Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2222/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 351.17 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşayır. 2020-ci ildə Cavabdeh ASC tərəfindən su xətti çəkilmiş və yeni sayğac quraşdırılmışdır. Əvvəllər həyətdə su olmamış, həmin dövrlərdə su pulla alınmışdır. Cavabdeh ASC tərəfindən su çəkilən kimi dərhal sayğac quraşdırılmışdır. Sayğacın üzərində 351 manat borcun olduğu qeyd olunmuşdur. İddiaçı indiyə kimi istifadə etdiyi suya görə ödənişi hər ay vaxtında etmiş, yaranmış borcla əlaqədar Cavabdeh ASC-yə müraciət etmiş, Cavabdeh ASC-nin Abşeron rayon Sukanal İdarəsi tərəfindən evə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən müəyyən edilmişdir ki, podratçı təşkilat tərəfindən 2019-cu ildə sözügedən ərazidə şəbəkə qurulmuş, əvvəllər abonentin su xətti və su təchizatı olmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, kommunal xərclər 2017-ci ilə qədər dövlət tərəfindən ödənilmişdir. Suyun verilməsi təmin edilmiş, sonradan kəsilmişdir. O, öz pulu hesabına su çəni almışdır. 5 nəfərlik ailə üzvlərinin sayı hesabına sudan istifadəyə görə ay ərzində pul ödənilir, lakin həmin məbləğ barədə onun hər hansı bir məlumatı olmamışdır. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənişlər edilmiş, 2017-ci ildən sonrakı tarixdə isə kod açılmışdır. Həmin qurum tərəfindən kod açılmış olsa da o, suyunun olmadığını bildirmişdir. Su xətti çəkilən zaman suyun veriləcəyi və kodun açılacağı izah olunmuşdur. Sayğac 2020-ci ilin yanvar ayında quraşdırılmışdır. O, hazırda, həmin tarixə qədər yaranmış borcun silinməsini xahiş edir. Aidiyyəti qurum “çörəkpulu” olaraq az miqdarda məvacib verirdi, lakin sonradan həmin ödəniş ləğv olunmuş, adambaşına düşən rüsum məbləğləri artırılmış və şəxslər rüsumları özü ödəməli idi. Onun adına hər hansı bir əmlak olmamışdır. Ona verilmiş kart üzrə ödənişlər edilmiş, hazırda da həmin məbləğ ödənilir. 351 manat məbləğini ödəməməsinin səbəbi suyunun olmaması idi. Lakin həmin müddətdə aidiyyəti quruma müraciət etməmişdir. Belə ki, o, çən almış, özü işdə olmuş və mübahisənin dərinliyinə getməmişdir. Sayğacın quraşdırılmasından sonra onun hər hansı bir borcu qalmamış, istifadəyə görə suyun ödənişini etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı yaşadığı ünvan üzrə istehlakçı kimi su təchizatı və kanalizasiya xidmətlərinə görə borcun silinməsini xahiş etmişdir. İddiaçı əhali kateqoriyasına aid istehlakçı olaraq ünvan 1 ünvanında yerləşən evə qeydə alınmışdır. Halbuki, iddiaçı Qobu qəsəbəsi ünvanını qeyd etmişdir ki, cavabdehin abonent bazasında iddiaçı ünvan 1 ünvanında yerləşən ev üzrə qeydə alınmış və müqavilə bağlanmaqla adına kod açılmışdır. İddiaçı fərqli şəkildə üç ünvanı qeyd etmişdir. Abonentin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində istifadə etdiyi xidmətlərin dəyəri normativ qaydada evdə 5 nəfər hesabı ilə, həmçinin, ona məxsus olan evdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20M tipli, 20033463 nömrəli, C270700 plomblu su sayğacının göstəricisinə uyğun olaraq hesablama yolu ilə müəyyən edilmişdir. Hətta xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər iddiaçıya su sərfinə görə hesabat verilməmişdir. İddiaçının ailə üzvləri ilə yaşadığı ünvan 1 ünvanına ötən dövr ərzində yəni, xx.xx.2017-ci il tarixdən Cavabdeh ASC tərəfindən su təchizatı və çirkab sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçının su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023-cü il tarixə ödənilməmiş 351 manat borcu vardır. İddiaçıya xx.xx.2017-ci il tarixdə abonent bazasında kod açıldığı vaxtdan ailə üzvləri (beş nəfər) ilə birlikdə işlətdiyi su sərfinə və kanalizasiya xidmətlərinə görə 2017-ci il üçün su sərfinə görə 6.65 manat, çirkab suyun axıdılması xidmətinə görə isə 2.85 manat dövrü hesabat verilmişdir. İstehlakçı abonent işlətdiyi su sərfinə və kanalizasiya xidmətlərinə görə yaranmış 9.50 manat pul borcunu ödəməmişdir. 2018-2019-cu illər üçün iddiaçıya istehlakçı abonent kimi işlətdiyi su sərfinə və kanalizasiya xidmətlərinə görə hesabat verilməmişdir. Səbəb kimi Cavabdeh ASC-nin əməkdaşının yeni işçi olması, iddiaçının ünvanının abonent bazasında “Quşçuluq yaşayış massivi, ev 0” kimi qeyd olunması olmuşdur. Belə ki, əməkdaşın təcrübəsiz olması, həmçinin, ev nömrəsinin “0” göstərilməsi ünvanın tapılmasına əngəl törətmişdir. Lakin sonradan ünvan müəyyən edildikdən sonra ötən dövr üçün yəni, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər ötən dövr ərzində iddiaçının istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan 5 nəfər say hesabı ilə) sərfiyyat verilmişdir ki, bu da tam real borcdur. İstehlakçı İddiaçı məhkəməyə iddiaçı kimi Abşeron rayonu, Qobu qəsəbəsi, fərdi yaşayış evinin sakini kimi müraciət etmişdir. Digər tərəfdən, iddia ərizəsində qeyd etmişdir ki, ailəsi ilə birlikdə H.Z.Tağıyev küçəsi ünvanında məskunlaşıb yaşayır. Abonent bazasında İddiaçı adına kod Quşçuluq yaşayış massivi, ev 0 ünvanında yerləşən evə görə hesabat aparılmışdır. İddiaçının adına olan abonent kodu üzrə Quşçuluq yaşayış massivi, ev 2/02 ünvanında yerləşən evə su sərfiyyatı və kanalizasiya xidmətlərinə görə xidmət haqqı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər (647 gün üçün) olan dövrə hesabatsərfiyyat verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi akt iddiaçı tərəfindən təqdim olunmamış, yalnız xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/4716 saylı Cavabdeh ASC tərəfindən iddiaçının müraciətinə cavab məktubunda qüvvədə olan qanunvericiliyə əsasən hesabatın araşdırılaraq düzgün aparılmaqla 351.17 manat real borcun ödənilməsi bildirilmişdir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətlər və bununla əlaqədar yaranan digər məsələlər “Su təchizatı və tullantı suları haqqında” Qanun və Nazirlər Kabinetinin “Sudan istifadə Qaydaları” haqqında Qərarı ilə tənzimlənir. İddiaçıya 2017-ci ildə məcburi köçkün statusu nəzərə alınmaqla hesabat verilməmiş, həmin tarixdən sonra isə 9.50 manat pul borcu barədə hesabat verilmiş, 2018-2019-cu illərdə isə iddiaçının ünvanının fərqli göstərilməsi nəticəsində hesabat verilməmişdir. 1998- 2017-ci illərdə su təchizatına görə uşaqlı ailənin ehtiyaclarının təmin edilməsi nöqteyinəzərindən vedrə ilə su daşınılması mümkün deyildir. 2020-ci ildə abonent sərfiyyatı yanvar-may ayları üzrə ünvan tapılmadığından yenidən hesabatın verilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı-istehlakçı İddiaçı Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinə qarşı iddia tələbi rədd edilməklə işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış-ödənilməmiş 351 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/4716 saylı məktubdan görünür ki, istehlakçılara verilən suyun hesabatı xx.xx.1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsi və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilmiş sənədlərə istinadən xx.xx.2017-ci il tarixdə 38264485 nömrəli müqavilə bağlanaraq **********490 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2020-ci il tarixdə isə mənzilin su xətti üzərində ilkin göstəricisi 37 m3 olmaqla CSS-15 markalı, 20033463 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Kommunal xidmətlər, o cümlədən, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə ilə bağlı hər hansı güzəştin tətbiqi mövcud qanunvericiliyin tələbləri ilə tənzimlənir. Mövcud qanunvericilikdə ərizədə qeyd edilənlərlə bağlı hər hansı imtiyaz nəzərdə tutulmadığından müraciətin müsbət həlli imkan xaricindədir. Hazırda, sayğac göstəricisi 297 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 351.17 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcla bağlı ödənişin edilməsi xahiş olunmuş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -Cavabdeh ASC-nin Abşeron rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən tərtib edilməklə imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Abşeron rayonu, Quşçuluq massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, ünvana baxış zamanı qeyd olunan ünvanda su və kanalizasiya təminatının vəziyyəti aydınlaşdırılmış, içməli su podratçı təşkilat tərəfindən 2019-cu ildə sözügedən ərazidə şəbəkə qoyulmuş, əvvəllər abonentin su xətti və su təchizatı olmamış, 2020-ci ilin yanvar ayından normal şəkildə su verilir, kanalizasiya vardır. -xx.xx.2023-cü il tarixli “Ətraflı Abonent kartı”ndan görünür ki, abonent kodu **********490 üzrə İddiaçı ilə xx.xx.2017-ci il tarixli, 38264485 saylı müqavilə bağlanmış və abonentə yekun borc olaraq 351 manat borc hesablanmışdır. -xx.xx.2023-cü il tarixli “Ətraflı Abonent kartı”ndan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə yerləşən evinə 2017-ci ilə 9.5 manat, 2018-2019-cu illər üçün borc hesablanmayaraq 2020-ci ilə 338.5 manat borc hesablanmış,qalıq borc olaraq isə 351 manat hesablanmışdır. -AA № 346866 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün olaraq Abşeron rayonunda məskunlaşmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Babayev X3 rayonu, Qılınclı ərazi dairəsi, Qılınclı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ. hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ. hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində ona məxsus olan və yaşadığı ünvanı olaraq qeyd etdiyi “Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev ünvanı” üzrə su sayğacının quraşdırılmasına qədər yaranmış borcun əsassız hesablandığını iddia edərək 351 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun adlanacaq) 1-ci maddəsinə əsasən, su təchizatı sistemi suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Mülki iş materiallarından göründüyü kimi, su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə İddiaçı ilə xx.xx.2017-ci il tarixli, 38264485 saylı müqavilə bağlanmış və tərəflər arasında sayğacın quraşdırılmasına görə istehlakçı-su təchizatı və kanalizasiya müəssisəsi hüquq münasibətləri yaranmışdır. Sözügedən müqaviləyə əsasən, istehlakçıiddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evinə C270700 plomb nömrəli, 20033463 nömrəli sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun: 13-cü maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən, su təchizatı müəssisələri müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar. 13-cü maddəsinin 3-cü hissəsinə əsasən, yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir. 33-cü maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq istehlakçıların hüquqlarından biridir. 61-ci maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki işin mahiyyətini məhz iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış su sayğacından əvvəl yaranmış borcun silinməsi təşkil edir. İddia ərizəsinə əlavə olunmuş vəsiqənin surətindən müəyyən olunduğu kimi, iddiaçı Babayev X3 rayonundan məcburi köçkün kimi Abşeron rayonu ərazisində məskunlaşmış və məcburi köçkün statusu daşıyan şəxs olaraq kommunal xərclərin ödənilməsindən azad olunmuş, həmin xərclərin ödənilməsi isə səlahiyyətli qurum tərəfindən həyata keçirilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, № 1206 nömrəli Fərmanının: 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. 1-1.-ci bəndinə əsasən, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə qəbul edilmişdir. Hazırki mülki işin mahiyyətindən və tərəflərin izahatından da müəyyən olunduğu kimi, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olaraq 2017-ci ilə qədər kommunal xidmətlər üzrə yaranmış borcun ödənilməsindən azad edilməklə həmin tarixdən sonra isə ödənişlərin edilməsi ilə bağlı kartların verilməsi təsdiq olunmuşdur. Başqa sözlə, məcburi köçkünlər fərdi qaydada sayğaclar quraşdırılanadək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar xx.xx.2017-ci il tarixədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, № 11 nömrəli Qərarına əsasən, bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaların 1-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Beləliklə də, qəbul edilmiş aktlardan müəyyən olunduğu kimi, xx.xx.2017-ci il tarixdən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərdən kommunal xidmətlər və digər xidmətlər üzrə dövlət büdcəsindən maliyyələşən vəsaitlər əvəzinə, vahid aylıq müavinət qaydaları müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı hazırki müddətdə də sözügedən ödənişlərin onlara verilmiş kart vasitəsilə köçürüldüyünü etiraf etmiş, lakin iddia tələbində silinməsini xahiş etdiyi ödəniş məbləğini ödəməməsinin səbəbi olaraq həmin müddət üçün suyun gəlməməsi ilə əlaqələndirsə də iddia tələbində istinad etdiyi həmin halı sübut etməmiş, bu barədə aidiyyəti quruma rəsmi qaydada müraciət etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərindən müəyyən olunduğu kimi, iddiaçı Babayev X3 rayonundan məcburi köçkün statusu almış şəxs olaraq digər məcburi köçkünlər kimi xx.xx.2017-ci il tarixinə kimi kommunal xidmətlər üzrə ödənişlərin edilməsindən azad olsa da, həmin tarixdən sonrakı müddət üçün isə kommunal və digər xidmətlərin ödənişlərinin edilməsi ilə bağlı yaranmış borcların ödənilməsinə görə öhdəlik daşımış, hazırki mülki mübahisədə isə silinməsi xahiş olunan borc iddiaçının müəyyən edilmiş normativ qaydalara uyğun olaraq ailə üzvlərinin sayına görə yaranmış borcdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, qanunvericiliyin tələbləri əsasında müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən, iddia ərizəsində silinməsini xahiş etdiyi 351 manat borc ödənişi nəinki həmin məbləğin silinməsinə, əksinə, həmin məbləğin ödənilməsi üzrə iddiaçının öhdəlik daşımasına əsas olduğundan iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2222/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2222/2023
12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver