Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2257/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış «borcun silinməsi» tələbinə dair mülki işə 28 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus qeyri yaşayış sahəsinə qurlaşdırılmış sayğaca yazılmış 1471 (min dörd yüz yetmiş bir) manat cərimə məbləğinin qanunsuz və əsassız olduğundan silinməsini və cavabdehin üzərinə öz hesabına halhazırki sayğacın dəyişdirilərək qeyri-əhali qrupuna uyğun sayğacı iddiaçıya məxsus qeyriyaşayış sahəsinə qurlaşdırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon, Hökməli qəsəbəsində ona məxsus tikilidə quraşdırılmış sayğaca görə "xxxx"ASC-nin əməkdaşları tərəfindən əsassız olaraq yazılmış 1471 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Hökməli qəs, Koroğlu küçəsində iddiaçıya məxsus qeyri- yaşayış sahəsinə qurlaşdırılmış 515322İMİ078707 saylı sayğaca əsasən 13 ildən artıqdır ki, işıqdan istifadə edir. O, həmin sayğac qurlaşdırılan zaman qeyri-əhali üçün nəzərdə tutulmuş sayğacı tələb etmiş, lakin ona sayğacların heç bir fərqi olmadığını bildirib, ona məxsus qeyri-yaşayış sahəsinə əhali üçün nəzərdə tutulmuş sayğac qurlaşdırmışlar. Bu yaxınlarda "Azərişıq” ASC- dən iddiaçıya xəbərdarlıq gəlmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsindən istifadə etmək üçün əhali istehlakçı qrupundan, qeyri-əhali istehlakçı qrupuna keçməyini, əksi təqdirdə elektrik enerjisini kəsəcəkləri ilə xəbərdarlıq etmişlər. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki. iddiaçıya xx.xx.2016-ci il tarixli akta əsasən 1471 maııat əsassız olaraq cərimə yazılmışdır. Onun həmin cərimədən və cəriməyə görə tərtib olunmuş aktdan xəbəri olmamışdır. İddiaçı heç vaxt qanunsuz sərfıyyat etməmişdir. Bu faktı ödəniş cədvələrinə nəzərə yetirildikdə həmin illərdə olan aylıq ödənişləri də təsdiq edir. Cavabdeh orqanın iddiaçıdan həmin cərimənin ödənməsini tələb etməsi qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ona məxsus qeyri yaşayış sahəsinə qurlaşdırılmış sayğaca yazılmış 1471 (min dörd yüz yetmiş bir) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsinin iştirakını iclas zamanı təşkil etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan abunə haqqında məlumat cədvəlindən görünür ki, abonent kodu **********00409 olan İddiaçı məxsus sayğac üzrə xx.xx.2016-ci il tarixinə 1471.68 manat sayğacdankənar işlədicilər olması əsası ilə cərimə borcu yazılmışdır. İşin materiallarında olan İddiaçı aid VÖEN məlumatından görünür ki, xx.xx.2018-ci il tarixdən fərdi sahibkar statusuna malikdir. Mülki iş materiallarında olan "xxxx" ASC–nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, **********00409 abonent kodu ilə əhali istehlakçı qrupunda qeydiyyata alındığı bildirilmiş, lakin hazırkı fəaliyyətiniz qeyri-əhali istehlakçı qrupuna aid olduğundan elektrik enerjisindən qeyri-əhali abonenti kimi istifadə etmək üçün «ASAN xidmət mərkəzinə müraciət etməsi xahiş olunmuş, əks təqdirdə 3 gün sonra, xx.xx.2022-ci il tarixində əlavə heç bir xəbərdarlıq verilmədən elektrik enerjisinin verilişi dayandırılacaqdır. Beləliuklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Tağıyev X1 rayonu Hökməli qəsəbəsində özbaşına tikililərdən obyekt sahəsi kimi istifadə edir.Həmin obyekt sahəsində sayğac quraşdırılmışdır, abonent kodu **********00409 olan İddiaçı məxsus sayğac üzrə xx.xx.2016-ci il tarixinə 1471.68 manat akt əsasında cərimə borcu yazılmışdır.Həmin cərimə borcu iddiaçıdan tələb olunsa da, həmin cərimə borcunun yaranma əsasını təşkil edən akt cavabdeh tərəfindən hələ də iddiaçıya təqdim olunmamışdır, eyni zamanda iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.Məhkəmə həmçinin qeyd edir ki,cərimə borcu yazılan tarixdə iddiaçı fərdi sahibkar statusuna malik olmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi abonent kodu **********00409 olan İddiaçı məxsus sayğac üzrə xx.xx.2016-ci il tarixinə 1471.68 manat akt əsasında cərimə borcu kimi yazılmış borcun hüquqi əsası olmadığından iddia tələbi əsaslı hesab edilməli və abonent kodu **********00409 olan İddiaçı məxsus sayğac üzrə 1471.68 manat cərimə borcu **********00409 saylı abonent kodundan silinməli, iddia tələbi təmin edilməlidir. İddiaçının ödəməkdən azad edildiyi 34.71 manat dövlət rüsumuna görə pul dövlət nəfinə "xxxx" ASC-dən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri yaşayış sahəsinə qurlaşdırılmış sayğaca yazılmış 1471 (min dörd yüz yetmiş bir) manat məbləğində borc **********0409 saylı abonent kodundan silinsin. İddiaçının ödəməkdən azad edildiyi 34.71 manat dövlət rüsumuna görə pul dövlət nəfinə "xxxx" ASC-dən tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2257/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2257/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver