Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2238/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Tağıyev Rafiq Nərçə oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə İddiaçı MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzilə dair bağlanmış 09 aprel 2019-cu il tarixli, 073 №-li müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2018-ci il tarixində "İddiaçı” MMC ilə X8 arasında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə müvafiq olaraq İddiaçı MMC-nin ünvan 2 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli, binadakı su sistemləri, kanalizasiya sistemləri, yağış və balkonların su borularının çəkilişi, yanğınsöndürmə sistemləri və elektrik sistemləri işlərinin tam görülməsi və başa çatdırılması öhdəliyini öhdəsinə götürmüşdür. İddiaçı MMC Müqavilənin 3.2-ci bəndi üzrə görülən işlərin ödənişini işlər görüldükcə görülən işin məbləği qədər “Podratçı”-ya verilmiş əmlakdan ödənişini edir və “Podratçı” isə verilmiş mənzillərin qiymətini hər kvadrat metr üçün 600 (altı yüz) manatdan hesablayır. Hesablama barter şəklində görülür, yəni görülən işin müqabilində mənzil verilməsi nəzərdə tutulur.Müqavilənin şərtləri pozularsa mənzillərin başqalarının adına yazılmasına baxmayaraq yazılmış mənzillərin müqavilələri ləğv olunur və cavabdehlik “Podratçı” X1 üzərinə düşür. Yəni müqavilə şərtlərinə görə 78 saylı mənzil sahibi Cavabdeh1 aldığı 34578 manat məbləği mənzil sahiblərinə geri qaytarmalı və sənədləri şirkətə təhvil verməyi öz üzərinə götürür.Buna görə də göstərilənlərin əsası kimi X1 qohumu Cavabdeh2 Binatalı qızı vasitəsilə tanıdığı tanışı Cavabdeh1 ilə İddiaçı MMC arasında 09 aprel 2019-cu il tarixində 073 №-li müqavilə bağladır və müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə 78 nömrəli mənzil Cavabdeh1 adına rəsmiləşdirir.Tərəflər arasındakı müqavilə üzrə onların hər ikisinin üzərinə düşən icra hərəkətləri mövcud olmuşdur. “Sifarişçi” İddiaçı MMC həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfdən heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və müqavilə üzrə yaranmış öhdəliyini vaxtında yerinə yetirməmişdir. X3 tapmaq mümkün olmadığından, Cavabdeh1 İddiaçı MMC-nin ofisinə dəvət olunmuş və onun tanışı X1 qeyri-qanuni hərəkətləri barədə məlumat verilmişdir. Cavabdeh1da vəziyyətdən halı olmuş və İddiaçı MMC-yə ərizə ilə yazılı müraciətində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə 78 nömrəli mənzilə görə ödənilmiş 34578 manat məbləğində pulu X2 ödəmiş və bunu öz ərizəsilə təsdiq etmişdir.Belə olduğu halda, Cavabdeh1 ilə İddiaçı MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə 78 nömrəli mənzilə dair bağlanmış 09 aprel 2019-cu il tarixli 073 №-li müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yaranır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzilə dair bağlanmış 09 aprel 2019-cu il tarixli, 073 №-li müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Rafiq Tağıyev də iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 lazımi qaydada məlumatlanmasına baxmayaraq iclasda iştirak etmədi və səbəbləri barədə məlumat vermədi. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 30 dekabr 2018-ci il tarixli müqavilədən müəyyən edilir ki, “sifarişçi” İddiaçı MMC və “podratçı” Abudov X6 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli, binadakı su sistemləri, kanalizasiya sistemləri, yağış və balkonların su borularının çəkilişi, yanğınsöndürmə sistemləri və elektrik sistemləri işlərinin tam görülməsi və başa çatdırılması barədə aralarında müqavilə bağlamışlar. Mülki işin materiallarında olan mənzil tikintisi haqqında 09 aprel 2019-cu il tarixli, 073 №-li müqavilədən müəyyən edilir ki, “icraçı” İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzili 34578,5 manat məbləğində pul vəsaiti qarşılığında “payçı” Cavabdeh1 ayırmağı öhdəsinə götürür. Mülki işin materiallarından olan 09 aprel 2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzil üçün 34578,5 manat məbləğində pul vəsaitini tam şəkildə ödəmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan Cavabdeh3 tərəfindən İddiaçı MMC-yə ünvanlanan 07.02.2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, İddiaçı MMC ilə onun arasında 30.11.2018-ci il tarixdə müqavilə imzalamış, həmin müqaviləyə əsasən İddiaçı MMC-nin ünvan 2 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli, binadakı su sistemləri, kanalizasiya sistemləri, yağış və balkonların su borularının çəkilişi, yanğınsöndürmə sistemləri və elektrik sistemləri işlərinin tam görülməsi və başa çatdırılmasından ibarət olub. Görülən işlərin ümumi məbləği 279.869 manat təşkil edib. Cavabdeh3 127.410 manat dəyərində 3 ədəd mənzilləri müxtəlif şəxslərə satıb pullarını nağd şəkildə almışdır. O, şirkət rəhbərliyi ilə X4 adına ümumi sahəsi 77.36 kv.m olan 46.416 manat məbləğində 211 saylı 2 otaqlı mənzili, X5 adına ümumi sahəsi 77.36 kv.m olan 46.416 manat məbləğində 271 saylı 2 otaqlı mənzili və Cavabdeh1 adına ümumi məbləğ 37.722 manat məbləğ olan 278 saylı mənzili maliyyə arayışı əsasında bu şəxslərin adına müqavilə bağlayıb və hər üç şəxsdən mənzillər üçün ödənilən pulları şirkətə yox, şəxsi vəsaiti hesabına almışdır. Hər 3 mənzil sahibləri şirkətin rəhbərliyi pulu nəğd şəkildə ödədikləri barədə rəsmi ərizə təqdim ediblər. Cavabdeh3 şirkətlə 127.410 manat dəyərində bağladığı müqavilənin şərtlərinə əməl etməmişdir. Bu da tərəflər arasında bağlanmış müqavilənin pozulmasına əsas verir. Yuxarıda qeyd ediləınləri nəzərə alaraq iki ay müddətində şirkətlə bağladığı müqavilənin şərtlərini və üzərinə düşən öhdəliyi yerinə yetirməsinə tam zəmanət verir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh3 ilə İddiaçı MMC arasında olan əvvəlcə şifahi, sonra isə yazılı müqaviləyə əsasən İddiaçı MMC-nin ünvan 2 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli, binadakı su sistemləri, kanalizasiya sistemləri, yağış və balkonların su borularının çəkilişi, yanğınsöndürmə sistemləri və elektrik sistemləri işlərinin tam görülməsi və başa çatdırılması vəzəfəsini Cavabdeh3 öz üzərinə götürmüş,görülən işlərin ümumi məbləği 279.869 manat təşkil edib. Cavabdeh3 127.410 manat dəyərində 3 ədəd mənzilləri müxtəlif şəxslərə satıb pullarını nağd şəkildə almışdır. O, şirkət rəhbərliyi ilə X4 adına ümumi sahəsi 77.36 kv.m olan 46.416 manat məbləğində 211 saylı 2 otaqlı mənzili, X5 adına ümumi sahəsi 77.36 kv.m olan 46.416 manat məbləğində 271 saylı 2 otaqlı mənzili və Cavabdeh1 adına ümumi məbləğ 37.722 manat məbləğ olan 278 saylı mənzili maliyyə arayışı əsasında bu şəxslərin adına müqavilə bağlayıb və hər üç şəxsdən mənzillər üçün ödənilən pulları şirkətə yox, şəxsi vəsaiti hesabına almışdır. Hər 3 mənzil sahibləri şirkətin rəhbərliyi pulu nəğd şəkildə ödədikləri barədə rəsmi ərizə təqdim ediblər. Cavabdeh3 şirkətlə 127.410 manat dəyərində bağladığı müqavilənin şərtlərinə əməl etməmişdir. Bu da tərəflər arasında bağlanmış müqavilənin pozulmasına əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilələr cavabdehin iddiaçı qarşısında öhdəliyiilə şərtləşdirildiyindən və cavabdeh öhdəliyini icra etmədiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzilə dair bağlanmış 09 aprel 2019-cu il tarixli, 073 №-li müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında yerləşən A blok, 6-cı mərtəbə, 78 nömrəli mənzilə dair bağlanmış 09 aprel 2019-cu il tarixli, 073 №-li müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2238/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2238/2021
26.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver