Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-232/2022 27.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun hüquqi nəticələrinin, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə təqdim edərək, X7 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsinə dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı arvadı X7 ilə birlikdə ünvan 2 ünvanında torpaq sahəsi alıb fərdi yaşayış evi tikmişlər. Torpaq sahəsi və ev arvadının adına qeydiyyata alınmışdır. Sonradan həmin evi satıb pulunu bölmək razılığına gəlmişlər. 04 may 2019-cu il tarixdə İddiaçı 4 saylı Bakı Cavabdeh2ndə ərizə yazaraq evin satılmasına etiraz etmədiyini göstərmişdir. Lakin 2021-ci ilin may ayında o, arvadından evin bu vaxtadək niyə satılmadığını soruşduqda Sevda Bayramova ona evi 13 mart 2020ci il tarixdə bağışlama müqaviləsi əsasında ilk nikahından doğulmuş oğlu Cavabdeh1 verdiyini bildirmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 həmin əmlakla bağlı Dövlət Reyestr Xidməti tərəfindən çıxarış verilmişdir. Beləliklə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib izahatında göstərdi ki, iddia ərizəsində göstərilən əmlak onunla arvadı X2 birgə mülkiyyəti olmuş, həmin əmlakın bağışlanmasına dair ondan razılıq alınmamışdır. O, əmlakın bağışlanması üçün deyil, satılması üçün razılıq vermişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, sözügedən daşınmaz əmlak anası X7 tərəfindən bağışlama müqaviləsi əsasında ona verilmişdir. Prosedur tam qanuni həyata keçirilmişdir, əks halda notariat ofisi bu hərəkətlərin aparılmasından imtina edərdi, əmlak onun adına dövlət qeydiyyatına alınmazdı. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdeh 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2016-cı il tarixdə verilmiş **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha. torpaq sahəsi X2 mülkiyyətində olmuşdur. 13 mart 2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X7 tam mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamış, müqavilə X2 əvəzinə X8 tərəfindən imzalanmışdır. 16 iyul 2019-cu il tarixli, AR-İ seriyalı, 828918 nömrəli etibarnamənin surətindən görünür ki, X7 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hüquqları X5 etibar etmişdir. AZ-T seriyalı, 000715 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 atası X9, anası X6r. “Boşanma haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə X10 arasındakı nikah 17 yanvar 1994-cü il tarixdə pozulmuş, nikah pozulduqdan sonra Sevda Qamət qızına Vəliyeva soyadı verilmişdir. AZ-İ seriyalı, 076606 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X11 22 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu zaman Sevda Qamət qızına Bayramova soyadı verilmişdir. İddiaçı 4 saylı Bakı Cavabdeh2 notariat ofisinə təqdim etdiyi 04 may 2019-cu il tarixli, **********403 nömrəli ərizədə göstərilmişdir ki, o, arvadı X4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına etiraz etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir. 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İşin faktiki halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha torpaq sahəsini tərəflər birgə nikah dövründə alqı-satqı yolu ilə əldə etdikdən sonra həmin əmlak 15 oktyabr 2016-cı il tarixdə, yəni İddiaçı ilə X2 rəsmi nikahda olduqları dövrdə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı notariat ofisinə təqdim etdiyi 04 may 2019-cu il tarixli ərizə ilə həmin əmlakın satılmasına etiraz etmədiyini bildirsə də, X1 əmlakı 13 mart 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən keçmiş nikahından doğulan oğlu Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, sözügedən əmlak birgə nikah dövründə alqı-satqı əsasında əldə edildiyindən tərəflərin birgə mülkiyyəti hesab edilir. Lakin əmlak üçüncü şəxsə bağışlandığı üçün və bağışlama əvəzsiz əqd olduğu üçün, yəni heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən həmin əmlakın bağışlanması iddiaçının mülkiyyət hüquqlarını pozmaqla gələcəkdə onu bu əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitdən faydalanmaq və bu vəsait barədə hər hansı iddia tələbi irəli sürmək hüququndan məhrum edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X7 ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına dair “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli, **********57- 10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına dair “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-232/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-232/2022
27.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver