Məhkəmə qərarları › İş №2(102)-1106/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1106/2024

19.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1106/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağazayid qızına, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağazayid qızına, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağazayid qızı, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğlu qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Amsar kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-1030 1 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus Quba rayonu, Amsar kəndində yerləşən zəbt olunmuş 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Quba Rayon Məhkəməsinin 2(027)-593/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə, (X2) iddia tələbi təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Amsar kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onların iddiaçıya məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

3. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və Lalə Rəhimli) cavabdehlər tərəfindən verilmiş apellyasiyaiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (Vəkil2) tərəfindən kassasiya şikayəti verilmiş və şikayətdə apellyasiya insiaysiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

6. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilmə si, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

7. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

8. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

9. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tər əfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şika yəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdırar aq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsinin surəti cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 21 oktyabr 2019-cu il tarixdə yerləşdirilmiş, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülməklə 24 yanvar 2024-cü il tarixdə verilmiş, kassasiya şikayətinə müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir.

18. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 402-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikay ətini geri qaytarmalı idi.

19. Beləliklə, qanunvericilikdə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay əti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar