Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2316/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evi abonent kodu: **********57200 olan onun adına hesablanmış 216 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, bildirmişdir ki, 17.02.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 216 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 17.02.2020-ci il tarixli Akta əsasən ona 216 (iki yüz on altı) manat məbləğində cərimə yazılmışdır. Həmin akta qeyd edilmişdir ki, guya o, MSK-nin 29/1710-000801 rəyinə əsasən, 1302AQ**********3 sayğacın hesablanma mexanizminin qoruyucu örtüyü üst hissədən deşici alətlə deşilib, yaddaş arxivinin oxunması mümkün olmamış və buna görə də dəymiş ziyanın hesablanması qeyd edilmişdir. O bu aktda qeyd edilənlərlə qəti şəkildə razı deyildir. Akt 2020-ci ilin fevral ayında qəbul edilsə də, onun həmin aktdan yenicə xəbəri olmuşdur. Həmin sayğac onun evindən aralıda quraşdırılmışdır. Tək onun yox, digər vətədaşlarında onun kimi eyni qaydada evindən aralıda qurraşdırılmışdır. Belə ki, evinin qaz sayğacı naməlum şəxslər tərəfindən sındıdırılması ilə bağlı polis idarəsinə və Qaz İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən ona 06.01.2020-ci il tarixli, 48 nömrəli arayış verilərək, ona məxsus sayğacın naməlum şəxs və ya şəxslər tərəfindən sındırılması göstərilmişdir. Həmin arayışı o, Polis İdarəsindən aldıqdan sonra Cavabdeh Bakı X3 Departamentinə də ərizə ilə rəsmi şəkildə müraciət etdi. Onun şikayəti əsasında məsələnin araşdırılacağını və yeni sayğac quraşdırılacağını ona bildirdilər. Lakin məsələ aydınlaşdırılmadan onun günahı olmadığı təqdirdə və bunu özləri də bildiyi halda ona 17.02.2020-ci il tarixdə akt tərtib edərək, onu cərimə etmişdirlər. O, qanunsuz və əsassız şəkildə tərtib edilmiş aktın ləğv edilməsini və ona tətbiq edilmiş 216 manat məbləğində cərimə pulunun silinməsini məhkəmə qaydasında xahiş edir. Çünki Cavabdeh İB-nin əməkdaşları onu aldadaraq, onu arxayın salaraq, guya sayğaca onun tərəfindən müdaxilə olunduğunu aktlaşdıraraq, onu cərimə ilə yüklü etmişdirlər. Bu haqsızlıqdır və onun xeyrinə müsbət həllini tapmalıdır. Qeyd etdiklərinə əsasən o, hüquqlarının bərpa olunmasında ötrü məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********57200 saylı abonent koduna tətbiq edilmiş borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən müəyyən edilmiş ümumillikdə 216 (iki yüz on altı) manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək akt əsasında hesablanmış 216 manat dəymiş ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə edərək istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qaz sayğacının çıxış plastmass borşunun deşildiyi müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Qeyd olunan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 216 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17.02.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********57200 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, 29/1710-00080-1 rəyinə əsasən, 1302AQ**********3 hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşici alətlə deşilib. Yaddaş arxivinin oxunması mümkün deyil. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 216 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 17.02.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək 216 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X4 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi etirazının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 216 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 17.02.2020-ci il tarixli, ******* saylı akt əsasında abonentə 216 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********57200 olan, Abşeron rayonu, Saray qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 17.02.2020-ci il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 216 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2316/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2316/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver