Məhkəmə qərarları › İş №2(012)-2234/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2234/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2234/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş bağ sənədində yazılmış “X1” AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1950-ci ildə Qubadlı rayonunda anadan olmuş, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olmaqla orada yaşayır. Abşeron rayon Novxanı sovxozunda yerləşən bağ torpaq sahəsinə dair sənəd onun adınadır. O, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin müraciətinə əlavə edilmədiyi, həmçinin sözügedən torpaq sahəsinə dair əlavə edilmiş Abşeron rayonu XDS İcraiyyə komitəsinin qərarının surətində göstərilən hüquq sahibinin ad, soyad və ata adında şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin qərarının surətində hüquq sahibi “X4” göstərilməsinə baxmayaraq, onun şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Buna görə də, ona daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli bildiriş göndərilmişdir. Bu səbəbdən məsələnin məhkəmə qaydasında həll edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş bağ sənədində yazılmış “X1” AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X10 çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. O, təsdiq edir ki, bacısı Ərizəçi bağ sənədində göstərilən “X4” ilə eyni şəxsdir və atalarının adı Xanlardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X11 ilə eyni məzmunlu izahat verdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: TSMD-25 saylı, 1988-ci il tarixli bağ sənədinin surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi X2 verilmişdir. Azərbaycan SSR Abşeron rayonu XDS İcraiyyə komitəsinin qərarından çıxarışın surətindən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi X3 verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş və Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış **********53 saylı, xx.xx.2020-ci il tarixli intina edilməsi barədə bildirişdən görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin ərizəçinin müraciətinə əlavə edilmədiyi, həmçinin sözügedən torpaq sahəsinə dair əlavə edilmiş Abşeron rayonu XDS İcraiyyə komitəsinin qərarının surətində göstərilən hüquq sahibinin ad, soyad və ata adında şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin qərarının surətində hüquq sahibi “X4” göstərilməsinə baxmayaraq, vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Məhkəmə baxışı zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində adı “Ərizəçi” olsa da, TSMD-25 saylı, 1988-ci il tarixli bağ sənədində “X4” kimi qeyd olunmuşdur. Məhkəmə ərizə tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. TSMD-25 saylı, 1988-ci il tarixli bağ sənədində göstərilən “X4” ilə AZE №-li 0******* saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi”nın eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar