Məhkəmə qərarları › İş №2(012)-2190/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2190/2025

25.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2190/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzil üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə iddiaçının köçürülməsi və təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC ( MMC-nin direktoru X8 şəxsində) ( bundan sonra MMC) arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən MMC ünvan 2 ünvanda yerləşən birbloklu, çoxmənzilli tikilməkdə olan binanın В blok, 17 №-li, 57,35 kv.metr ümumi sahəsi olan 2 otaqlı mənzildən ibarət olan payı İddiaçı verməyi öz öhdəsinə götürür, iddiaçı isə öz növbəsində bu müqavilə üzrə nəzərdə tutulmuş 1 kv.metrin dəyəri 350 (üç yüz əlli) manat olmaqla ümumi olaraq 20072 (iyirmi min yetmiş iki) manat əlli qəpik (əlli qəpik) məbləğində pulu MMC-yə ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqavilə ilə müəyyən olunmuş həmin məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir ( 29 may 2020-ci il tarixli maliyyə arayışı). Hal-hazırda Cavabdeh1 MMC-nin rəhbərliyinin törətdiyi cinayət əməlləri ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında 1 (124)-75/2025 nömrəli cinayət işi vardır (sədrlik edən hakim Fəhmin Hümbətov). Həmin məhkəmə prosesi zamanı iddiaçıya məlum olmuşdur ki, 29 may 2020-ci il tarixli 017-B nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən çoxmənzilli tikilməkdə olan binadakı 17 №-li mənzildən ibarət olan iddiaçıya məxsus pay cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqavilə ilə Cavabdeh2 da təkrarən satılmışdır. Göründüyü kimi eyni mənzil üzrə iddiaçı ilə MMC arasında "xxxx" 017-B nömrəli müqavilə 29 may 2020-ci il tarixdə bağlandığı halda, Cavabdeh2 ilə MMC arasında 017 nömrəli müqavilə 22 iyul 2021-ci il tarixdə bağlanmışdır. Sözügedən “tikilməkdə olan binada” tikinti işləri tamamlanmaq üzrədir, payçılar artıq təmir işlərinə başlamışlar. Bu yaxınlarda iddiaçı müqavilə üzrə ona məxsus mənzildə təmir işlərini başlamaq məqsədilə mənzilə baxış keçirmək istədiyi zaman mənzilin girişinə qanunsuz olaraq qapı quraşdırıldığını görmüşdür. Gözətçidən bu barədə soruşduqda məlum olmuşdur ki, qapı Cavabdeh2 tapşırığı ilə quraşdırılmışdır. Göründüyü kimi cavabdeh "xxxx"MMC 29 may 2020-ci il tarixli 017-B nömrəli müqavilə üzrə İddiaçı satdığı mənzili qanunsuz olaraq, təkrar olaraq 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Bu səbəbdən də Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzili üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə iddiaçının köçürülməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə (yaşayışın), 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzili üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilə iddiaçının köçürülməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilin ilkin alqı-satqısına dair Cavabdeh2 Çümşüd oğlu ilə X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qapını ondan xəbərsiz sındırdıqları üçün ilk öncə polisə, sonra isə məhkəməyə müraciət etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh qapı qoyub təmir edərək evi zəbt etmişdir. İddiaçı ağır xəstə olanda onun qızını çağıraraq imtina ərizəsinin heç bir əhəmiyyətinin olmadığı deyərək aldatmış və imza etdirmişlər. Cavabdeh2lə iddiaçı evin satılaraq pulunun bölünməsinə dair şifahi razılığa gəlmiş, lakin Zülfiyyə Balağayeva məsələyə qarışaraq baş tutmasına imkan verməmişdir. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı başqa mənzil üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Hazırda iş təkrarən polisdə araşdırılmaqdadır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mənzil müqavilə ilə ona məxsusdur. İddia ərizəsində göstərilən mansard və otaq sayları düzgün deyildir. İbtidai istintaq zamanı evin ona məxsus olduğu müəyyən olunmuşdur. Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ona ilkin olaraq evin ona məxsus olduğu və digər almış şəxslərə dövlət ödənişlərinin olduğu barədə bildirilmiş, keçən ilin iyul ayında mənzil ona təhvil verilmişdir. Həmçinin qeyd etmişdir ki, bu şəkildə başqa mənzili də olmuş, sadəcə ilkin alıcı başqası olduğuna görə ona pul verilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, sözügedən binalar iddiaçının torpağı üzərində tikilmiş, bunun müqabilində iddiaçıya 89000 manat məbləğində pul və mənzillər verilmişdir. Qeyd etmişdir ki, onun müqaviləsi daha əvvəl bağlanmış, fevral ayında mənzilləri almış və təmir etdirmişdir. Hazırda mənzillər onun istifadəsindədir və orada yaşamaqdadır. Həmçinin bildirmişdir ki, 17 nömrəli mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında münaqişə olmuş, ev Cavabdeh2 olmuş, daha sonra cavabdeh mənzili alqı-satqı müqaviləsi ilə ona satmışdır. 2 il ərzində ibtidai istintaq aparılmış, 17 nömrəli mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Ümumilikdə 3 dəfə qapısı iddiaçı tərəfindən sındırılaraq mənzilə qanunsuz müdaxilə olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2020-cı il tarixli 017-B saylı Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında B blok, mansard mərtəbədə yerləşən, izolə olunmuş 2 otaqdan ibarət, ümumi sahəsi 57,35 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 350 manata, ümumi dəyəri 20072 manata Cavabdeh1 MMC-dən almışdır. - xx.xx.2020-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı qeyd olunan mənzillə görə pay dəyəri kimi ümumilikdə 20072 manat pulu Cavabdeh1 MMC -yə ödəmişdir və MMC-yə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli 017 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında 1-Ç blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 650 manata, ümumi dəyəri 27144 manata Cavabdeh1 MMC-dan almışdır. - xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 qeyd olunan mənzillərə görə pay dəyəri kimi ümumilikdə 27144 manat pulu Cavabdeh1 MMCya ödəmişdir və MMC-yə borcu yoxdur. - Bakı Şəhəri 43 saylı Notariat ofisində xx.xx.2025-ci il tarixdə imzalanmış ilkin alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh2 ünvan 2 ünvanında 1-ci blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili 30000 manata alıcı X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. - Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 04 mart 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 MMC-nin direktoru X12 və təsisçisi X3 Azərbaycan Respublikası CM-in 178.4, 308.2 və 313- cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş, 31 may 2024-cü il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının mansard mərtəbəsində mövcud olmayan guya 57,35 m 2 ölçülü 17 nömrəli mənzil 29 may 2020-ci il tarixli müqaviləyə əsasən 20.072 manata İddiaçı satılmış, sonradan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzilə dair pay hüququndan imtina etməsi ilə əlaqədar 17 nömrəli mənzilin əvəzinə ona binanın mansard mərtəbəsində yerləşən sahəsi 68,6 m 2 olan 27C nömrəli mənzilin verilməsinə dair 22 noyabr 2022-ci il tarixli saxta müqavilə təqdim edilmişdir. Bundan başqa istintaq materialları ilə müəyyən edilmişdir ki, həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 41,76 m 2 olan 17 nömrəli mənzil 27.144 manat dəyərləndirilməklə Cavabdeh1 MMC tərəfindən ünvan 5 ünvanda inşa olunan iki girişli çoxmənzilli yaşayış binasındakı Cavabdeh2 məxsus mənzillərinin dəyərinin 27.144 manat hissəsinin əvəzində 22 iyul 2021-ci il tarixdə sonuncu ilə "xxxx" MMC arasında bağlanmış həmin tarixli mənzil tikintisi haqqında müqavilə əsasında ilkin olaraq Cavabdeh2 adına rəsmiləşdirilsə də, 08 dekabr 2021-ci il tarixdə X5 24.500 manata təkrarən satılmışdır. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin «04» aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır ondan ötrü ki, X3 "xxxx" MMC-nin təsisçisi kimi mənzil almaq üçün özünə bilavasitə və qabaqcadan əlbir olduğu həmin MMC-nin direktoru X12 vasitəsilə müraciət etmiş şəxsləri aldadıb özlərinə olan inam və etibarından istifadə edərək 29 may 2020-ci il tarixdə mənzil almaq üçün özünə müraciət etmiş İddiaçı aldadıb ona olan inam və etibarından istifadə edərək qeyd edilən binanın mansard mərtəbəsində mövcud olmayan guya 57,35 m2 ölçülü 17 nömrəli mənzilin satışa çıxarılması və tam əminliklə həmin mənzili 20.072,50 manata ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə həmin tarixdə Cəmiyyətin ünvan 6 ünvanda yerləşən ofisində 20.072,50 manat məbləğində pul vəsaitini şəxsən alıb Rafiq Tağıyevlə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq yolu ilə talamışlar. - Abşeron RPİ-nin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materialda Şahin və Zülfiyyə adlı şəxslərin şəxsiyyətlərinin və yerinin müəyyən edilərək izahatlarının alınaraq əmllərinə hüquqi qiymət vermək olmamasını nəzərə alaraq, qeyd olunan materialda cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. İşdən görünür ki, iddiaçının istinad etdiyi müqavilə ilə ona satılmış ünvan 2 ünvanında B blok, mansard mərtəbə yerləşən, izolə olunmuş 2 otaqdan ibarət, ümumi sahəsi 57,35 kv.metr təşkil edən, 17 saylı mənzil mövcud deyildir. Bu hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin «04» aprel 2025-ci il tarixli məktubunda öz əksini tapmışdır. Həmçinin İddiaçı 04 mart 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və hazırda həmin cinayət işi üzrə məhkəmə icraatı davam edir. Cavabdeh2 isə ünvan 2 ünvanında 1- Ç blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 650 manata, ümumi dəyəri 27144 manata Cavabdeh1 MMC-dan almış, bundan sonra həmin mənzili X4 30000 manata satmışdır. Hazırda qeyd edilən və iddiaçının ona məxsus olduğunu iddia etdiyi mənzilin Z.İ.Balağayevanın faktiki sahibliyində və istifadəsində olduğu və Z.İ.Balağayevanın (deməsinə görə) qohumlarının yaşadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci tarixli yerli baxışında bu hal öz təsdiqini tapmışdır. Mənzil X6 tərəfindən təmir edilmiş və yaşayışa tam yararlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-cı il tarixli 017-B saylı müqavilə əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə (yaşayışın), 17 №-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzili üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17 №-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17 №-li mənzilə iddiaçının köçürülməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17 №-li mənzilin ilkin alqı-satqısına dair Cavabdeh2 Çümşüd oğlu ilə X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra mövcud olmayan mənzil üçün ödədiyi pul məbləğini tələb edə bilər. Hazırki halda iddiaçını mövcud olmayan mənzilin əvəzinə cavabdehin (3-cü şəxsin) təmir edərək yaşadığı mənzili tələb etməsi barədə tələbi təmin edilə bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPMnin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-ya qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6) müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar