Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2137/2023 10.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız borcun ləğv edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət edərək, X2 Qaz İdarəsi əməkdaşlarının ona tətbiq etdiyi 25 may 2022-ci il tarixli, ******* saylı aktında və 31 may 2022-ci il tarixli X1 dair Tələbnamədə qeyd olunanlar əsassız olduğundan ona yazılmış 4320 (dörd min üç yüz iyirmi) kub metr qaz itkisinin cəriməsini - 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat cərimənin ləğv edilməsi, iş üzrə 25 may 2022-ci il tarixli, ******* saylı aktın və 31 may 2022-ci il tarixli X1 dair Tələbnamənin təsdiq edilmiş surətlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasının təmin etməyi xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, Abşeron rayon Qaz İdarəsinin ona yaratdığı 518 manat cərimə ilə bağlı Abşeron rayon Məhkəməsinin hakimi cənab Habil Əhmədov tərəfindın xx.xx.2023-cü ildə xitam verilmişdir. (cərimə silinib) Mülki işi ilə bağlı gələ bilməyəcəkdir. Həmin işə baxılması və borcun silinməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verib hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əsassız borcun ləğv edilməsi tələbinə dair mülki işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 261.0.2 maddəsinə görə işin icraatına xitam verilməlidir. Belə ki, işin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1216/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən tətbiq etdiyi 25 may 2022-ci il tarixli, ******* saylı aktında və 31 may 2022-ci il tarixli X1 dair Tələbnamədə qeyd olunanlar əsassız olduğundan ona yazılmış 4320 (dörd min üç yüz iyirmi) kub metr qaz itkisinə görə hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc abonent kodu **********00420 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmədə baxılmış və yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir,yəni iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırki mülki işin icraatına Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 261.0.2 maddəsinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2137/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2137/2023
10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver