Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2333/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi - vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh) ilə arasında 05 iyul 2016-cı il tarixdə bağlanmış 119 saylı alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən 05 iyul 2016-cı il tarixli 119 saylı müqaviləyə 1 saylı əlavənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə arasında 05 iyul 2016-cı il tarixdə 119 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 05 iyul 2016-cı il tarixli, 119 saylı müqaviləyə 1 saylı əlavə imzalanmışdır. 05 iyul 2016-cı il tarixli, 119 saylı alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır. Həmin müqaviləyə 05 iyul 2016-cı il tarixli, 119 saylı müqaviləyə 1 saylı əlavə iddiaçı tərəfindən imza edilməmişdir. "xxxx" MMC-dən iddiaçı satmaq üçün nisyə mal-material götürməmişdir. İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində) heç vaxt işləməmişdir. Həmin qeyd edilən müqavilələrə kiminsə tərəfindən imza edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.09.2019-cu il tarixli 21977 saylı rəyindən görsənir ki, 05 iyul 2016-cı il tarixli, 119 saylı müqaviləyə iddiaçı tərəfindən imza edilməmiş, başqa şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən guya iddia ərizəsində qeyd edilən mal- material verilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qeyd edir ki, guya bağlanılmış müqavilə əsasında iddiaçı tərəfindən nisyə mal-material alınmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı, heç bir qaimə-faktura təqdim edilməmişdir. Həmçinin, 16 noyabr 2017-ci il tarixli akt alqı-satqı müqaviləsi əsasında tərtib edilməlidir. Alqı-satqı müqaviləsi etibarsızdırsa, yəni iddiaçı tərəfindən heç bir müqaviləyə imza edilməmişdirsə, aktın hansı şəraitdə tərtib edilməsindən asılı olmayaraq, iddiaçı heç bir nisyə mal-material alınmamış və öhdəlik götürməmişdir. Prosessual qanunvericilikdən bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Qanunvericilikdə qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində qeyd edilən sənədlərlə bağlı mötəbər sübut təqdim etməmiş, lakin Apelyasiya İnstansiya məhkəməsi buna baxmayaraq şikayəti təmin edərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul etmişdir. Qeyd olunan müqaviləyə iddiaçı tərəfindən heç bir imza edilməmiş, heç bir nisyə mal-material götürməmiş, ümumiyyətlə belə bir müqavilənin olmasından heç bir xəbəri yoxdur. Bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Hər hansı sənədin yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənəddə aşağıdakı rekvizitlərin olması tələb olunur: - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalıdır. Lakin “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən tərtib olunan və başqaları tərəfindən imza edilən alqısatqı müqaviləsi və ona əlavə edilmiş müqavilələr qanunvericiliklə də nəzərdə tutulmuş qaydada saxtadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verib hesab edir ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(012)-1172/2021 saylı qərarından müəyyən edilir ki, "xxxx" MMC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22311,88 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borc məbləğinin illik 10 faizi miqdarında pul məbləğinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-xətşünaslıq ekspertizasının 17 sentyabr 2019-cu il tarixli rəyinə əsasən 06 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsindəki imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Bununla bərabər 16 noyabr 2017-ci il tarixli öhdəlik aktındakı imza İddiaçı tərəfindən icra edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-533/2019 saylı iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-716/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 22.311 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. “Apelyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, alqısatqı müqaviləsində olan imzanın cavabdehə məxsus olmaması onlar arasında həmin müqavilədən irəli gələn öhdəlik münasibətinin olmadığı qənaətinə gəlməyə əsas versə də, həmin müqavilədən sonrakı tarixdə, yəni 16.11.2017-ci il tarixdə bağlanmış öhdəlik aktında olan imzanın cavabdehə məxsus olması, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin və həmin münasibətlər çərçivəsində borcun yaranması qənaətini formalaşdırır. Belə olan halda tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri çərçivəsində cavabdehin borcunun olmasına dair tələb üzrə iddiaçının göstərdiyi xüsusatların əksinə olaraq cavabdehin həmin tələbə qarşı etirazının əsasları əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmədiyindən, öhdəlik aktına əsasən borcun tələb edilməsi əsaslı hesab edilməlidir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında öhdəlik münasibətlərinin olmasını 06 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsində cavabdehin adının qarşısında olan imza inkar etsə də, həmin müqavilədən sonra bağlanmış cavabdeh tərəfindən borcun olmasına dair 16 noyabr 2017-ci il tarixli öhdəlik aktının cavadeh tərəfindən imzalanması və iddiaçı tərəfin göstərdikləri xüsusatların həmin öhdəlik aktı ilə tamamlanması, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olmasına dəlalət edən hal kimi qiymətləndirməlidir. Həmin öhdəlik münasibətləri çərçivəsində yaranmış borc məbləğinin etirafı və bunun əksinə dair hər hansı sübutun təqdim edilməməsi iddiaçının həmin öhdəlik aktına əsasən borc məbləğini tələb etməkdə haqlı olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 05 iyul 2016-cı il tarixli 119 saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2020-ci il tarixli, 2(106)-716/2020 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən və həmin qətnamə halhazırda qüvvədə olduğundan hazırkı mülki işin predmeti də tərəflər arasında 05 iyul 2016-cı il tarixli 119 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavə ilə əlaqədar olduğundan, MPM-nin 261.0.2 maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2333/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2333/2021
14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver