Məhkəmə qərarları › İş №2(012)-2389/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2389/2021

01.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2389/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması və cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı ev iddiaçının mülkiyyətindədir. Cavabdehlə aralarındakı müqavilənin 2.2.5-ci bəndinə əsasən, satıcı əmlakı 30 gün ərzində alıcıya təhvil verməlidir. Lakin cavabdeh hələ də mənzili iddiaçıya təhvil verməmişdir. İddiaçı ona məxsus mənzildən cavabdehlərin çıxmasını dəfələrlə tələb edilsə də, onlar iddiaçıya məxsus mənzildən çıxmamış və iddiaçının orada yaşamasına icazə verməmişlər. Cavabdehlər iddiaçıya məxsus mənzildən çıxmadıqlarından iddiaçı yaşayış yerindən məhrumdur. Hal-hazırda da cavabdehlərin müdaxiləsinə görə iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçə bilmir. Ona görə də, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə dair mülkiyyət hüquqlarını həyata keçirməyə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması və cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayıb üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilməyəcəyini qeyd edərək mülki iş üzrə məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək göstərmişdir ki, onunla iddiaçı arasında sözügedən evlə bağlı 25.01.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və o, evi iddiaçıya satmışdır. Ona görə də, onun və digər cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.01.2019-cu il tarixli İBO/166 №-li alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı – Cavabdeh1, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan) – İddiaçı olmaqla, satıcı – Axundov X5 rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evi 129000 manat müqabilində alıcı (ipoteka qoyan) – İddiaçı satmışdır. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 24.01.2019-cu il tarixli **********430 №-li ərizədən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evin satılmasına etiraz etmir və ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, evi heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evə xüsusi mülkiyyət hüququ İddiaçı adına 28.01.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə mənzil qanuni sahiblik hüququ ilə İddiaçı məxsus olduğundan, cavabdehlərin həmin mənzildə yaşamaları iddiaçının mənzil hüququnu və mənzillə bağlı istifadə hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdırlar. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, həmin evə dair cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olan konkret hansı hərəkətlərin edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Cəbrayıl Hüseynov küçəsində yerləşən 21 saylı evdən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar