Məhkəmə qərarları › İş №2(012)-2340/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2340/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2340/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Ərizəçi faktın təsdiqinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi faktın təsdiqinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 1990-cı il 31 avqust tarixli 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq məlumat üçün Abşeron rayon Məhkəməsinə ən son xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq 2(012)- 5686/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadda müvafiq düzəlişin aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etməyi bildirilsə də, İH-nin Hüquq Şöbəsi tərəfindən verilən şifahi məlumatda mexaniki hərif səhvliyinin düzəldilməsi Abşeron RİH-nin səlahiyyəti daxilində olmadığını, məhkəmənin səlahiyyəti daxilində olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizənin mahiyyətindən göründüyü kimi, Ərizəçi X1 1990-cı il 31 avqust tarixli 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etsə də yalnız ərizəçi qismində Ərizəçi çıxış etmiş, “maraqlı şəxs” göstərilməmişdir. Bundan əlavə ərizəsinin xahiş edirəm hissəsində 1990-cı il 31 avqust tarixli 69/6 nömrəli Abşeron rayon Xırdalan qəsəbə XDS İK-nin Xırdalan südçülük sovxozunun fəhlə və qulluqçularına sovxozun rəhbərliyi və ictimai təşkilatları tərəfindən ayrılmış həyətyanı torpaq sahələrində fərdi ev tikdirmələrinə icazə verilməsi haqqında qərardadından çıxarış və Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilən yaşayış evi üçün 4123 reyestr və 197 nömrəli inventar qeydiyyat vəsiqəsi və texniki pasportunda olan mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 307.2.5. maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən olunur. Ərizəçi isə ərizədə sənədlərdə mexaniki hərif səhvinin düzəldilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsi isə göstərməmişdir. Belə olan halda ərizə qanunun tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi faktın təsdiqinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar