Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2209/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı «limit qaydalarını yenidən hesablanması və artıq yazılan borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq tərtib olunmuş qəbzin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" ASC-nin onun ünvan 1 ünvanında yerləşən mənzilinə dair limit qaydalarının yenidən hesablanması və artıq yazılan vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, cavabdeh "xxxx" ASC limit qaydalarını pozaraq onun ünvan 1 ünvanında yerləşən mənzilinə dair 120 manat artıq pul məbləği hesablanmışdır. Limit qaydalarının yenidən hesablanması və artıq yazılan 120 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onlar ünvan 2 ünvanında atası-X1 adına olan abonent kodu **********10001 işıq sayğacından istifadə edirlər. Evdə hazırda təmir gedir, yaşayış yoxdur. Sayğac binanın altında yerləşir. İddiaçıya əsassız olaraq 120 manat işıq pulu yazılmışdır. Akt 2021-ci ilin sentyabr ayında tərtib edilmişdir. İddiaçı 5-6 ay işıqdan istifadə etmişdir və iddiaçıya 5-6 ay işıq pulu hesablanmamışdır. İddiaçı "xxxx" ASC-yə müraciət edərkən iddiaçıya işçinin işdən çıxarıldığını bildirilmişdir. "xxxx" ASC-nin əməkdaşının səhvinə görə iddiaçıy ziyan dəymişdir. Əgər hər ay əməkdaş qeydiyyat apararsa, iddiaçı limiti keçməyəcəkdi. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" ASC-nin işçilərinin səhlənkarlığına görə 10 ay sayğacın göstəricilərinin qeydiyyatı aparılmamışdır. 2019-cu ildən 2020ci ilin sonuna qədər demək olar ki, sayğacdan istifadə edilməmişdir. Sonradan vurulanda isə məbləğ limitdən çox göstərilmişdir. Sayğac göstəricisi vurulmayan aylarda 331,60 manat və 132 manat debitor borc göstərilmişdir. Sayğac 2019-cu ildə quraşdırılmışdır. Abonent xx.xx.2022-ci ildən bugünədək 629,27 manat dəyərində elektrik enerjisindən istifadə etmiş, həmin məbləğin 167,60 manatını ödəmişdir. Nəticədə abonentin 524,67 manat debitor borcu qalmışdır. Aya 8 və 13 qəpikdən hesablamalar olmuşdur və saldoda göstərilmişdir. Odur ki, o, 192,30 manat limitdən artıq sərfiyyat hissəsini qəbul edir və bu"xxxx" ASC-nin işçilərinin səhvidir. Ən azı 120 kilovat enerjidən səfiyyat vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında cədvəldən görünür ki, **********10001 saylı abunə kodu üzrə sərf olunan elektirik enerjisinə görə abonentin 524,67 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,cavabdeh "xxxx" ASC-nin əməkdaşlarıının sayğaca hər ay vaxtında yoxlanış etməməsi səbəbindən iddiaçı X3 limit qaydlarının pozulması ilə əsassız olaraq hesablamalar aparılmışdır.Bu hal iddiaçının nümayəndəsinin izahatı ilə bərabər,cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da tam təstiqni tapmışdır. Belə ki, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında izahatında göstərmişdir ki, "xxxx" ASC-nin işçilərinin səhlənkarlığına görə 10 ay sayğacın göstəricilərinin qeydiyyatı aparılmamış, iddianın 192,30 manat limitdən artıq sərfiyyat hissəsini qəbul edir və bu"xxxx" ASC-nin işçilərinin səhvidir.Məhkəmə qeyd olunan faktiki hallara əsaslanaraq hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına quraşdırılmış abonent kodu **********10001 olan sayğac üzrə limit qaydlarına əməl edilməməsi nəticəsində artıq hesablanmış 120 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan əlavə məhkəmə limit qaydlarına əməl edilməməsi nəticəsində artıq hesablanmış borcun silinməsi nəticəsinə gəldiyindən, iddia tələbinin limit qaydalarının yenidən hesablanması zərurətini aradan qaldırmış və bu səbəbdən də məhkəmə hesab edi ki, iddia tələbi həmin hissədə rədd edilmə\lidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına quraşdırılmış abonent kodu **********10001 olan sayğac üzrə əsassız hesablanmış 120 manat məbləğində borc silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2209/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2209/2022
28.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver