Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2247/2024 02.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X25, Cavabdeh7, Cavabdeh8 qızına, Cavabdeh9 qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X25, Cavabdeh7, Cavabdeh8 qızına, Cavabdeh9 qarşı miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X9 miras qalmış, mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-2959 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilən Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.13 ha torpaq sahəsinin 1/7 (yeddidə bir) hissəsi üzərində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-2959 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilən Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsinin, mərhum anası X9 miras qalmış ½ (ikidəbir) pay hissəsinin 1/7 (yeddidə bir) hissəsi üzərində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 2959 nömrəli şəhadətnaməyə əsasən mərhum anası X13 və qardaşı X14 Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları müəyyən edilmişdir. Onlar yeddi bacı qardaş olmuşlar. Qardaşlarının üçü də rəhmətə getmişdir. X1 xx.xx.2007-ci il tarixdə, X30 xx.xx.2013-cü il tarixdə, X31 isə xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. X57 isə xx.xx.2013-cü il tarixdə, atası X32 isə xx.xx.1989-cu il tarixdə rəhmətə getmişdir. Bacıları Atababayeva (Tapdıqova) Elmira Gülbala qızı, Nadirhüseynova (Tapdıqova) Əsli Gülbala qızı və Abudova (Tapdıqova) Reyhan Gübala qızıdır. Mərhum qardaşı X14 bir Cavabdeh3 adlı övladı olmuşdur. Şamilin başqa övladı yoxdur. Digər mərhum qardaşı X10 Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 adlı üç övladı vardır. Nizaminin başqa övladı yoxdur. X15 isə Cavabdeh7, Cavabdeh8 qızı və Cavabdeh9 adlı övladları vardır. Sadiqin başqa övladı yoxdur. O anasından miras qalmış mülkiyyət hüququ JN- 2959 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etmişəm. Xaçmaz rayonul saylı Notariat Ofisi tərəfindən isə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X13 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətylərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Göründüyü kimi o miras əmlakla bağlı mübahisəni digər vərəsələrlə həll edə bilmir. Nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etmiş və iddia ərizəsinin təmin olunmasını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X25, Cavabdeh7, Cavabdeh8 qızına, Cavabdeh9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mülki iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-2959 saylı 30209018 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 nömrəli qərarı ilə verilmiş Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsi Xaçmaz rayonu Yergüc kənd sakini X13, ailə üzvü X14 mülkiyyətinə verilmişdir. - Xaçmaz rayonu Yergüc İnzibati Ərazi Vahidliyində Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ № 251273 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Xaçmaz rayonu Yergüc kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ № 655798 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 238115 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1080 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. - Xaçmaz rayon İHB-nin Yergüc İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 245354 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1989-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 49 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X58 Xidməti Şimal regional X58 İdarəsinin İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli, 37 İT- 00505 saylı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu, Yergüc kəndində yerləşən, qardaşı X20 məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş aktın surəti ona təqdim edilmişdir. -xx.xx.2022-ci il tarixli, 05/103 saylı arayışın surətindən görünür ki, X32 və X21 nikahı haqqında 17 yanvar 1942-ci il tarixdə 1№-li akt qeydi tərtib olunmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 101 saylı arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Yergüc kənd X46 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Yergüc kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabında X32 təsərrüfat başçısı olmuş, 1989-cu ildə rəhmətə getmiş, adının üstündən xətt çəkilərək təsərrüfatın başçısı mərhum X13 adı yazılmışdır.Təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan 1962-ci ildə tikilən yaşayış evi,şəxsi istifadəsində olan torpaq (hektarın yüzdə birilə) torpaqğın cəmi 0,25 ha,o cümlədən tikililərin,kolluqların,Ş,mıeşəliyin,qobudərələrin və ictimai yolların altında 0,02 ha göstərilmişdir. Əlavə məlumat: Ev Xaçmaz rayon İnventar bürosunun 23/Vİİ1/1990-cı il tarixli 10801 №li reystrlə Tapdıqova Əminənin adına keçirilib. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli, X-1016 saylı məktubdan görünür ki, Xaçmaz rayon 1 saylı notariat ofisinə 29 dekabr 2013-ci ildə vəfat etmiş X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. X13 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291-ci məddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərizində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X33 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Bu səbəbdən ötürülmüş müddətin bərpası, pay bölgüsünü aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 05/0-987115 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq bildirirlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları’' avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və məlum olmuşdur ki, X30 xx.xx.1968-ci ildə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən xx.xx.1973-cü ildə Zümrüd adında qızları doğulmuşdur. xx.xx.1977-ci ildə X16 ilə daha sonra xx.xx.1988-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən xx.xx.1988-ci ildə Sənan adında övladları doğulmuşdur. xx.xx.1995-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2013-cü ildə X34 vəfat etmişdir. X26 xx.xx.1983-cü ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən xx.xx.1986-cı ildə Ruslan, xx.xx.1991-ci ildə isə Sahib adında övladları doğulmuşdur. X26 xx.xx.2007-ci ildə vəfat edib. X31 xx.xx.1984-cü ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. X31 xx.xx.2021-ci ildə vəfat edib. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 421 saylı məktubundan görünür ki, 06/22 nömrəli vəkil sorğusuna cavab olaraq bildirilir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X14, xx.xx.2013-cü ildə vəfat etmiş X13, xx.xx.2013-cü ildə vəfat etmiş X15 və xx.xx.2007-ci ildə vəfat etmiş X10 vəfatından sonra hər hansı bir əmlaka dair vərəsəliyin qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı notariat ofisində məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saaylı Xaçmaz Ərazi İdarısi tərəfindən Cavabdeh6 göndərilmiş xx.xx.2022-ci il tarixli, **********81 saylı məktubdan görünür ki, JN-2959 KOD 30209018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin digər şəxsin adına vərəsəlik olunması və təsdiq olunmuş surətinin verilməsi ilə bağlı 27 oktyabr 2022-ci il tarixli sorğunuza 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. X3 və X18 adına olan 0.26 ha torpaq sahəsinə verilmiş JN- 2959 KOD 30209018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmişdir. Həmin şəhadətnamənin təsdiq olunmuş surətini sizə təqdim edilmişdir. 0.26 ha torpaq sahəsinə verilmiş JN-2959 KOD 30209018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin digər şəxsin adına özgəninkiləşdirilməsi barədə Ərazi İdarəsində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüç kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il Ş-06/22 nömrəli sorğuya cavab olaraq məlumat üçün bildirilir ki, xx.xx.1942-ci ildə Xaçmaz rayon Yergüc kənd sakini mərhum X35 və Xaçmaz rayon Yergüc kənd sakini mərhumə Almasova (Tapdıqova) Əminə Qurban qızı arasında bağlanmış rəsmi nigahdan birgə yaşadıqları müddət ərzində 7 (yeddi) övladları döğulmuşdur.Əldə etdiyimiz məlumata görə onların adları aşağıdaki kimidir: İddiaçı 1945-ci il təvəllüd, X30 1948-ci il təvəllüd (mərhum), X22 1951-ci il təvəllüd, X26 1953-cii il təvəllüd (mərhum), X36 1959-cu il təvəllüd, X31 1961-ci il təvəllüd (mərhum), X23 1965-ci il təvəllüdlü. -Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüç kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 05 saylı məktubdan görünür ki, 11 yanvar 2024-cü il tarixli,S-03 saylı məktubunuza cavab olaraq bildiririk ki,Xaçmaz rayon Yergüc kənd sakinləri vəfat etmiş X31 və X8 ilə birgə nigahından qızı Cavabdeh3 dünyaya gəlmiş,X26 və X19 ilə birgə nigahından Cavabdeh4,Cavabdeh5 və Cavabdeh6 dünyaya gəlmişdir.X30 və X5 birgə nigahdan Cavabdeh7,Cavabdeh8 qızı və Cavabdeh9 (uzun müddətdir ərazidə yaşamır və haqqında məlumat yoxdur) dünyaya gəlmişdir. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri İdarəsi tərəfindən Abşeron rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 190 saylı məktubdan görünür ki, 12 may 2024-cü il tarixli i. № e-2(012)-2247/2024 nömrəli məktuba cavab olaraq, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 məhkəmə bildirişinin çatdırıldığı barədə 2 saylı MTİİTS tərəfindən daxil olan rəsmi məlumat təqdim edilmişdir. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 32 saylı məlumatdan görünür ki, Cavabdeh1 məhkəmə bildirişi çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-2959 saylı 30209018 kod nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 nömrəli qərarı ilə Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsi iddiaçının anası X13 və iddiaçının qardaşı X14 mülkiyyətinə verilmişdir. İddiaçının anası X33 xx.xx.2013-cü il tarixində, iddiaçının qardaşı X31 isə xx.xx.2021-ci il tarixində vəfat etmişdir.Hazırda, İddiaçı mərhum anasından miras qalmış torpağa münasibətdə vərəsə kimi tanınmaqla vərəsəlik payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Müəyyən olunmuşdur ki, İddiaçı “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-2959 saylı 30209018 kod nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsinin mülkiyyətinə verilmiş X13 qızı və mülkiyyətinə verilmiş X14 bacısıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı mərhum anasının vəfatından sonra miras qalmış əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə əsasən, notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Mülki iş materiallarına əlavə olunmuş Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1016 saylı məktubu əsasında İddiaçı xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirdiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmiş və bununla da, İddiaçı məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Beləliklə, iddiaçının məhkəməyə müraciət etməyə subyektiv hüququ meydana çıxmışdır. Məhkəmə ilkin növbədə, üzərində payın müəyyən edilməsi xahiş olunan mübahisəli əmlakların hüququ rejiminə qiymət verərək qeyd etməyi zəruri hesab edir: Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunduğu kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli, X-1016 saylı məktubuna əsasən X13 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirməmişlər. Cavbdehlərin məhkəmə iclaslarına dəvət olunması barədə bildirişlər göndərilsə də, cavabdehlər məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Məhkəmə qanunun tələblərinə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mərhum X2 miras əmlakla bağlı vəsiyyətnamə vermədiyindən, Torpağın mülkiyyətə verilməsinə dair JN-2959 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilən Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsinin, iddiaçının mərhum anası X9 miras qalmış ½ (ikidəbir) pay hissəsinin 1/7 (yeddidə bir) hissəsi üzərində payı müəyyən edilməlidir. Belə ki, həmin əmlakdan düşən 2/1 pay hissəsindən iddiaçı və digər vərəsələr iddiaçının 3 nəfər bacıları və mərhum 3 nəfər qardaşlarının uşaqları nəzərə alınmaqla ümumilikdə 1/7 pay hüquqları müəyyən edilir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2959 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilən Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsinin mərhum anası X9 miras qalmış ½ (ikidə bir) pay hissəsinin 1/7 (yeddidə bir) hissəsi üzərində İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov