Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2193/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, nümayəndəsi X1 cavabdehin nümayəndəsi Orucov Fərhad Sultan oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 31 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin əməkdaşları tərəfindən hesablanmış 863.42 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı pandemiya ilə əlaqədar olaraq 2 aydır ki, ünvan 1ndə yaşayır. Həmin mənzili 10 il öncə tikdirsə də, orada yaşayış olmamışdır. 15.01.2021-ci il tarixdə işıq idarəsinin əməkdaşları ona sayğacın işləməməsi və dəyişilməsi lazım olduğunu bildirmişlər. Bundan sonra da saxta akt tərtib edərək 01.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 863.46 manat cərimə yazmışlar. Onlar tərəfindən verilən bildirişdə iddiaçının 01.01.2020-ci il tarixdən 03.03.2020-ci il tarixədək olan dövrə işlənən 15 kvts ödənilən 1 manat 0.05 qəpik nəzərə almadan qanunları kobud surətdə pozmaqla həmin dövrün hər bir ayı üçün cərimə yazmışlar. Bunlar barədə iddiaçı cavabdehə müracitə etsə də, müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 da iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan 15.01.2021-ci il tarixli, 021191 saylı aktdan müəyyən edilir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə aid elektrik sayğacına baxış keçirilmiş və həmin evə məxsus elektrik sayğacının işləməməsi, sayğacın impuls led lampasının dəyişməməsi, hesablama mexanizminin rəqəmlərinin ölçmə zamanı qızan yük sıfır təşkil etməsi aşkar edilmişdir. Mülki işin materiallarından olan “xxxx” ASC tətəfindən göndərilən 05.03.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, **********00857 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 15.01.2021-ci il tarixdə fərdi yaşayış evinə məxsus elektrik sayğacının işləməməsi faktı müəyyən edilmişdir. 10.02.2021-ci il tarixl, 208640 saylı protokol ilə sayğacdakı qüsur qeyd edilmişdir.NDM-021191 saylı akt ilə itirilmiş enerjinin bərpası məqsədilə 925,92 manat dəyərində ödəniş sənədi hesablanılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli, NDM-021191 saylı akta əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair (abonent kodu: **********00857) 925,92 manat dəyərində ödəniş sənədi hesablanmışdır.Bu ödəniş hesabı sayğacdakı qüsura görə tərtib edilmişdir.Sağyğac küçədə qurulmuşdur, onda olan hər hansı qüsurun iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.İşin materiallarında abonentin saldosundan müəyyən edilir ki, 12.03.2018-ci il tarixdən 08.04 2019-cu il tarixədək cəmi 47,95 manat elektrik enerjisi sərfiyyatı vardır ki, bu cərimə məbləğinə daxil deyildir.O halda, məhkəmə hesab edir ki, iddia olunan 863,42 manat cərimə məbləğindən 47,95 manat elektrik enerjisi sərfiyyatına görə hesablanan borc çıxılmaqla qalan 815,47 manat məbləğində cərimə borcu əsassız hesab edilməli, ləğv edilməli, iddia qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat cavabdeh “xxxx” ASC-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15.01.2021-ci il tarixli, NDM- 021191 saylı akta əsasən İddiaçı aid ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair (abonent kodu: **********00857) hesablanan 815,47 manat cərimə borcu silinsin. Cavabdeh “xxxx” ASC–dən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2193/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2193/2021
31.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver