Məhkəmə qərarları › İş №2(012)-2259/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2259/2021

03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2259/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı və Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 Təbiyət oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Təbiyət oğlu arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, 04 aprel 2016-cı il tarixdə Cavabdeh1 MMC (əvvəlki "xxxx" MMC) ilə İddiaçı arasında “qeyri yaşayış tikintisi haqqında” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək almışdır. "xxxx" MMC (əvvəlki "xxxx" MMC) ilə X4 arasında 17 fevral 2016-cı il tarixli müqavilələr imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən 7 ədəd mənzilin tikilərək X3 verilməsi göstərilmişdir. X11 tərəfindən həmin mənzillərə görə "xxxx" MMC-yə hər hansı pul vəsaiti ödənilməmişdir. "xxxx" MMC-nin keçmiş rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin keçmiş rəhbəri X9 məhkum olunmuşdur. Həmin hökmdə X2 mülki iddiası təmin olunmuş və Qasım Məmmədovdan 156.000 manat pul vəsaitinin alınaraq ona verilməsi göstərilmişdir. Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan razılaşmaya əsasən 7 mənzilin əvəzi olaraq 156.000 manat pulun 15 oktyabr 2019-cu il tarixə qədər veriləcəyi bildirilmişdir. X11 təminat istəmişdir. Tərəflər arasında razılaşmaya əsasən 156.000 manat pul vəsaitinin təminatı olaraq İddiaçı məxsus Cavabdeh1 MMC-dən aldığı ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri yaşayış sahəsinin 100 kv.m hissəsi Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməli idi. İddiaçı əvəzsiz olaraq "xxxx" MMC-nin nümayəndəsi qismində bu razılaşmada iştirak etmişdir. Halbuki, Araz X1rşısında hər hansı bir vəsaitin ödənilməsi ilə bağlı öhdəliyi olmamışdır. 06 iyul 2019-cu il tarixdə Cavabdeh2 da iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat pul vəsaiti ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyriyaşayış sahəsinin sənədlərini İddiaçı geri qaytarmağı öhdəsinə götürmüşdür. Bütün bu danışıqlar barəsində, yəni həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanılması, həqiqəti əks etdirməməsi və pərdələnmiş əqd olması barədə Cavabdeh1 MMC-nin məlumatı olmuşdur. 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsəsi 128 kv.m olan qeyriyaşayış sahəsinin 100 kv.m olan hissəsi formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində İddiaçı aralarında olan razılaşmanın şərtlərinə əməl edərək 156.000 manat pulu Cəmil İbadullayevə verərək mənzillərin və Cavabdeh2 adına formal olaraq rəsmiləşdirilmiş ona məxsus qeyri-yaşayış sahəsinin sənədlərinin təhvil verilməsini istəmişdir. Lakin hər dəfə cavabdehlər aralarında olan razılaşmaya əməl etməkdən yayınmışlar. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh2 iltizam üzrə üzərinə götürdüyü öhdəliyin şərtlərinə əməl etməyərək, öhdəlik müddətini gözləmədən İddiaçı məxsus qeyri-yaşayış sahəsini 10 sentyabr 2019-cu il tarixdə digər Cavabdeh3 Təbiyət oğluna satmışdır. “FAM-88’' MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında həmin qeyri-yaşayış sahəsinə dair müqavilə imzalanmışdır. Halbuki, 15 oktyabr 2019-cu il tarixə qədər Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin qeyriyaşayış sahəsi digər şəxsə satıla bilməzdi. Halbuki, İddiaçı Cavabdeh1 MMC-yə Cəmil İbadullayevə ödəniləcək 156.000 manat pul vəsaitinin təminatı üçün qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razılıq verməsi barədə məlumat vermişdir. Cavabdeh2 tərəfindən İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə heç bir pul vəsaiti ödənilməmiş, müqavilə formal xarakter daşımış və İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən verilmiş iltizam bir daha təsdiq edir ki, formal olaraq Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilə və onun əsasında verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı da pərdələnmiş əqd olaraq Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında imzalanmış müqavilə üzrə mənzillərin əvəzi olaraq ödənilməli olan 156.000 manat pul vəsaitinin təminatı olduğu üçün heç bir hüquqi nəticə yaratmır və etibarsız hesab edilməlidir. Həmçinin İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3ovun adına keçirilməsini müəyyən etdikdən dərhal sonra, yəni 29.12.2020-ci il tarixdə Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 ünvanlarına pretenziya məktubu ilə müraciət edərək Cavabdeh1 MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməsi və iddiaçı Cavabdeh3 Təbiyət oğlunun iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 Təbiyət oğlu Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddiaçı Cavabdeh3 Təbiyət oğlu ilə Cavabdeh1 MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci və 3.1-ci bəndlərinə əsasən Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçı Cavabdeh3 vermişdir. 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışına görə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı qismində çıxış edən iddiaçı Cavabdeh3 tərəfindən 156.000 manat tam ödənilmiş, MMC-yə borcu yoxdur. Müqavilənin 2.1-ci bəndinin 2-ci yarımbəndinə görə bina tikilib başa çatdıqdan sonra payçıya məxsus qeyriyaşayış sahəsinin heç bir hörgü və suvaq işləri görülmədən payçıya verilməsini təmin etmək Cavabdeh1 MMC-nin vəzifəsidir. Qanunun tələbinə və müqaviləyə əsasən Cavabdeh3 qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Lakin Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına, sahəyə sahiblik və istifadə etməsinə məhdudiyyət yaratmışdır. Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan qeyd olunan qeyriyaşayış sahəsində təmir işlərinin aparılmasına maneələr yaradır. İddiaçı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən Cavabdeh2 iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaitin ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin isə həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanmasından, həqiqəti əks etdirmədiyindən və pərdələnmiş əqd olmasından məlumatlı olduğunu qeyd edir. Yəni Cavabdeh3 Təbiyət oğlu artıq 06 iyul 2019-cu il tarixdə bilmişdir ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilə başqa əqdi pərdələmiş, 156.000 manat pulun qaytarılmasının təminatı olmuşdur. İddiaçı Mülki Məcəllənin 337.3-cü maddəsinə istinad edərək 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli əmlak olan sözügedən qeyri-yaşayış sahəsi 2016-cı ildən İddiaçı məxsus olan 128 kv.m qeyriyaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv.m hissəsini Cavabdeh2 adına rəsmiləşdirsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. Bundan əlavə, müqavilənin əhəmiyyətsiz olmasına əsas hesab etdiyi iltizam İddiaçı 06 iyul 2019-cu ildən mövcud olmuşdur. İddiaçı qeyd olunan iddia ərizəsini isə 2021-ci ilin may ayında məhkəməyə təqdim etmişdir. Bununla İddiaçı qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh3 Təbiyət oğlunun iddia tələbinin təmin edilməsi və İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, təmsil etdiyi Cavabdeh1 MMC tərəflər arasında razılığın olduğunu güman edərək, iddiaçı Cavabdeh3 Təbiyət oğlu ilə 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə imzalamışdır. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, iddiaçı və Cavabdeh3 Təbiyət oğlunun iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan “İcraçı” "xxxx" MMC ilə “Payçı” İddiaçı arasında bağlanan 04 aprel 2016-cı il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 4 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 192.000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 192.000 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru X8 ünvanlanmış 06 iyul 2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 04 aprel 2016cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr qeyri-yaşayış sahəsinə ümumilikdə 192.000 manat ödəniş etməklə payçı olmuşdur. İddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinin 100 kvadrat metr olan hissəsinin Cavabdeh2 adına dəyişdirilməsini xahiş etmişdir. Hər kvadratın qiyməti 1.560 manat, qeyri-yaşayış sahəsinin ümumi qiyməti isə 156.000 manat təşkil edir. İddiaçı 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr olan qeyri-yaşayış sahəsindən 100 kvadrat metr sahəsinin Cavabdeh2 adına keçirilməsinə heç bir etirazı yoxdur. Şirkətin "xxxx" MMC-nin adından Cavabdeh1 MMC-nin adına dəyişdirilməsindən xəbərdardır və müqavilənin Cavabdeh1 MMC-nin adına yazılmasına etirazı yoxdur. İş materiallarında olan 06 iyul 2019-cu il tarixli Cavabdeh2 tərəfindən verilmiş iltizamın surətindən görünür ki, Cavabdeh2 qohumu X2 adına Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanda yerləşən 7 ədəd 2 otaqlı mənzillərin əvəzində Cavabdeh1 MMC-yə ("xxxx" MMC-yə) məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən 4-cü blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyri-yaşayış sahəsini almışdır. İddiaçı 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaiti ona və yaxud Cəmil İbadullayevə verdikdən sonra yuxarıda qeyd olunan 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “İcraçı” Cavabdeh1 MMC ilə “Payçı” Cavabdeh3 Təbiyət oğlu arasında bağlanan 10 sentyabr 2019-cu il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 4 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 156.000 manat məbləğində pulu Cavabdeh1 MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh3 Təbiyət oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 156.000 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, Cavabdeh3 İddiaçı verdiyi iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi və bunun əsasında iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X2 mülki iddiasının təmin edilərək X5 X2 xeyrinə 134.160 manat pulun tutulması hökm edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 Təbiyət oğlunun ünvanına ünvanlanmış 29.12.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 Təbiyət oğlundan dərhal 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, 04 aprel 2016-cı il tarixdə “Payçı” - İddiaçı ilə “İcraçı” "xxxx" MMC (hazırki mülki iş üzrə Cavabdeh1 MMC) arasında “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-dən (hazırki mülki iş üzrə Cavabdeh1 MMC-dən) Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 4 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsini dəyəri olan 192.000 manat məbləğində pulu ödəməklə almışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən olundu ki, "xxxx" MMC (əvvəlki "xxxx" MMC) ilə X4 arasında 17 fevral 2016-cı il tarixli 7 ədəd mənzilin alqı-satqısı ilə bağlı müqavilələr imzalanmış, müqavilə şərtlərinə əsasən 7 ədəd mənzil tikilərək X3 verilməli idi. C.İbadullayev tərəfindən həmin mənzillərə görə ödənilmiş pul vəsaiti "xxxx" MMC-nin rəhbərliyi X9 tərəfindən mənimsənildiyindən, mənzillərə görə MMC-yə pul vəsaiti ödənilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin rəhbəri X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, habelə X2 mülki iddiası təmin olunaraq X5 C.İbadullayevin xeyrinə 134.160 manat pul vəsaitinin tutulması hökm edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən olundu ki, X10 ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında 7 ədəd mənzilin əvəzi olaraq 156.000 manat pulun 15 oktyabr 2019-cu il tarixə qədər veriləcəyi barədə razılaşma olmuş, razılaşmaya əsasən 156.000 manat pul vəsaitinin təminatı olaraq İddiaçı məxsus Cavabdeh1 MMC-dən aldığı ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsi Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına 06 iyul 2019-cu il tarixdə formal olaraq rəsmiləşdirilmişdir. Həmçinin razılaşmaya əsasən 15 oktyabr 2019-cu il tarixədək 156.000 manat pul vəsaiti Cavabdeh2 və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və 100 kv.m qeyriyaşayış sahəsinin sənədləri İddiaçı geri qaytarılmalı idi və bu barədə Cavabdeh2 tərəfindən 06 iyul 2019-cu il tarixdə iltizam da yazılmışdır. 06 iyul 2019-cu il tarixli müqavilənin Cəmil İbadullayevə ödəniləcək 156.000 manat pulun təminatı olaraq bağlanılması barədə Cavabdeh1 MMC məlumatlı olmuşdur. Lakin Cavabdeh2 iltizam üzrə üzərinə 15 oktyabr 2019-cu il tarixə qədər Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq onun adına rəsmiləşdirilmiş mübahisəli qeyri-yaşayış sahəsini digər şəxsə satmaması barədə öhdəlik götürsə də, öhdəliyin şərtlərinə əməl etməyərək, mübahisəli 100 kv.m qeyri-yaşayış sahəsini 10 sentyabr 2019-cu il tarixdə digər Cavabdeh3 Təbiyət oğluna satmış, “FAM-88’' MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında həmin qeyri-yaşayış sahəsinə dair 10 sentyabr 2019-cu il tarixdə “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə imzalanmışdır. Məhkəmə tərəfindən eyni zamanda müəyyən olundu ki, 2019-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində İddiaçı aralarında olan razılaşmanın şərtlərinə əməl edərək 156.000 manatı Cəmil İbadullayevə verərək mənzillərin və Cavabdeh2 adına formal olaraq rəsmiləşdirilmiş ona məxsus qeyri-yaşayış sahəsinin sənədlərinin ona təhvil verilməsini istə də, Cavabdeh2 hər dəfə mənzillərin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı təhvil verməməklə aralarında olan razılaşmaya əməl etməkdən yayınmışdır. Sonradan Cavabdeh2 iltizam üzrə üzərinə götürdüyü öhdəliyin şərtlərini pozaraq, mübahisəli 100 kv.m qeyri-yaşayış sahəsini 10 sentyabr 2019-cu il tarixdə Cavabdeh3 Təbiyət oğluna satdığı, qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı “FAM-88’' MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında 10 sentyabr 2019-cu il tarixdə “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə imzalandığı məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsini xahiş edir. İddiaçı Cavabdeh3 Təbiyət oğlu isə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan 06 iyul 2019-cu il tarixli müqavilə öhdəliklə şərtləşdirildiyindən, İddiaçı tərəfindən öhdəlik icra edilsə də, Cavabdeh2 tərəfindən öhdəlik şərtləri pozularaq mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh3 Təbiyət oğluna satıldığından iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməlidir. İddiaçı və Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 hazırki İddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasından yalnız 2020-ci ilin dekabr ayında xəbəri olmuş və iş materiallarından göründüyü kimi, bundan bir qədər sonra - 25 fevral 2021-ci il tarixdə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yəni iddiaçı hazırki iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir. Halbuki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarında əks etdirilmiş hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları). Məhkəmə iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırda iddiaçı Cavabdeh3 Təbiyət oğlu 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilə üzrə 156.000 manat ödəməklə ünvan 4 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-dən almasına baxmayaraq, bu günə kimi həmin qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilmədiyini bildirərək, həmin qeyriyaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, proses iştirakçılarının izahatlarından, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi, İddiaçı məxsus ünvan 4 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi öhdəliklə şərtləndirilərək Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan 06 iyul 2019-cu il tarixli müqavilə əsasında formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən öhdəlik icra edilsə də, Cavabdeh2 tərəfindən öhdəlik şərtləri pozularaq mübahisəli qeyri-yaşayış sahəsi 10 sentyabr 2019-cu il tarixdə Cavabdeh3 Təbiyət oğluna satılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli, iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı, Cavabdeh1 ilə Cavabdeh3 Təbiyət oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar