Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-223/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Heydər Əliyev adına X11 nümayəndəsi X4, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X11 cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı «tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Heydər Əliyev adına X11 səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş yaşayış kompleksində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X11 səlahiyyətli nümayəndəsi iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş yaşayış kompleksində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında inşa edilmiş hündürmərtəbəli yaşayış evlərinin özbaşına tikili hesab edilməsi və həmin tikililərin (hündürmərtəbəli yaşayış evlərinin) sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Heydər Əliyev adına X11 nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı Heydər Əliyev adına X12 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “özbaşına tikilinin sökülməsi barədə” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş yaşayış kompleksində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 16(012)-271/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi Heydər Əliyev adına X11 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək Abşeron rayonu, Masazır qəsəbəsində (Qurtuluş yaşayış kompleksi) NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə tikinti işlərinin aparılmasının cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qadağan edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Bildirir ki, baxmayaraq ki məhkəmənin qərardadı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttinin mühafizə zonasında tikinti işlərinin aparılması qadağan edilmişdir, cavabdehlər məhkəmənin qərardadına məhəl qoymayaraq qeyd olunan ünvanda əlavə bir neçə binanın tikinti işlərini həyata keçirməkdə davam etmişlər. Belə ki, Heydər Əliyev adına X11 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə, köhnədən hasara alınmış boş ərazidə təqribən 40x45 metr ölçüdə bina tikintisinin 7-ci mərtəbəsi üzrə tikinti işlərinin aparılması, eləcə də həmin ərazidə hasarın içərisində olan digər 40x45 metr ölçüdə bina tikintisi üçün nəzərdə tutulan bünövrənin içərisinə dəmir armaturlardan istifadə etməklə dəmir konstruksiyaların quraşdırılması daxil olmaqla tikinti işlərinin surətlə davam etdirilməsi faktı aşkarlanmışdır (2-ci bina). Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X11 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə, təqribən 40x45 metr ölçüdə 2-ci binanın 4-cü mərtəbəsi üzrə tikinti işlərinin sürətlə davam etdirilməsi, həmin ərazidə kəmərin 45 metrliyində isə daha bir binanın (1-ci bina) 7-ci mərtəbəsi üzrə tikinti işləri davam etdirilməsi faktı aşkar olunmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X11 mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 ünvanında NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərindən təqribən 45 metr aralı məsafədə, köhnədən hasara alınmış boş ərazidə təqribən 40x50 metr ölçüdə 3-cü binanın təməlinin qazılması faktı aşkarlanmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə NEZ-in əməkdaşlarının iştirakı ilə sözügedən əraziyə baxış keçirilmiş və baxış zamanı Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş yaşayış kompleksində Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində "xxxx" MTK tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm boru kəmərinin “Mühafizə Zonasının 45 metrliyində artıq 7-ci mərtəbəsi tamamlanmış uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 21 metr olan çoxmərtəbəli yaşayış binası (1-ci bina), uzunluğu 45 metr, eni 40 metr, hündürlüyü 12 metr olan 4-cü mərtəbəsi tamamlanmış çoxmərtəbəli yaşayış binası (2-ci bina), uzunluğu 45 metr, eni 40 metr olan 3-cü çoxmərtəbəli yaşayış binasının tikilisi üçün qazılmış bünövrə aşkar edilmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş yaşayış kompleksində NEZə məxsus neft məhsulu nəql olunan boru kəmərindən təqribən 45 metr aralı məsafədə, təqribən 40x45 metr ölçüdə cavabdehlər tərəfindən 2 bina (1-ci binanın 7-ci mərtəbəsi, 2-ci binanın 4-cü mərtəbəsi) üzrə tikinti işləri davam etdirilir, 3-cü binanın tikintisi üçün təməl qazıntı işləri həyata keçirilir. Bundan əlavə o, hazırki mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X6 izahatında mülki işə baxılması məsələsinin qanunvericiliyin tələblərinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla iddiaçı Heydər Əliyev adına X11 cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı «tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 1153 nömrəli Sərəncamının surətindən görünür ki, "xxxx" MTK-ya Abşeron RİH Başçısının 737 saylı, 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Masazır kəndində 3,35 ha sahədə çoxmərtəbəli evlərdən ibarət kompleksin tikintisinin əlavə 2,0 ha sahədə (cəmi 5,35 ha) genişləndirilməsinə icazə verilmiş, tikinti nəzərdə tutulan torpaq sahəsinin kateqoriyasının və mülkiyyət hüquqlarının aidiyyəti təşkilatlarla həll etməsi sifarişçiyə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 2.00 ha ehtiyyat fondu torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 16 sentyabr 2016-cı il tarixli Birgə fəaliyyət haqqında müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəflər "xxxx" MTK və Qocayev X7 Rayon İcra Hakimiyyəti Başçısının 737 saylı, 05 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, Masazır qəsəbəsi (Masazır- Novxanı şosesinin sol tərəfi) ərazisində 2,0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının, məişət, digər obyektlərin tikintisi və istismarı (satışı, icarəyə verilməsi və s.) sahəsində birgə fəaliyyət barədə razılığa gəlmişdirlər. İddiaçı Heydər Əliyev adına X11 səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş yaşayış kompleksində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xəttindən təxminən 45 metr aralı məsafədə cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Heydər Əliyev adına X11 səlahiyyətli nümayəndəsi iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində, Qurtuluş yaşayış kompleksində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında inşa edilmiş hündürmərtəbəli yaşayış evlərinin özbaşına tikili hesab edilməsi və həmin tikililərin (hündürmərtəbəli yaşayış evlərinin) sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi faktiki olaraq gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasında olan tələblərlə bağlıdır. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh1 barəsində vergi məlumatlarından görünür ki, Cavabdeh1 2017-ci ildən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir və onun VÖEN-i hazırda aktiv statusdadır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 30-32, 263, 264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Heydər Əliyev adına X11 cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya, üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı «tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-223/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-223/2024
03.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver