Məhkəmə qərarları › İş №2(012)-2117/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2117/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2117/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-438 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-1 №169768 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X4 və AZ-İİ №163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-ın 4 saylı ərazi idarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, JN-438 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüququ sahibi “X7” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X11”, hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X9”, hüquq sahibi “Ərizəçi Hacıbala qızı” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. X11 və X9 rəhmətə getmişlər. Abşeron rayonu, Saray kəndində yerləşən 0.25 ha torpaq sahəsi onların və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin onlar həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışlar. Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə adları nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və mən həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışamdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Sonradan Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, JN-438 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X5 və AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün onun verdiyi etibarnamə üzrə qardaşı X10 DƏDRX-ın 4 saylı ərazi idarəsinə müraciət etmiş və həmin idarədən imtina bildirişi verilmişdir. Eyni zamanda atasının adı ölüm haqqında şəhadətnamədə göstərilən Hacbaba olmasına baxmayaraq bütün sənədlərdə müxtəlif cür, o cümlədən ona verilmiş şəxsiyyət vəsiqəsində ata adı Hacbaba deyil Hacıbaba kimi yazılmışdır. Hazırda şəxsiyyət vəsiqəsində düzəliş edilməsi üçün müvafiq orqana müraciət edib həmin səhvi aradan qaldırmaq fikri vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır. Ailədə bir bacı, bir qardaşdırlar. xx xxxxxxx 2005-ci il tarixdə ailələrinə fərdi yaşayış evi həyətyanı sahə üçün mülkiyyət şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə anası, atası və bacısının adı yazılmışdır. Həmin vaxt o ailəsindən ayrı yaşamış, özünün ayrıca təsərrüfatı olmuşdur. Ona görə də onun adı həmin şəhadətnaməyə əlavə edilməmişdir. Şəhadətnamə verilərkən atası, anası və bacısının ad və ata adlarında səhvlərə yol verilmişdir. İlk əvvəl buna fikir verməmiş, hesab etmişlər ki, şəhadətnamədə qeyd olunalar düz olar. xx xxxxxx 2021-ci il tarixdə bacısı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəmişdir. Lakin şəhadətnamədə ad və ata adı səhv olduğundan çıxarış verilməsindən imtina edilmişdir. Bu səbəbdən də bacısı məhkəməyə müraciət etməli olmuşdur. Bu barədə ona bacısı məlumat vermişdir. Atasının əsl adı, soyadı X12, anası X9 və bacısı Ərizəçi Hacbaba qızıdır. Özünün şəxsiyyət vəsiqəsində də ata adı Hacbaba əvəzinə səhvən Hacıbaba kimi yazılmışdır. Müvafiq orqana müraciət edib şəxsiyyət vəsiqəsində olan səhvi düzəltdirəcəkdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, ərizəçinin xalası oğludur, eyni zamanda eyni küçədə qalırlar, qonşudurlar. Mehriban münasibətləri var. O vaxt həyət evlərinə sənəd vermək üçün Aqrar İslahat Komissiyasından gəlmiş və həyət evlərinə baxış keçirilmişdir. Onların evlərinə də baxış keçirilmişdir. Onun ailəsinə verilən mülkiyyət şəhadətnaməsində də səhvə yol vermişlər. Ərizəçidən onların şəhadətnaməsində də səhvə yol verildiyini soruşduqda o, da mülkiyyət şəhadətnaməsində səhv getdiyini bildirmişdir. Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəmişdir. Lakin uyğunsuzluq olduğundan çıxarış verilməsindən imtina edilmişdir. Xalasının əri X12, xalası X9 və xalası qızı Ərizəçi Hacbaba qızıdır. Məhkəmə ərizəçini və şahidlərii dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 164051 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2001-ci ildə ağ ciyər damarlarının tromboemboleyası səbəbindən Sumqayıt şəhərində ölmüşdür. -Abşeron rayon Saray qəsəbə İcra Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 164051 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə ürəyin dekompensasiyası səbəbindən Abşeron rayonunda ölmüşdür. -JN-438A, kod 30800118 nömrəli Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbə sakini X2, X6, Ərizəçi Hacıbala qızına Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarına əsasən 0.25 ha torpaq sahəsi verilmiş və dövlət aktı qeydiyyat kitabında 7110 № ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixdə X3 ünvanlanmış bildirişdən görünür ki, JN-438a nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə kəskin fərqin olduğu aşkar edildiyindən ərizənin icrasından imtina edilmişdir. Belə ki, şəhadətnamədə hüquqi sahibi “X7” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X12”, hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X9”, hüquq sahibi “Ərizəçi Hacıbala qızı” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olundu ki, Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-438A, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. JN- 438A, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hüquqi sahibi “X7” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X12”, hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X9”, hüquq sahibi “Ərizəçi Hacıbala qızı” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda ərizə ilə müraciət edərək, JN-438 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X5 və AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələri, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdikləri və təqdim olunmuş sənədlər biri-birini tamamlayır və təsdiq olunur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-438A, kod 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hüquqi sahibləri “X7”, “X8” və “Ərizəçi Hacıbala qızı” kimi göstərilmişdir. AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət Ərizəçi, AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə X12 və AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə X9 göstərilmişdir. Bu isə “X7”nun “X12”, “X8”nın “X9” və “Ərizəçi Hacıbala qızı”nın “Ərizəçi” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən sənədlərlə də tamamilə sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-438A, kod 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən “X7”nun AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X12, “X8”nın AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X9 və “Ərizəçi Hacıbala qızı”nın AA******* seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxs olması öz təsdiqini tapdığından, JN-438 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X5 və AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X1 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-438 A saylı (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin AA******* xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi, AZ-İİ № 164051 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X5 və AZ-İİ № 163946 saylı ölüm haqqında şəhadətnamədə göstərilən X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar