Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1637/2023 19.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X23 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Qanuni nümayəndə, onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(027)-593/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızının və Cavabdeh6 Tural oğlunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1ində yerləşən zəbt olunmuş 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X17, X24, X10, X11 və ona- Hacıyeva (Fileydanova) Əfsanə İmamverdi qızına ünvan 1i ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. X7 həmin torpaq sahəsi üzərində ev tikmişdir. O və bacıları həmin evdə böyümüşdülər. X44 işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bundan sonra cavabdeh əmisi Cavabdeh1 ailə üzvləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evinə gələrək, heç bir yerdə yaşamağa yerləri olmadığını bildirərək qardaşlıq xatirinə bir müddət ailə üzvləri ilə onların evinə sığınmışlar. Daha sonra 14 may 2012-ci il tarixdə atası X3 Federasiyasında vəfat etmişdir. Atasının vəfatından istifadə edən cavabdehlər onların evindən çıxmamışlar. Atası öldükdən sonra onlar yaşadığları fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətindən 03 oktyabr 2018-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış alıblar. Eyni zamanda Quba regional ASAN xidmət Mərkəzində notariat ofisi tərəfindən anası X24 mülkiyyət hüququ haqqında şəhadətnamə və bütün ailə üzvlərinə atası İmamverdi Hacıyevdən miras qalmış fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Daha sonra anası X33 və bacıları X14, X18 yuxarıda qeyd etdiyi fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı bütün paylarını notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən ona bağışlamışlar. Bundan sonra yuxarıda qeyd etdiyi ünvan 1i ünvanında yerləşən 165,7 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla qeydə alınmışdır. Hazırda qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur Lakin cavabdehlər ona məxsus fərdi yaşayış evində qanunsuz şəkildə yaşamağa davam edirlər. Hətta anası Arzu Hacıyevanın belə evdə yaşamasına imkan vermirlər. Göründüyü kimi, cavabdehlər heç bir hüquqları olmadıqları halda ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib çıxmırlar. Ona görə də cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(027)-593/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onların X5 məxsus ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(027)-593/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinə dair etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən işi tam araşdırmamış və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, onlar həmin yaşayış sahəsində uzun müddət yaşamışlar. İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən torpaq sahəsinin 1997-ci ildə onun atasına verildiyini, atasının orada yaşayış sahəsini tikdiyini və bundan sonra əmisinin, yəni cavabdehlərdən Cavabdeh1 və ailəsinin həmin yaşayış sahəsinə köçərək orada yaşadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı elə məhkəmənin gəldiyi qənaətə görə həmin yaşayış sahəsi 1985- 86-cı illərdə tikilmiş və bundan sonra Bəbək Sultanov və ailəsinin həmin yaşayış sahəsində yaşaması göstərilmişdir. Əslində isə həmin yaşayış sahəsi 1960-ci ildə iddiaçının atasının və Cavabdeh1 atası X45 tərəfindən inşa edilmiş və onlar birlikdə həmin yaşayış sahəsində yaşamışlar. Daha sonra iddiaçının atası X3 Federasiyasına getmişdir. Yəni məhkəmənin araşdırması nəticəsində cavabdehlərdən Cavabdeh1 həmin yaşayış sahəsində doğulduğu andan yaşaması öz əksini tapır. Daha sonra cavabdeh ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 də həmin yaşayış sahəsində yaşamışdır. Cavabdehlərdən Qanuni nümayəndə da həmin yaşayış sahəsində doğulmuş və bu günə qədər həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlərdən Cavabdeh4 isə Qanuni nümayəndə həyat yoldaşıdır və qeyd edilən evdə yaşayırlar. Nəticə etibarı ilə qeyd edilən yaşayış sahəsinə cavabdehlərin istifadə hüququ yaranmış və onların həmin yaşayış sahəsindən çıxarılması yalnız kompensasiya ödənilməklə mümkün ola bilərdi. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddədən görünür ki, əgər şəxsin yaşayış sahəsinə istifadə hüququ varsa, o, həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarıla bilər. Hazırki iddia üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 yaşayış sahəsində doğulduğu zamandan, Cavabdeh2 Cavabdeh1lə ailə həyatı qurduğu andan, Qanuni nümayəndə isə doğulduğu andan mübahisə predmeti olan yaşayış sahəsində yaşamışlar. Nəticə etibarilə cavabdehlərin qeyd edilən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Belə ki, həmin yaşayış sahəsi Hacıyev İmamverdinin deyil, X1 olmuşdur. Hansı ki, iddiaçının özünün də qəbul etidiyi kimi o, Cavabdeh1 də atasıdır. Bu baxımdan mübahisə predmeti olan yaşayış sahəsi Hacıyev İmamverdiyə deyil, Hacıyev Musaya aid olmuş və nəticə etibari ilə Cavabdeh1 və X25 qeyd edilən yaşayış sahəsində eyni hüquqlu şəxs kimi yaşamışlar. Bu baxımdan cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququ iddiaçının X7na münasibətdə deyil, ondan da əvvəl X39 münasibətdə yaranmışdır. Daha sonra mülkiyyətçi dəyişsə belə Cavabdeh1 və onun ailəsi həmin yaşayış sahəsində istifadə hüquqlarını saxlamışlar. Onlar həmin yaşayış sahəsində uzun illər heç bir etiraz olmadan yaşamışlar. Bu baxımdan cavabdehlərə kompensasiya ödənilmədən onların yaşayış sahəsindən çıxarılması əsassızdır. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ İddiaçı X9 məhkəməyə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehlər tərəfındən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətində göstərilən hallar tamamilə asassızdır, apellyasiya şikayəti fərziyyələrdən ibarətdir. İşin həqiqi halları məhkəmə qətnaməsində öz təsdiqini tapmışdır. Əlavə olaraq apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, cavabdehlər özləri qeyd edirlər ki, yaşadıqları ev 1960-cı ildə tikilib, Cavabdeh1 həmin evdə doğulub. Lakin Cavabdeh1 1958-ci ildə doğulub. Məntiqlə hələ tikilməmiş evdə doğula bilməzdi. Əgər ev 1960-cı ildə tikilmişdirsə. Bundan başqa evin texniki pasportundan da görünür ki, ev 1978-ci ildən tikilməyə başlayıb, 1985-ci ildə tamamlanıb. Yəni evin tikilməyə başlanıldığı vaxt apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq iddiaçının babası X45 artıq vəfat etmişdir. Bundan əlava əgər cavabdehlər hələ 1997-ci ildən bu evdə yaşayırlarsa necə ola bilər ki, Aqrar İslahat aparılan vaxt evin yerləşdiyi torpaq sahəsində onların adı yoxdur? Beləliklə həmin bu ev iddiaçının atasına məxsus olmuş, cavabdehlər müvəqqəti həmin evdə yaşamışlar. Aqrar İslahat vaxtı onlara torpaq sahəsi verilmişdir. Həmçinin onların hazırda ayrıca fərdi yaşayış evləri də vardır. Beləliklə cavabdehlərin hazırkı fərdi yaşayış evinə ehtiyacları aradan qalxmışdır. Əksinə cavabdehlər iddiaçıya və atasına maxsus evdə yaşamış, evdən istifadə etmişlər. Halbuki cavabdehlər bu illər ərzində kirayədə qalsaydılar əlavə pul ödəməli olacaqdılar. Cavabdehlər görürlər ki, atalarının üç qızı var- onlar hər biri ailə qurmuşlar, bir anaları var. Yəni gələcəkdə bu ev onlara qalsın deya evdən çıxmamaq üçün bəhanələr gətirirlər. Həmçinin anası həmin evdə yaşayırdı. Lakin son illər onunla yola getmədilər, istifadə etdikləri qazın va digər kommunal ödənişlərin pulunu vermədilar. Süni münaqişə yaradaraq anasını evdən qovdular. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hal-hazırda cavabdehlər tərəfındən verilmiş apellyasiya şikayətinin məqsədi işin süni surətdə uzadılması, evdən və torpaqdan çıxmaqdan yayınmaqdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qanuni nümayəndə, onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə ünvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi ünvan 1 sakini X25 və ailə üzvləri-X33, X19, X20 və X12in mülkiyyətinə verilmişdir. İİ-BГ 762742 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Perm vilayətində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 323 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən X21 adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1043 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 vərəsələri - X33, X13, X18 və X16 hər biri miras əmlakdan 1/8 hissədə pay almalıdır. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən X21 adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1042 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 vərəsəsələri arvadı- X21, 1/2 hissədə payı müəyyən olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X21, Sanalıyeva (Hacıyeva) Aysel İmamverdi qızının, Eyyubova (Hacıyeva) Aytac İmamverdi qızının və X6 və X17 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4Ə-2703 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən göründüyü kümi, Hədiyyə verənlər- X33, X13, X4 rayonu, Amsar kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş165.7 kv.m. fərdi yaşayış evini tam mülkiyyət üzrə onlara məxsus hissəssindən hədiiyə alan Fleydanova (Hacıyeva) Əfsanə İmamverdi qızının mülkiyyətinə bağışlamışlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Fleydanova (Hacıyeva) Əfsanə İmamverdi qızının adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 341728 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən məlum olur ki, X45 X2 doğulmuş Cavabdeh1 atası hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayon Amsar kənd X42 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Amsar kəndi üzrə 2 №-li təsərrüfatbaşına kitabında vətəndaş X45 122 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş yaşayış evinin və şəxsi istifadəsində 0,13 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. X39 aid sütunun təsərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “**-Vİ-***8-ci il tarixində vəfat etmişdir” sözləri yazılmış və adının üstündən xətt çəkilərək X26 adı yazılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirmişdir ki, Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illərə aid Amsar kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında Cavabdeh1 241 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,75 ha cəmi, o cümlədən 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin təsərrüfatın “təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan tikililər” qrafasında heç bir qeyd aparılmamışdır. Ələvə məlumatlar qrafasında “0,52 ha pay torpağı alıb. xx.xx.2014” sözləri yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunur ki, arxiv sənədlərinə əsasən ünvan 1ində X34 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X25 atası X45 1978-ci ildə vəfat etdikdən sonra 1978-1985-ci illərdə (fərdi yaşayış evinin texniki pasport göstəricisinə əsasən) fərdi yaşayış evi inşa etmiş və qardaşı olan Cavabdeh1 həmin evdə yaşamasına şifahi qaydada razılıq verməklə Rusiya Federasiyasına çıxıb getmişdir. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarına əsasən X17 ailə üzvləri ilə birlikdə pay torpağı olaraq verilmişdir. X15 vəfatında sonra və müvafiq sənədləşmələr əsasənda hazırda iddiaçı X9 atası İmamverdi Hacıyevdən miras qalmış və digər payçıların bağışlamaqla özgəninkiləşdirildiyi ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kv.m fərdi yaşayış evinin yeganə mülkiyyətçisidir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində 0,75 ha cəmi, o cümlədən 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, Cavabdeh1 X25 ilə ümumiyyətlə birlikdə yaşamamış və təbii ki, onunla ümumi təsərrüfat aparmamışdır. Göründüyü kimi, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızının və Cavabdeh6 Tural oğlunun ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə hər hansı hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan cavabdehlər apellyasiya şikayəti verərək şikayətində həmin yaşayış sahəsinə istifadə hüququnun iddiaçının X7na münasibətdə deyil, ondan da əvvəl X39 münasibətdə yarandığını, daha sonra mülkiyyətçi dəyişsə belə Cavabdeh1 və onun ailəsinin həmin yaşayış sahəsində istifadə hüquqlarının saxladığını bildirsələr də, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN- 364F KOD 30307018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə ünvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi ünvan 1 sakini X25 və ailə üzvləri-X33, X19, X20 və X12in mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə olunma əsaslarına görə apellyasiya şikayətinin dəlilləri qəbul edilən deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mühahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(027)-593/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1637/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1637/2023
19.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver