Məhkəmə qərarları › İş №2(012)-2100/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2100/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2100/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış hüquqa əsaslanmayan, qanunsuz və mülki hüquq nəticələri doğurmayan xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6939/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 6939/2023 saylı mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)- 4418/2023 saylı mülki işlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6939/2023 saylı qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6939/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6939/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayət təmin edilməmiş, həmin qərardad dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1181/2023 saylı qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-6939/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü 2(012)-311/2024 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh2 ərizəsinə əsasən baxılmamış saxlanılmış qərardad qanuni qüvvəsini almışdır. Birləşdirilməsi üçün göndərilmiş hazırkı mülki iş isə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Belə olan halda mülki işlərin birləşdirilib baxılması mümkün deyildir. Ayrıca icraata qəbul edilib baxıldığı təqdirdə isə aidiyyət qaydalarının pozulması ilə nəticənə bilər. İddia tələbindən görünür ki, həmin tələblə bağlı mülki iş cavabdehin qeydiyyatda olduğu yer üzrə Binəqədi rayon Məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü 2(012)-311/2024 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə evə köçürülmə və digər hüquqlara xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından və həmin işlə hazırki mülki işin birlədirilib baxılması mümkün olmadığından, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 152.1.3, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar