Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2296/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Ağasiyeva Aysel Nasir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin Xırdalan şəhəri ETSİ tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qüsurlu elektrik sayğacının göstəricisinə görə yazılmış 2765.01 manat elektrik sərfiyyatı borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, sayğac atasının adına olmuş və anasına iddia irəli sürmək hüququ izah edilmişdir. Atası 2017-ci ildə vəfat etmiş, lakin vərəsəlik qəbul edilməmişdir. Atasının adına hər hansı bir əmlak olmamışdır. Bir avtomobil olmuşdur ki, həmin əmlak əvvəl qardaşının, daha sonra isə dayısının adına keçirilmişdir. Bu səbəbdən də, yaranmış zərurətlə əlaqədar olaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında göstərmişdir ki, borcun yaranmasına əsas olmuş səbəb elektrik enerjisindən istifadəyə görə yaranmış borcdur. Bununla bağlı akt tərtib edilmişdir ki, təqdim ediləcək sənəd yalnız həmin aktdır. X1 tərəfindən eyni məzmunlu iddia irəli sürülmüş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Əsas səbəb isə iddiaçı tərəfindən təqdim edilmiş ərizə olmuşdur. Hesab edir ki, əsas səbəb subyektiv hüququn olmamasıdır. Hazırda da hesab edir ki, iddiaçının iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Ümumiyyətlə, cavabdehlə hər hansı bir müqavilə bağlanmamış və hər hansı bir öhdəlik yaranmamışdır. İddiaçı tərəfindən isə nə faktiki, nə də hüquqi hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçının ərizəsinin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2296/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2296/2023
20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver