Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2366/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi, onun vəkili-nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 08 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 X7 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi ərizəsini dəqiqləşdirərək, 01 yanvar 1968-ci il tarixli icarə müqaviləsinin birinci səhifəsində qeyd olunan X7 ilə müqavilənin arxa tərəfində qeyd edilən X1 eyni şəxs, yəni X8 olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1973-cü ildə vəfat etmişdir. 1 yanvar 1968-ei il tarixdə X8 ilə müddətli icarə müqaviləsi imzalanmışdır. Sözügedən müqavilədə X1 ata adı yanlış olaraq Sadıq qeyd olunmuşdur. Buna görə də müqavilə üzrə X2 X8 ilə eyni şəxs olmasının təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi, vəkili-nümayəndəsi X9 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatdadır. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1973-cü Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0.20 ha torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Həmin müqavilənin arxa tərəfində icarədar kimi X8 qeyd edilmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, atası X6r. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 341 nömrəli məktubdan görünür ki, X1 ölümü ilə əlaqədar xx.xx.2016-cı il tarixində vərəsəsinin (Ərizəçi) ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlakın tərkibində olan ünvan 1 ünvanda yerləşən 0.25 ha olan torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Ərizəçi Abşeron rayonu, Novxanı kəndində yerləşən X3 ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 09 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. 01 yanvar 1968-ci il tarixli bağ sahələrinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilədə hüquq sahibinin ata adına münasibətdə, həmçinin sözügedən müqavilə ilə arxiv çıxarışı arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Bakı şəhər 20 saylı notariat ofisinin 20 sentyabr 2022-ci il tarixli, 341 nömrəli vərəsəlik məktubunda torpaq sahəsinin ölçüsünün düzgün göstərilmədiyi müəyyən edilmişdir. Həmçinin, hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda sözügedən bağ sahəsinə dair məlumatlar aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair texniki sənədlərin hazırkı ərizənizə əlavə edilmədiyi, həmçinin sözügedən torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, müəyyən edilir ki, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0.20 ha bağ- torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki,həmin müqavilənin giriş hissəsində, icarədar kimi X8 həmin müqavilənin arxa tərəfində qeyd edilən X8 texniki səhv olaraq qeyd edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Ərizəçi atası X6r. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0.20 ha bağ- torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin giriş hissəsində qeyd edilən X7 ilə müqavilənin arxa tərəfində qeyd edilən X1 eyni şəxs olması müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsi Baş Təsərrüfatı Tresti tərəfindən X5 0.20 ha bağ- torpaq sahəsi icarəyə verilməsinə dair 01 yanvar 1968-ci il tarixli sahələrin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin giriş hissəsində qeyd edilən X7 ilə müqavilənin arxa tərəfində qeyd edilən X1 eyni şəxs olması müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2366/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2366/2023
08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver