Məhkəmə qərarları › İş №2(012)-2252/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2252/2024

29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2252/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsindən imtina qərarının ləğv edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsindən imtina qərarının ləğv edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional Cavabdeh Notariat Ofisinin 29 yanvar 2024-cü il tarixli, 217 nömrəli mirasın qəbulundan imtina qərarının ləğv edilməsi və mirasın qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin xahiş edirəm hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. Başqa sözlə iddia ərizəsində tələb konkret ifadə olunmalı, tələb olunan əmlakın fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməlidir. Əgər iddia ərizəsinin məzmunununda qeyd olunan xüsusiyyətlər göstərilməzsə, əks təqdirdə gələcəkdə çıxarılacaq qətnamənin icrasının qeyri-mümkün olmasına kifayət qədər əsaslar verir. Lakin iddiaçı tələbində 1 saylı Sumqayıt Regional Cavabdeh Notariat Ofisinin 29 yanvar 2024-cü il tarixli, 217 nömrəli mirasın qəbulundan imtina qərarının ləğv edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etsə də miras əmlakın fərdi əlamətləri və digər xüsusiyyətlərini göstərməməklə tələbini aydın və konkret ifadə etməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən ərizənin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı «mirasın qəbul edilməsindən imtina qərarının ləğv edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsindən imtina qərarının ləğv edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar