Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2362/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında yazılmış 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. Cavabdeh əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixdə həmin evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və bu zaman ona sayğacdan kənar xətdən istifadə etdiyi bildirilmişdir. Daha sonra onun xəbəri olmadan Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus Abşeron, 1181 Qobu qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış sayğaca dair ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, MSK 14-2-2/3-5-3534-1 rəyinə əsasən 1402 AZ/**********9 nömrəli sayğaca baxış keçirilmiş, qaz itkisi müdaxilə aşkar olunmuş və akt əsasında ona 1555,20 manat cərimə yazılmışdır. Ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca görə akt tərtib edildiyindən və həmin akt əsasında cərimə yazıldığından onun sonradan xəbəri olmuşdur. O, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında yazılmış borc məbləği ilə razı deyildir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 1555,20 manat borc tamamilə əsassızdır. Belə ki, o, akta imza etməmişdir və əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində borc köhnə sayğaca yazılmışdır. Halbuki hər 5 il müddət keçdikdən sonra sayğaclar yenilənməlidir. Qanunvericiliyin tələbləri baxımından fiziki şəxslərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Bildirir ki, sayğaca məhz onun tərəfindən müdaxilə olunması Cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, o, istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, o, qış aylarında sözügedən fərdi yaşayış evində yaşamır və aradabir həmin evə gedib-gəlir. Sayğac dəyişdirildikdən sonra təbii qazdan istifadəyə görə sərfiyyatın miqdarı 10- 25 manat məbləğində olur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, Cavabdeh əməkdaşları 17 mart 2023-cü il tarixdə İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, sayğac laboratoriyada yoxlandıqdan sonra xx.xx.2023-cü il tarixdə laboratoriya rəyi əsasında sayğaca müdaxilə aşkar edildiyindən akt tərtib edilmişdir. İddiaçının qeyd etdiklərinin əksi olaraq 2024-cü ildə ona məxsus evdə istifadə olunmuş qaz sərfiyyatının həcmi çox olmuş, bu səbəbdən iddiaçı 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə təbii qazdan istifadəyə görə 150 manat məbləğində ödəniş etmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********02010) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-3534-1 rəyinə əsasən 1402 AZ/**********9 nömrəli sayğacda qaz itkisi və müdaxilə aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********02010) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evə (abonent kodu: **********02010) 1555,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********02010) Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02010) 31 mart 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat məbləğində cərimə silinsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2362/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2362/2024
20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver