Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2253/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq hesablanmış 216 manat pulun silinməsi və artıq ödənilmiş 55 manat vəsaitin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Onun xəbəri olmadan barəsində ******* saylı 31 may 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə guya evindəki sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst sol küncdən deşilmişdir. Nəticədə ona 216 manat məbləğində cərimə yazılmışdır. Bu hadisədən uzun müddət xəbəri olmamışdır. Daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüşdür. Ona görə də qaz idarəsinə yaxınlaşmış, orada isə məlum olmuşdur ki, göstərilən akt tərtib edilmiş və 216 manat məbləğində cərimə borcu hesablanmışdır. Lakin bu hallar həqiqəti əks etdirmir. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktda onu imzalamaqdan imtina etməsi barədə qeyd əks olunmuş, lakin onun həmin aktın tərtib edilməsindən xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən abonent kodu **********00320 olan İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yerləşən evinə baxış keçirilərkən həmin ünvanda sayğaca müdaxilə müəyyən edilərək, akt tərtib edilmiş və sayğac laborator yoxlamaya göndərilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst sol küncdən deşilmişdir. Buna görə də xx.xx.2021-ci il tarixli akt və tələbnamə ilə dəyəri ödənilməmiş 2160 kub.metr təbii qazın dəyəri ondan tələb edilmişdir. Həmin borcun hesablanması əsaslı və düzgündür. Ona görə də məhkəmədən tamamilə əsassız olduğu üçün İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 07 dekabr 2020-ci il tarixli ******* №-li akt əsasında Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yerləşən evdəki (abonent kodu: **********00320) qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Sayğac yenisi ilə əvəz olunarkən “sayğacın elektron hissəsi işləmir, ekran göstərmir” müəyyən edilmişdir. Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, xx.xx.2021-ci ildə (həmin hərəkətin yerinə yetirilmə vaxtının yazılmalı olduğu saat (vaxt) qrafası doldurulmamış və boş saxlanmışdır) sayğac yoxlanılmış və yoxlama zamanı “sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst sol küncdən deşilmişdir” müəyyən edilmişdir (həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamışdır). Faktla bağlı Cavabdeh Bakı X1 Departamentinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilərək, itirilmiş qazın miqdarı “2160 m3” həcmində müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* №-li Aktdan və “istehlakçı” İddiaçı adına olan **********00320 saylı abonent kodu üzrə tərtib edilmiş Abonentin saldosundan görünür ki, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı “2160 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 216 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı evinə quraşdırılmış sayğacın yararsız olmasını müəyyən edən Cavabdeh əməkdaşları tərəfindən iddiaçının evinə yeni sayğac quraşdırılmış və daha sonra isə vurulmuş ziyana görə xx.xx.2021-ci ildə təsdiq olunmuş akt tərtib edilərək, “sayğacın sərfiyyatı qeydə almaması” səbəbindən itirilmiş qazın miqdarı xx.xx.2021-ci il tarixli hesabatla “2160 m3” həcmində müəyyən edilərək, “istehlakçı” İddiaçı birdəfəlik 216 manat məbləğində borc hesablanmışdır. Lakin İddiaçı Cavabdeh hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Həmin Qaydaların 6.1ci bəndinə əsasən qaz paylayıcısı - istehlakçının müvafiq müraciəti olduqda, təmirprofilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusu AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda quraşdırılmış qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, istehlakçının (iddiaçının) evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qaz paylayıcısının (cavabdehin) vəzifəsi olduğu halda, sonuncu öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının (iddiaçının) təqsirini sübuta yetirmədən, istehlakçıya (iddiaçıya) qarşı tələb irəli sürmüş, yəni istehlakçıdan (iddiaçıdan) itirilmiş qaz sərfiyyatına görə pul tələb etmişdir. İddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və xx.xx.2021-ci ildə təsdiq edilmiş Cavabdeh tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yerləşən evdə yaşayan İddiaçı (abonent kodu: **********00320) hesablanmış 216 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat hissəsi Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci ildə təsdiq edilmiş Cavabdeh tərəfindən tərtib olunan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li Akt əsasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi küçəsində yerləşən evdə yaşayan İddiaçı (abonent kodu: **********00320) hesablanmış 216 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2253/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2253/2022
01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver