Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-234/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı səlahiyyətli nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, ona bağ sahəsi 1992-ci ildə verilmişdir. O Qubadlıdandır, atası məcburi köçkün olaraq Bakıya gəlmişdir. Rəhimli Ədalət atasının tələbi yoldaşı olmuş, Ədalətin həyətdə mətbəxi və başqa yarımtikilisi olmuşdur. 1992-ci ildə torpaq Ədalətə verilmiş, Ədalət isə həmin yeri atasına vermişdir ki, orada yaşasın.O həmin vaxt Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə olmuş, atası isə orada məskunlaşmışdır. O döyüşdən qayıtdıqdan sonra atası bağa sənəd almış və torpağa vergi də ödəmişdir. Orada 1996-cı ildə ev tikmiş, həmin zamanlar da heç kəsin torpağa və evə sənədləri olmamışdır. O evin hasarı qaldıran zaman SOCAR-in nümayəndələri gəlmiş, hasarın qaldırılmasından başqa digər tikinti aparılmasını görməmişlər. Onun ətrafında hamı hasar tikmişdir. Onlar orada olanda heç neft şirkətinin borusu da olmamış,ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/3338 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli akta əsasən, Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə kəmərin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri massivi ünvanında Cavabdeh məxsus tikili mövcuddur. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” nın 6.3-cü bəndinə əsasən, Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci kilometrliyində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri massivi ünvanında yerləşən tikili kəmərin mühafizə zonasına düşür. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” nın tələbləri pozularaq SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri ünvanında tikili inşa edilmişdir. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə sadalanan normalara və işin faktiki hallarına uyğun olaraq belə qərara gəlir ki, iddia təmin olunmalı, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri ünvanında yerləşən tikili cavabdehin hesabına əvəzi ödənilmədən sökülməli, ərazidən çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 102 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, bağ evləri ünvanında yerləşən tikili cavabdehin hesabına əvəzi ödənilmədən sökülsün və və tikinti mal-materialları magistral neft kəmərinin mühafizə zonasından çıxarılsın. Ödənilmiş dövlət rüsumu olaraq 10 (on) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 102 (yüz iki) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN**********; müxbir hesabAZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-234/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-234/2021
08.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver