Məhkəmə qərarları › İş №2(012)-2209/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2209/2021

27.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2209/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X4, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X2, Cavabdeh1 MTK-nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə ”Progress-2016” MTK arasında bağlanmış 14.01.2017-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 20.04.2019-cu il tarixli, 248 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə bağlanmış 10 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil İddiaçı satılmışdır. Həmin mənzilə görə hər kvadrat metri 400 manat olmaqla, ümumilikdə 19944 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Ödəniş barədə 10 yanvar 2012-ci il tarixli müvafiq maliyyə arayışı verilmişdir. "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK-nə 10 noyabr 2020-ci il tarixdə bildirişlə müraciət edərək 10 gün ərzində "xxxx" MMC ilə bağlanmış 10 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı 109 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və iddiaçıya rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh1 MTK-dən iddiaçıya bildirilmişdir ki, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı mübahisəli 109 saylı mənzilə dair payçı Cavabdeh2 ilə 206 saylı, 14.01.2017-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 248 saylı, 20.04.2019-cu il tarixli müqavilə bağlanılmışdir. Qeyd edilən tələblərin təmin edilməsi üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki Məcələnin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı ilə Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 MTK ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı 109 saylı mənzilini iddiaçıya təhvil vermir. Digər tərəfdən ünvan 4 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı 109 saylı mənzilinə digər payçı Cavabdeh2 ilə 206 saylı, 14.01.2017-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 248 saylı, 20.04.2019-cu il tarixli müqavilə bağlanmışdır. ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1(bir) otaqlı 109 saylı mübahisəli mənzil öncədən 10 yanvar 2012-ci il tarixli müqavilə əsasında iddiaçıya satılmışdır. Göründüyü kimi 10 yanvar 2012-ci il tarixli müqavilə əsasında mübahisəli 109 saylı mənzil öncədən idddiaıya satılmışd və dəyəri tam olaraq ödənilmişdir. Cavabdeh2 isə həmin mənzili bağlanmış 248 saylı, 20.04.2019-cu il tarixli müqavilə əsasında əldə etmişdir. Cavabdeh1 MTK iddiaçıyla bağlanmış 10 yanvar 2012-ci il tarixli müqavilə ləğv edilmədən və ya etibarsız hesab olunmadan iddiaçının razılığı və iradəsindən kənar mübahisəli mənzilə istənilən sərəncam, o cümlədən üçüncü şəxslərlə həmin mənzilə dair sonrakı tarixlərdə bağlanmış müqavilə heç bir hüquqi əhəmiyyətə malik deyil və hüquqi nəticələr doğurmur. 14 yanvar 2017-ci il tarixli müqavilədə mübahisəli mənzil 109 göstərilmişdir. Sonradan bağlanmış 20 aprel 2019-cu il tarixli müqavilədə isə həmin mənzil 101 qeyd edilmişdir. Yeni qayda ilə müqavilədə mərtəbələrin say ardıcıllığı 1-ci mərtəbədən başlayaraq hesablanılır və müqavilənin 1.3-cü bəndinə əsasən 5-ci blokda mənzillərin yerləşdiyi mərtəbələri 2 mərtəbə yuxarı, 3-cü mərtəbədən, mənzillərin nömrələri isə hər mərtəbədə 8 ədəd mənzil olduğunu nəzərə alaraq 8 say (9 nömrəli mənzil 1 nömrəli mənzil hesab edilməklə) geri sayılmaqla qeyd edilir. Ona görə də mübahisələndirilən 20 aprel 2019-cu il tarixli müqavilədə 15-ci mərtəbə (1 mərtəbə yuxarı) və 109- 8=101 saylı mənzil göstərilmişdir. Yəni iddiaçıyla 10 yanvar 2012-ci il tarixdə bağlanmış müqavilədə qeyd edilən 109 saylı mənzil hazırki yeni qayda ilə 101 saylı mənzillə eynidir. Beləliklə, müqaviləyə əsasən payçı olaraq Cavabdeh1 MTK-nə mənzilə görə iddiaçı tərəfindən tam olaraq haqq ödənilmiş və mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Mənzil iddiaçıya təhvil verilməli, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında əvvəllər bağlanmış 206 saylı, 14.01.2017-cı il tarixli müqavilənin əsasında yeni şərtlərlə 248 saylı, 20.04.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Məcdun oğlu ona və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək ona və "xxxx" MTK-ya qarşı "xxxx" MTK arasında 14.01.2017-ci il tarixli 206 №-li müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 20.04.2019-cü il tarixli 248 №-li müqavilənin etibarsız hesab edilməsi və ünvan 5 ünvanında inşa olunmuş yaşayış binasının V bloku, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kv.metr olan 1 (bir) otaqlı 109 saylı mənzilin İddiaçı təhvil verilməsini xahiş etmişdir. Hesab edir ki, məhkəməyə təqdim edilmiş İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış 10 yanvar 2012-ci il tarixli müqavilə yeni yazılmış müqavilədir. Belə ki, keçən məhkəmə iclasında qeyd olunan müqaviləyə onun tərəfindən baxış keçirərkən müqavilənin yeni yazılmasına şübhə etmişdir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi X6 məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verdi. Cavabdeh1 MTK-nın nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki iş üzrə tərəflərin adları siyahida olsa da, sözügedən müqavilənin kökü yoxdur. İş materiallarında olan 10 yanvar 2012-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Həmidov X3 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzilə görə 19.944 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 14.01.2017-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 20.04.2019-cu il tarixli, 248 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil pay kimi payçı Cavabdeh2 verməyi, payçı Cavabdeh2 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, 5/840 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 10 yanvar 2012-ci il tarixli müqavilənin mətnindəki əlyazılan, “İcraçı” və “Payçı” hissələrindəki əlyazılan rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni gelli qələmlə icra olunmuşdurlar. Həmin müqavilədə olan möhürün rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “İş materiallarında olan 10 yanvar 2012-ci il tarixli müqavilədəki əl ilə yazılmış yazıların, vurulmuş möhürün və imzalanmış imzaların 2012-ci il tarixdə yazılmasına və möhürlənməsinə uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil tikib pay kimi payçıya, yəni İddiaçı təhvil verməyi öhdəsinə götürmüş,payçı isə öz nöbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili təhvil almaq öhdəliyi götürmüş,iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayarq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmiş, tərəflər arasında müqavilə ləğv edilmədən və ya etibarsız sayılmadan,sözügedən müqavilə qüvvədə olduğu halda mübahisəli mənzilə dair "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh1 MTK tərəfindən başqa bir şəxslə, yəni hazırki işdə cavabdeh olan Cavabdeh2 ilə yeni bir müqavilə bağlamışdır. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin və cavabdeh şirkətin nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 10 yanvar 2012-ci il tarixli müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Məhkəmə işin qeyd olunmuş faktiki hallarına və istinad olunacaq maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış müqavilə ləğv edilmədən və ya etibarsız sayılmadan, iddiaçının razılığı və iradəsindən kənar Cavabdeh2 ilə ”Progress-2016” MTK arasında bağlanmış 14.01.2017-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 20.04.2019-cu il tarixli, 248 saylı müqavilə heç bir hüquqi əhəmiyyətə malik olmadığından etibarsız hesab edilməli və mübahisəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1nə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK 10 yanvar 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 tərəfindən mübahisəli mənzillə bağlı Cavabdeh1 MTK-ya 19.944 manat ödəniş edilmiş, həmin pul Cavabdeh2 qaytarılmamışdır. Məhkəmə yuxarıda qeyd olunan Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edərək hesab edir ki, tərəflər arasında əqd etibarsız sayıldığından geri qaytarılmamış 19.944 manat Cavabdeh1 MTK-dan alınaraq Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, 5/840 nömrəli məhkəmə-texniki ekspertizasına görə 80 manat ekspertiza xərcinin Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 14.01.2017-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanmış 20.04.2019-cu il tarixli, 248 saylı müqavilə etibarsız hesab edilsin. ünvan 1 ünvanda inşa olunmuş yaşayış binasının V blok, 14-cü mərtəbəsində ümumi sahəsi 49.86 kvadrat metr olan, 1 (bir) otaqlı, 109 saylı mənzil tərəflər arasında bağlanmış 10 yanvar 2012-ci il tarixli il tarixli müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh1 MTK-dan 19.944 manat manat tutularaq Cavabdeh2 ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, 5/840 nömrəli məhkəmə-texniki ekspertizasına görə 80 manat ekspertiza xərcinin Cavabdeh1 MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar