Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2142/2023 13.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı qəsəbəsi, ev 0A, mənzil 537 (abonent kodu **********15370) ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış olan 1550 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun və ailə üzvlərinin istifadəsindədir. Fərdi yaşayış evindən yay aylarında istifadə edirlər. Həmin ünvanda abonent kodu **********15370 olmaqla cavabdeh X4 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. xx.xx.2022-ci il tarixdə qeyd olunan bağ evində olmayan zaman X4 işçiləri gələrək qaz sayğacını küçədə quraşdırılmış yerindən çıxardaraq smart kartla olan sayğacları dəyişdirib yerinə kartsiz sayğac quraşdırılacağını bildirərək həmin sayğacı götürmüşlər. Qeyd edir ki, heç bir xətt aşkar olmadan, sayğacın plombu üzərində olmaqla sayğac yerindən çıxarılaraq götürülmüşdür. Bununla bağlı özləri akt tərtib edərək plomblu sayğacın fırlanan sonuncu rəqəminin üzərində cızıq olduğunu qeyd etmişlər. Sonradan yeni sayğac gətirilərək yerinə quraşdırılmışdır. Qeyd etdiyi kimi bağ evindən yaşayış olmadığı üçün həmin ünvana qazın dayandırılmasından məlumatı olmamışdır. xx.xx.2023cü il tarixdə bağ evini ziyarət edən zaman qaz olmadığı üçün maraqlandığında məlum olmuşdur ki, fərdi yaşayış evinə qazın verilməsi X4 tərəfindən dayandırılmışdır. O, bununla əlaqədar X2 müraciət edərək, müxtəlif sənədlər toplamış və məlum olmuşdur ki xx.xx.2022-ci il tarixində onun iştirakı və xəbəri olmadan xx.xx.2022-ci il tarixində götürülmüş (AKT № 6647194) sayğaca baxış keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 1550 manat borc məbləği yazılmışdır. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Həmin akta əsas kimi X1 Metrologiya Departamentinin rəyinə istinad olunmuşdur. Səbəb isə plomblu qaz sayğacının içərisində olan sayğacın daima fırlanan rəqəminin üzərində cızıq olmasını əsas gətirilərək 1550 manat borcun olunmağını bildirmişlər. Qeyd edir ki, qaz sayğacı daima küçədə quraşdırıldığı yerdə olmuşdur, borcla bağlı Azəriqaz işçiləri günün istənilən vaxtı həmin sayğaca nəzarət etmək səlahiyyətinə malik olmuşdur. Yuxarıda qeyd etdiyi kimi bağ evindən yalnız yay aylarında sayılı günlərdə istifadə etdikləri üçün qazdan istifadəyə çox ehtiyacları olmamışdır. İstehlakçı olaraq o, qaz sayğacına heç bir müdaxilə etməmişdir, plomblu sayğacın içərisinə müdaxilə etmək mümkün olmadığı halda haqsız yerə cərimə yazılmasına qəti etiraz edir. Qeyd etmək istərdi ki, sayğac çıxarılan zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya zədələnməsi ilə bağlı sayğacın fırlanan sonuncu rəqəminin üzərində çızıq olması qeyd edilmişdir. O, bir istehlakçı olaraq plomblu sayğaca heç bir müdaxilə etmədiyi halda özləri tərəfindən daha öncə quraşdırılmış fırlanan rəqəm üzərinə cızıq düşmə səbəbini sayğacın alındığı müəssə ilə həll etmələri məqsədə müvafiqdir. Sayğac çıxarılan zaman X8 əməkdaşları tərəfindən müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan X1 Metrologiya Departamentinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da cərimə tətbiq edilmişdir. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1550 manatın X4 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya məxsus ünvanda olan sayğaca baxış keçirilmiş və sayğacda qüsur aşkar edilmişdir. Sayğaca kənar müdaxilə olunduğu laboratoriya rəyində göstərilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya 1555.20 manat cərimə hesablanmışdır. Odur ki, o, əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu **********15370) Abşeron rayonu, Novxanı qəsəbəsi, ev 0A, mənzil 537 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman qaz itkisi və müdaxilə aşkar olunmuşdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək 1555.20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X10 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, (abonent kodu **********15370) Abşeron rayonu, Novxanı qəsəbəsi, ev 0A, mənzil 537 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1550 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********15370 olan, Abşeron rayonu, Novxanı qəsəbəsi, ev 0A, mənzil 537 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1550 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2142/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2142/2023
13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver