birliyi tərəfindən 23 aprel 2020-ci il tarixli 2853 18 nömrəli aktın etibarsız hesab edilərək, itirilmiş qazın bərpasına görə hesablanmış 5123,80 manat borcun İddiaçı məxsus abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ünvandan bağ evi kimi istifadə edir. Onun evdə olmadığı ərəfədə 23 aprel 2020-ci ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacdan kənar qaz istifadə edildiyinin aşkarlandığı müəyyən edilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir və bu bununla da onun adına olan abonent koduna 5300 manat məbləğində cərimə hesablanmışdır. Qaz istismar idarəsinin əməkdaşları ******* nömrəli akt tərtib edərkən guya onun aktı imzalamaqdan imtina etməyi kimi qeyd aparmışdırlar. Halbuki onun akt tərtib edildikdə iştirakı təmin edilməmişdir. O, aktın tərtib edilməsindən məlumatı olmamış və o bu aktın surətini sonradan qaz istismar idarəsindən əldə etmiş və orada onun 5300 manat borclu olduğunu bildirmişlər. Onun tərəfindən heç bir sayğacdan kənar qaz istifadəsinə yol verilməmişdir. Qaz borusuna kimin müdaxilə etməsindən məlumatı yoxdur və qaz borusunun mühafizəsini onun həyata keçirmək kimi öhdəliyi yoxdur. Odur ki, göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması xahiş olunur. Eyni zamanda bildirir ki, cavabdeh tərəfin təqdim etdiyi fotoşəkildə şılanq vasitəsi ilə qoşulma onun sayğacdan sonra evinin həyət hissəsində borunu birləşdirdiyi hissədir. Həmin birləşdirmə sayğacdan qabaq deyil, sonra gələn boruya birləşdirilmişdir. Bu isə sayğacdan kənar qoşulma deyil. Ona məxsus sayğac küçədə quraşdırılmışdır. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək idia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçıya məxsus sayğac küçədə quraşdırılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Cəlilabad RPŞ tərəfindən 02.06.2011-ci il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Gülməməmmədli kəndində qeydiyyatdır. -23.04.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Əliyev X2 rayonu, Hökməli qəsəbəsində yerləşən mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olundu. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. -23.04.2020-ci il tarixli aktın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı tərəfindən istehlakçı kodu **********05300 olan sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi ilə əlaqədar təbii qaz təhcizatı dayandırılmışdır. -23.04.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəyiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qaz bərpa edilmiş, qaz işlədicilərindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 23 gün, kombinin maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 23 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (1.2x24x23=662 m3, 1.5x24x23=828 m3 cəmi 1490 m3) ödənilməsi qərara alınmışdır. -Abonent saldosundan görünür ki, abonent kodu **********05300 olan Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evə 24.04.2019-cu il tarixdə Natek Enerji G-4 Mexanika tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonentin borcu 5123,90 manat göstərilmişdir. -Cavabdeh tərəfində məhkəməyə təqdim edilmiş 2 ədəd fotoşəkillərdən görünür ki, birinci fotoşəkildə evin çöl divarında şlanqla qoşulma, digər şəkildə isə normal qaydada quraşdırılmış sayğac vardır. Məhkəmə tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evdə quraşdırılmış sayğaca yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, iş materiallatında olan fotoşəkillərdə göstərilən boru hazırda yerindədir və şlanqla qoşulma sayğacdan sonra metal boruları birləşdirmək üçün istifadə olunduğu aşkar olundu. Sayğacdan kənar qazdan isitfadə olunduğu aşkar edilmədi. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sübutlarla və yerli baxışla iddiaçıya məxsus qaz sayğacına iddiaçı tərəfindən hər hansı müdaxilə, sayğaca qədər qeyri-qanuni qoşulma nəticəsində istifadə halları müəyyən edilmədi. Yerli baxış zamanı şlanqla qoşulma sayğacdan əvvəl deyil, sonra metal boruları birləşdirmək üçün istifadə olunduğu öz təsdiqini tapdı. Eyni zamanda iş materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının mənzilində quraşdırılmış sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abanentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri mümkün edir. Bundan əlavə Cavabdehla abonent arasında bağlanmış müqavilədə abonentin həmin qaz sayğacına edilmiş müdaxiləyə görə məsuliyyəti barədə heç bir müddəa nəzərdə tutulmamış onun üzərinə öhdəlik qoyulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh sübut kimi 23.04.2020-ci il tarixli ******* nömrəli aktı əsas gətirmişdir. Məhkəmə iclasında akt tədqiq edilərkən aktın iki nəfər Cavabdeh əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi iddiaçının sübut kimi göstərdiyi akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktla sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını, yaxud qeyri-qanuni istifadə etməsini istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğacdan qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Ona görə də Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23.04.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməlidir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdeh bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB-tərəfindən tərtib edilmiş 23.04.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməlməklə iddiaçıya hesablanmış 5123,80 (beş min yüz iyirmi üç manat səksən qəpik) manat borc əsassız olduğundan silinməlidir. Mülki Prosessual Məcəllənin; 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-tərəfindən tərtib edilmiş 23.04.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməklə Cavabdeh İB tərəfindən hesablanmış 5123,90 (beş min yüz iyirmi üç manat doxan qəpik) manat borc İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar