Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2096/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 777,60 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun atasıdır. Nümayəndəsi olduğu İddiaçı mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır və iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayır. Sayğaca nəzər yetirdikləri zaman sayğacın təbii qaz sərfiyyatını mənfi qiymət ilə ölçdüyünü görmüş, sərfiyyata görə ödəniş etdikdən sonra sözügedən problemin aradan qalxacağını düşünərək 262 manat ödəniş etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh əməkdaşları sayğaca baxış keçirmiş, sayğac yeni sayğac ilə əvəz edərək köhnə sayğacı söküb aparmışdırlar. Daha sonra Cavabdeh əməkdaşları tərəfindən 20 dekabr 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması barədə 08 dekabr 2023-cü il tarixli, MSK- 14-2-2/3-5-9574/Q001 №-li aktına əsasən G-4 markalı, **********535 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan zavod plastmas plombların üzərində yapışqan maddə qalığının mövcud olması, əsas çap vərəqinin üzərindəki mikrosxemin kənar təsir nəticəsində zədələnməsi, qaz itkisi və müdaxiləsi aşkar edilmişdir. Qeyd edir ki, sözügedən akt qanunsuz və əsassızdır. O, hər zaman ödənişlərini vaxtı-vaxtında etmişdir. Bununla belə qanunsuz və əsasız olaraq, heç bir əsas gətirilmədən 20 dekabr 2023-cü il tarixdə “Azəriqaz İB” tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 777,60 manat məbləğində borc hesablanmışdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən iddiaçının aktın tərtib edilməsindən heç bir məlumatı olmamışdır. Cavabdeh İB-nin əməkdaşları isə qanunvericiliyin tələblərini pozaraq iddiaçının iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə iddiaçının borcu olmamışdır və sayğaca iddiaçı və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı heç bir təqsiri olmadığı və sayğacda aşkar edilmiş zərərlər iddiaçı və ailə üzvləri tərəfindən törədilmədiyi halda iddiaçını günahlandırmışdırlar. Qanunvericiliyin də tələbinə əsasən sayğaca istehlakçının iştirakı ilə baxış keçirilməlidir. Buna baxmayaraq Cavabdeh İB-nin əməkdaşları bu barədə iddiaçıya heç bir məlumat vermək, iddiaçının iştirakını təmin etmək ehtiyacı duymadan öz qanunsuz hərəkətlərini törətmişdirlər. Qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirməli olduğu halda, onlar tərəfindən heç bir yoxlanış keçirilməmişdir. Cavabdeh İB-nin əməkdaşları aktda sayğaca müdaxilə olunduğunu qeyd etsə də həmin müdaxiləni əsaslandırmamış, hətta bunu araşdırmaq zərurətini görməmiş, bu nəticəyə gələrkən iddiaçının iştirakını təmin etməmişdir. Bu da onu göstərir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt saxtadır və burada heç bir araşdırmadan söz belə gedə bilməz. Bundan əlavə qeyd edir ki, dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İB-nin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Sayğacı daimi olaraq tərəflərindən nəzarətdə saxlamaq qeyri-mümkündür. Belə ki, o, sayğacın plombunun qırıldığını görmüş və güman etmişdir ki, uşaqlar futbol oynayarkən sayğaca zərər yetirmişdirlər. Hazırda onların istifadə etdiyi sayğac mexaniki sayğacdır. Məhəllədə yaşayan şəxslərin yaşadığı evlərə quraşdırılmış sayğacların kütləvi dəyişdirildiyi hallar nəzərə alınmazsa, indiyədək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğac müdaxilə olunduğu üçün iki dəfə dəyişdirilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı abonent kimi Cavabdehndə 01 may 2009-cu il tarixdən qeydiyyatdadır. İddiaçının yaşadığı ünvana quraşdırılmış sayğaclar 2010-cu ildən hesablandığı halda 7 dəfə, 2015-ci ildən hesablandığı halda isə 5 dəfə dəyişdirilmişdir. İndiyədək Cavabdeh əməkdaşları tərəfindən 2 dəfə sayğaca müdaxilə faktı aşkarlanmış və 20 dekabr 2023-cü il və 29 yanvar 2024-cü il tarixlərdə akt tərtib edilmişdir. İddiaçının nümayəndəsi özü də qeyd edir ki, sayğac sərfiyyatı ölçərkən mənfi qiymət göstərmişdir, bu hal yalnız sayğacın klopanına müdaxilə edildikdə baş verir. İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə 2019-cu ilin dekabr ayına qədər müntəzəm olaraq ödənişlər edilmiş, lakin 2020-ci ilin yanvar ayından başlayaraq iddiaçı qeyri-sabit məbləğdə ödənişlər etməyə başlamışdır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaclar 2013-cü il, 19 may 2020ci il, 05 mart 2021-ci, 2021-ci ilin iyul ayı, 28 avqust 2023-cü il, 28 dekabr 2023-cü il və son olaraq 14 mart 2024-cü il tarixlərdə dəyişdirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 dekabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı (abonent kodu: **********15740) Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-9574/Q001 saylı rəy əsasında sayğacda qaz itkisi və müdaxilə aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən evə (abonent kodu: **********15740) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən evə (abonent kodu: **********15740) 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********15740) Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 777,60 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********15740) 20 dekabr 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 777,60 manat məbləğində cərimə silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2096/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2096/2024
29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver