Məhkəmə qərarları › İş №2(027)-212/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-212/2025

12.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-212/2025 12.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh Yarəli oğluna qarşı qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qeyri yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Yarəli oğluna qarşı qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qeyri yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 fevral 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17-06301-083001 reyestr nömrəli çıxarışa əsasən ona məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 102,5 m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququmun həyata keçirilməsinə (sahiblik, istifadə və s) Cavabdeh Yarəli oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh Yarəli oğlunun ona məxsus əşyalarla birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 fevral 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17-06301-083001 reyestr nömrəli çıxarışa əsasən ona məxsus Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 102,5 m olan qeyri-yaşayış sahəsindən çıxarılması, 01 sentyabr 2021-ci ildən məhkəmə qərarının icra olunduğu günə qədər qeyri-yaşayış sahəsindən qanunsuz istifadə edilməsinə görə ödənilməmiş qalan su, elektrik, təbii qaz və digər kommunal xərclərin, eyni zamanda tərəfindən ödənilmiş cəmi 534 manat məbləğində kommunal xərcin, ona məxsus həyətdə quraşdırılmış kustar üsulla nerjavikadan hazırlanmş soyuducuya vurulmuş 2000 manat məbləğində zərərin və ona məxsus ictimai iaşə obyektində olan məişət avadanlıqlarının-4 ədəd taxta stol, 3 ədəd dəmir stol, 1 ədəd plastik stol, 16 ədəd dəmir stul, 6 ədəd taxta stul, 24 ədəd dərin boşqaq, 36 ədəd dayaz böyük boşqab, 22 ədəd balaca boşqab, 20 ədəd süzmə boşqabı, 8 ədəd kasa, 21 ədəd armudu stəkan, 23 ədəd bakal, 30 ədəd rumka, 4 ədəd külqabı, 3 ədəd bulud, 4 ədəd şəkil, 1 ədəd yuyucu (moyka), 1 ədəd soyuducu vitrin, 1 ədəd soyuducu, 1 ədəd böyük çətir, 2 ədəd balaca sacın özünün, olmadıqda və ya yararsız vəziyyətdə olduqda həmin avadanlıqların dəyəri olan 5000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 96 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım xərcinin iş üzrə Cavabdeh Yarəli oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 fevral 2025-ci il, saat 11:00-a təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və Cavabdeh Yarəli oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Yarəli oğluna qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, qeyri yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun (GPP qəbzin nömrəsi:**********), İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar