Məhkəmə qərarları › İş №2(012)-2313/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2313/2021

12.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2313/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı borcun silinməsi barədə iddia ərizəsinə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid elektrik sayğacının **********79 saylı kodunun onun adına keçirilməsi və həmin fərdi yaşayış evinə aid işıq sayğacının **********79 saylı elektrik sayğacına aid olan 2.212,57 manat borcun ondan tələb edilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Xırdalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid elektrik sayğacının **********79 saylı kodunun onun adına keçirilməsi hissəsinə baxılması məhkəmədənkənar qaydada həll edilməli olduğundan, iddiaçı isə bu qaydaya riayət etmədiyindən, habelə iddia tələbinin həmin fərdi yaşayış evinə aid işıq sayğacının **********79 saylı elektrik sayğacına aid olan 2.212,57 manat borcun ondan tələb edilməsinin cavabdehə qadağan olunması hissəsi isə göründüyü kimi digər tələblə birləşdirildiyindən və bu vəziyyətdə hər iki tələbə birlikdə baxılması mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6 və 152.1.7 maddələrinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır . Qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır.Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı borcun silinməsi barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının yenidən məhkəməyə müraciət etməsi ona izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar