Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2225/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 20 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 1988-ci il tarixli 3234 nömrəli qeydiyyat vəsiqəsinin ona məxsus olması və sözügedən qeydiyyat vəsiqəsində qeyd edilmiş Ərizəçi Şahhüseyn qızı ilə AA******* seriyalı şəxsiyyət vəsiqəsində qeyd edilmiş Ərizəçi eyni şəxs olması faktına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair onun adına 29 yanvar 1988-ci il tarixli 3234-nömrəli inventar işi barədə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin torpaq sahəsinin öz adına sənədləşməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə müraciət etmişdir, lakin cavabdeh qurumdan xx.xx.2023-ci il tarixli imtina məktubu verilmiş və göstərilmişdir ki, 106 nömrəli inventar qeydiyyat vəsiqəsində adında fərqlilik vardır. Belə ki, qeydiyyat vəsiqəsində Ərizəçi Şahhüseyn qızı yazıldığı halda, şəxsiyyət vəsiqəsində Ərizəçi yazılmışdır. Hüquq sahibinin ad, soyad və ata adında dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab olunur cavabı verilmişdir. Hazırda həmin 3234 nömrəli qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Şahhüseynlə AA******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktı müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci ildə Ermənistanda andan olmuş, atası X1, anası Nəzərova Bəyim Minbaşı qızıdır. Mülki iş materiallarında olan Abşeron rayonu üzrə İcra Hakimiyyətinin Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A/2517 saylı arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu, Masazır kəndi, H.Həşimov küçəsi, ev 14 özünəməxsus evdə yaşayır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda qeyd olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 yanvar 2023-cü il tarixli müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 3234 reyestr və 106 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “Ərizəçi Şahhüseyn qızı” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətə 27 sentyabr 2022-ci il tarixli, **********19 nömrəli, 10 yanvar 2023-cü il tarixli, **********58 və 01 fevral 2023-cü il tarixli, **********66 nömrəli məktubla münasibət bildirilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Ərizəçi adına verilən 19 yanvar 1988-ci il tarixli 3234 reyestr nömrəli qeydiyyat vəsiqəsinin arxiv sənədlərinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı müraciətə Maraqlı şəxs Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsində baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə Ərizəçi Şahhüseyn qızının adına verilmiş 3234 reyestr nömrən qeydiyyat vəsiqəsinin arxiv əsasları yalnız 106 inventar nömrəli texniki pasportdan ibarətdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin (3234 reyestr nömrəli, 106 inventar işi nömrəli) notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Abşeron rayon Masazır kəndində yerləşən 3 yaşayış otaqlı yaşayış sahəsi 77.6 kv.m köməkçi sahəsi 32.8 kv.m olan fərdi yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Ərizəçi adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 3234 reyestr və 106 inventar nömrəli qeydiyyat vəsiqəsində “Ərizəçi Şahhüseyn qızı” kimi qeyd edilən şəxsin xx.xx.1958-ci il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Həmin qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Abşeron rayon Masazır kəndində yerləşən 3 yaşayış otaqlı yaşayış sahəsi 77.6 kv.m köməkçi sahəsi 32.8 kv.m olan fərdi yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Ərizəçi adına qeydə alınmışdır. Ərizəçi ata adında texniki səhvə yol verilmişdir. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən onun fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 3234 reyestr və 106 inventar nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 3234 reyestr və 106 inventar nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2225/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2225/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver