Məhkəmə qərarları › İş №2(102)-2122/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2122/2024

10.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2122/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2122/2024 (Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qan uni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnaməsinə əssən, Quba rayon Aqra İslahat Komissiya sının xx.xx.1997-ci il tarixli 04 saylı qərarına əsasən, ünvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi ünvan 1 sakini X7 və ailə üzvləri- X11, X4, X5 və X2 mülkiyyətinə verilmişdir.

2. İmamverdi Hacıyev xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Perm vilayətində vəfat etmişdir.

3. Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən Arzu Hacıyevanın adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1043 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2012-ci il tarixdə vəfat etmiş İmamverdi Hacıyevin vərəsələri - Arzu Hacıyeva, Sanalıyeva (Hacıyeva) Aysel İmamverdi qızı, Eyyubova (Hacıyeva) Aytac İmamverdi qızı və Əfsanə Hacıyeva hər biri miras əmlakdan 1/8 hissədə pay almalıdır.

4. Quba Regional “Asan Xidmət” mərkəzin də Notariat ofisi tərəfindən Arzu Hacıyevanın adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1042 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2012-ci il tarixdə vəfat etmiş İmamverdi Hacıyevin vərəsəsələri arvadı - Arzu Hacıyevanın 1/2 hissədə payı müəyyən olunmuşdur.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165,7 kv.m. fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə Arzu Hacıyevanın, Aysel Sanalıyevanın (Hacıyeva), Aytac Eyyubovanın (Hacıyeva) və Əfsanə Hacıyevanın və İmamverdi Hacıyevin adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. 6. 18.10.2018-ci il tarixli 4Ə-2703 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Arzu Hacıyeva, Aysel Sanalıyeva (Hacıyeva), Aytac Eyyubova (Hacıyeva) ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş165,7 kv.m. fərdi yaşayış evini tam mülkiyyət üzrə onlara məxsus hissəssindən hədiyyə alan Fileydanova (Hacıyeva) Əfsanə İmamverdi qızının mülkiyyətinə bağışlamışlar.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpa q sahəsi və həmin torpaq sahəsində tikilmiş 165,7 kv.m. fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı (Hacıyeva) adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Atalığın müəyyən edilməsi haqqında AZ-İ 341728 seriya və nömrəli şəhadətnamədən müəyyən olunur ki, X23 X1 doğulmuş Cavabdeh1 atası hesab edilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayon Amsar kənd X18 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Amsar kəndi üzrə 2 №-li təsərrüfatbaşına kitabında vətəndaş Musa Hacıyev 122 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş yaşayış evinin və şəxsi istifadəsində 0,13 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Musa Hacıyevə aid sütunun tə sərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “**-Vİ-***8-ci il tarixində vəfat etmişdir” sözləri yazılmış və adının üstündən xətt çəkilərək X8 adı yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğluna (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahə sinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1ində yerləşən zəbt olunmuş 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 0 4 saylı qərarı ilə İmamverdi Hacıyevə, Arzu Hacıyevaya, Aysel Hacıyevaya, Aytac Hacıyevaya və ona ünvan 1i ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. X19 həmin torpaq sahəsi üzərində ev tikmişdir. O, və bacıları həmin evdə böyümüşlər. X22 işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bundan sonra cavabdeh əmisi Cavabdeh1 ailə üzvləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evinə gələrək, heç bir yerdə yaşamağa yerləri olmadığını bildirərək qardaşlıq xatirinə bir müddət ailə üzvləri ilə onların evinə sığınmışlar. Daha sonra 14 may 2012-ci il tarixdə atası X20 Federasiyasında vəfat etmişdir. Atasının vəfatından istifadə edən cavabdehlər onların evindən çıxmamışlar. Atası öldükdən sonar onlar yaşadığları fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerl əşdiyi 0,12 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidmətindən 03 oktyabr 2018-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış alıblar. Eyni zamanda Quba regional ASAN xidmət Mərkəzində notariat ofisi tərəfindən anası Arzu Hacıyevaya mülkiyyət hüququ haqqında şəhadətnamə və bütün ailə üzvlərinə X19dən miras qalmış fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Daha sonra anası Arzu Hacıyeva və bacıları Aysel Sanalyeva, X6 yuxarıda qeyd etdiyi fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı bütün paylarını notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən ona bağışlam ışlar. Bundan sonra yuxarıda qeyd etdiyi ünvan 1i ünvanında yerləşən 165,7 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla qeydə alınmışdır. Hazırda qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin cavabdehlər ona məxsus fərdi yaşayış evində qanunsuz şəkildə yaşamağa davam edirlər. Hətta anası Arzu Hacıyevanın belə evdə yaşamasına imkan vermirlər. Göründüyü kimi, cavabdehlər heç bir hüquqları olmadıqları halda ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib çıxmırlar. Ona görə də cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi onların ataları X12 təsərüffat hesabı əsasında məxsus olub və daha sonra özü evi bir otaq genişləndirərək ailəsi ilə orada yaşamışdır. İddiaçının nə torpağa, nə də tikintiyə heç bir hüququ olmamışdır. Torpaq islahatı zamanı ona da pay torpağı verilmişdir. Qardaşına verilən pay torpağı hazırda onun olduğu torpaq sahəsidir. İddiaçının müvafiq çıxarışı hansı qaydada əldə etməsi ona məlum deyildir. İddianın rədd edilməsini məhkəm ədən xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, mülkiyyətində ayrıca torpaq sahəsi və tikili evi vardır. İddiaçı tərəfindən müəyyən qədər ödəniş olarsa, evin sayğac və digər tamamlanmalarını etməklə ailəsi və övladları ilə evdən çıxmaqla həmin evdə yaşaya bilər. Cavabdeh1 onun atasıdır, eyni məzmunlu izahat verərək iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(027)593/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə, (X26) iddia tələbi təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət R eyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onların iddiaçıya məxsus ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İmamverdi Hacıyev atası Musa Hacıyev 1978-ci ildə vəfat etdikdən sonra 1978-1985-ci illərdə (fərdi yaşayış evinin texniki pasport göstəricisinə əsas ən) fərdi yaşayış evi inşa etmiş və qardaşı olan Cavabdeh1 həmin evdə yaşamasına şifahi qaydada razılıq verməklə Rusiya Federasiyasına çıxıb getmişdir. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarına əsasən İmamverdi Hacıyevə ailə üzvləri ilə birlikdə pay torpağı olaraq verilmişdir. İmamverdi Hacıyevin vəfatından sonra və müvafiq sənədləşmələr əsasında hazırda İddiaçı X19dən miras qalmış və digər payçıların bağışlamaqla özgəninkiləşdirildiyi ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165,7 kv.m. fərdi yaşayış evinin yeganə mülkiyyətçisidir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində 0,75 ha cəmi, o cümlədən 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Cavabdeh1 İmamver di Hacıyev ilə ümumiyyətlə birlikdə yaşamamış və təbii ki, onunla ümumi təsərrüfat aparmamışdır.

17. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə hər hansı hüququ müəyyən edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157.4, 158.1.2, 158.4, 228.1, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam araşdırmamış və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, onlar həmin yaşayış sahəsində uzun müddət yaşamışlar. İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən torpaq sahəsinin 1997-ci ildə onun atasına ve rildiyini, atasının orada yaşayış sahəsini tikdiyini və bundan sonra əmisinin, yəni cavabdehlərdən Cavabdeh1 və ailəsinin həmin yaşayış sahəsinə köçərək orada yaşadığını bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı elə məhkəmənin gəldiyi qənaətə görə həmin yaşayış sahəsi 1985-1986-cı illərdə tikilmiş və bundan sonra Bəbək Sultanov və ailəsinin həmin yaşayış sahəsində yaşaması göstərilmişdir. Əslində isə həmin yaşayış sahəsi 1960-ci ildə iddiaçının atasının və Cavabdeh1 atası Musa Hacıyev tərəfindən inşa edilmiş və onlar birlikdə həmin yaşayış sahəsində yaşamışlar. Daha sonra iddiaçının atası X17 Federasiyasına getmişdir. Yəni məhkəmənin araşdırması nəticəsində cavabdehlərdən Bəbək Sultanovun həmin yaşayış sahəsində doğulduğu andan yaşaması öz əksini tapır. Daha sonra cavabdeh ailə həy atı qurmuş və həyat yoldaşı Cavabdeh2 da həmin yaşayış sahəsində yaşamışdır. Cavabdehlərdən Qanuni nümayəndə da həmin yaşayış sahəsində doğulmuş və bu günə qədər həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlərdən Cavabdeh4 isə Qanuni nümayəndə həyat yoldaşıdır və qeyd edilən evdə yaşayırlar. Nəticə etibarı ilə qeyd edilən yaşayış sahəsinə cavabdehlərin istifadə hüququ yaranmış və onların həmin yaşayış sahəsindən çıxarılması yalnız kompensasiya ödənilməklə mümkün ola bilərdi. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadı qda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddədən görünür ki, əgər şəxsin yaşayış sahəsinə istifadə hüququ varsa, o, həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarıla bilər. Hazırki iddia üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən Bəbək Sultanov yaşayış sahəsində doğulduğu zamandan, Cavabdeh2 Cavabdeh1la ailə həyatı qurduğu andan, Qanuni nümayəndə isə doğulduğu andan mübahisə predmeti olan yaşayış sahəsində yaşamışlar. Nəticə etibarilə cavabdehlərin qeyd edilən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Belə ki, həmin yaşayış sahəsi İmamverdi Hacıyevin deyil, Musa Hacıyevin sahibliyində olmuşdur. Hansı ki, iddiaçının özünün də qəbul etid iyi kimi o, Bəbək Sultanovun də atasıdır. Bu baxımdan mübahisə predmeti olan yaşayış sahəsi İmamverdi Hacıyevə deyil, Musa Hacıyevə aid olmuş və nəticə etibari ilə Cavabdeh1 və İmamverdi Hacıyev qeyd edilən yaşayış sahəsində eyni hüquqlu şəxs kimi yaşamışlar. Bu baxımdan cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququ iddiaçının X19ə münasibətdə deyil, ondan da əvvəl Musa Hacıyevə münasibətdə yaranmışdır. Daha sonra mülkiyyətçi dəyişsə belə Cavabdeh1 və onun ailəsi həmin yaşayış sahəsində istifadə hüquqlarını saxlamışlar. Onlar həmin yaşayış sahəsində uzun illər heç bir etiraz olmadan yaşamışlar. Bu baxımdan cavabdehlərə kompensasiya ödənilmədən onların yaşayış sahəsindən çıxarılması əsassızdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 nömrəli, 19 ok tyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və Lalə Rəhimli) cavabdehlər tərəfindən verilmiş apellyasiyaiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 İmamverdi Hacıyevlə ümumiyyətlə birlikdə yaşamamış və təbii ki, onunla ümumi təsərrüfat aparmamışdır. Göründüyü kimi, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə hər hansı hüququ müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan cavabdehlər apellyasiya şikayəti verərək şikayətində həmin yaşayış sahəsinə istifadə hüququnun iddiaçının X19ə münasibətdə deyil, ondan da əvvəl Musa Hacıyevə münasibətdə yarandığını, daha sonra mülkiyyətçi dəyişsə belə Cavabdeh1 və onun ailəsinin həmin yaşayış sahəsində istifadə hüquqlarının saxladığını bildirsələr də, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-364F KOD 30307018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə ü nvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi ünvan 1 sakini İmamverdi Hacıyev və ailə üzvləri-Arzu Hacıyeva, Aysel Hacıyeva, Aytac Hacıyeva və Əfsanə Hacıyevanın mülkiyyətinə verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun əldə olunma əsaslarına görə apellyasiya şikayətinin dəlilləri qəbul edilən deyildir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.4 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, əgər şəxsin yaşayış sahəsinə istifadə hüququ varsa O, həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarıla bilər. Hazırki, iddia üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 yaşayış sahəsində yaşayış sahəsi tikildiyi andan, Cavabdeh2 Cavabdeh1la ailə həyatı qurduğu andan, Qanuni nümayəndə isə doğulduğu andan mübahisə predmeti olan yaşayış sahəsində yaşamışlar. Nəticə etibarilə cavabdehlərin qeyd edilən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Belə ki, həmin yaşayış sahəsi İmamverdi Hacıyevin deyil Musa Hacıyevin sahibliyində olmuşdur. Hansı ki, iddiaçının özünün də qəbul etidiyi kimi o, Cavabdeh1 da atasıdır. Bu baxımdan mübahisə predmeti olan yaşayış sahəsi İmamverdi Hacıyevə deyil Musa Hacıyevə aid olmuş və nəticə etibari ilə Cavabdeh1 və İmamverdi Hacıyev qeyd edilən yaşayış sahəsində eyni hüquqlu şəxs kimi yaşamışlar. Bu baxımdan cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüququ iddiaçının X19ə münasibətdə deyil, ondan da əvvəl Musa Hacıyevə münasibətdə yaranmışdır. Daha sonra mülkiyyətçi dəyişsə belə Cavabdeh1 və onun ailəsi həmin yaşayış sahəsində istifadə hüquqlarını saxlamışlar. Onlar həmin yaşayış sahəsində uzun illər heç bir etiraz olmadan yaşamışlar. Bu baxımdan cavabdehlərə kompensasiya ödənilmədən onların yaşayış sahəsindən çıxarılması əsassızdır. Həm birinci, həm də apellyaiya instansiya məhkəməsi işə baxarkən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun yaranması nüansını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 53-cü maddəsi ilə əlaqələndirərək tərəflərin birgə təsərrüfat aparmamasını əsas gətirmişdir. Bu baxımdan cavbdehlərin istifadə hüququnun yaranmaması qənaətinə gəlmişdir. Halbuki, qüvvədən düşmüş Mənzil Məclləsinin 54-cü maddəsində ailə üzvü olmayan şəxslərin belə yaşayış sahəsinə köçürülməsinin mümkünlüyü təsbit edilmişdir. Qanunvericiliyin mənasına görə mülkiyyətçinin razılığı ilə həmin yaşayış sahəsinə köçürülmüş şəxslərin isitifadə hüququ yaranır. Məhkəmə öz qətnaməsində Cavabdeh1 və ailəsinin həmin yaşayış sahəsinə İ mamverdi Hacıyeviin razılığı ilə köçməsini bildirmişdir. Bu baxımdan qeyd edilən maddənin tələblərinə əsasən belə cavabdehlərin qeyd edilən yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. İstinad edilən maddədən anlaşılır ki, mülkiyyətçinin dəyişməsi istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, yaşayış sahəsi 1960-cı ildə tikilmişdir. Daha sonra İmamverdi Hacıyevə 0,12 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında yaşayış evinə dair 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış alınmışdır. Cavabdeh1 1958-ci ildən, Digər cavabdehlər isə daha sonra həmin yaşayış sahəsində yaşamışlar və onların 1997-ci ilə qədər istifadə hüquqları yaranmşdır. 2018-ci il də çıxarışın alınması onların istifadə hüququna xitam verilməsi ilə nətəcələnməməlidir. Bu baxımdan iddia tələbi əsassızdır və rədd olunmalıdır. Apellyasiya instansiya məhkəməsi işə baxarkən yuxarıda qeyd edilmiş maddi normaları pozaraq səhv nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı təqdim edilmiş təsərrüfatbaşına kitabdan çıxarışı sübut kimi qiymətləndirməmişdir. Halbuki, həmin çıxarışda Cavabdeh1 1971-1973, 1973-1975, 1975-1977-ci illər ərzində mübahisə predemeti olan yaşayış sahəsində yaşaması qeyd edilmişdir. Məhkəmə isə buna diqqət ayırmayaraq mübahisə prdmeti olan yaşayış sahəsinin guya 1978-85-ci illər arasında inşa edildiyini bildirmişdir. Bu tamamilə səhv yanaşmadır. Həm birinci instansiya məhkəməsi həm apellyasiya instansiyası məhkəmə sinin bu sübutu görməzdən gəlməsi düşündürücüdür. Halbuki, məhkəmə qeyd edilən sübutu nəzərə alsaydı qərar tamamilə fərqli ola bilərdi. Nəticə etibari ilə qeyd edilən sübutun nəzərə alınmaması işə ən azından yenidən baxılması üçün əsasdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

31. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

32. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyi ndən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

37. Maddə 228.1. Yaşayış binası mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Maddə 228.5. Yaşayış binasının tərkib h issəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanu nlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mə hkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı təqdim edilmiş təsərrüfatbaşına kitabdan çıxarışın sübut kimi qiymətləndirməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, məhkəmələr tərəfindən fərdi yaşayış evinin texniki pasport göstəricisinə əsasən müəyyən edilmişdir ki, İmamverdi Hacıyev atası Musa Hacıyev 1978ci ildə vəfat etdikdən sonra 1978-1985-ci illərdə fərdi yaşayış evini inşa etmiş, Torpağın Mülkiyyətə verilməsinə dair JN-364F KOD 30307018 saylı şəhadətnaməyə əsasən isə, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə ünvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0,12 ha torpaq sahəsi ünvan 1 sakini İmamverdi Hacıyev və ailə üzvləriArzu Hacıyeva, Aysel Hacıy eva, Aytac Hacıyeva və Əfsanə Hacıyevanın mülkiyyətinə verilmişdir. Odur ki, kassasiya şikayətinin qeyd olunan dəlilləri iddianın rədd edilməsi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası həmçinin Sumqayıt İnzibati Məhkəməsində baxılması davam edən 2-1(118)-2852/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının davam etdiyi müddət ərzində və qərarın qanuni qüvvəsini alana qədər hazırki iş üzrə icraatın dayandırılması barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə vəkili Vəkil2 tərəfindən Ali Məhkəməyə elektron qaydada ünvanlanmış ərizəyə münasibət bildirərək qeyd edir ki, cavabdehlərin Sumqayıt İnzibati Məhkəməsinə iddiaçıya məxsus hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsinə əsas olmuş JN-364F saylı torpağın mülkiyyət verilməsi haqqında şəhadətnamənin və həmin şəh adətnamə əsasında Arzu Hacıyevaya verilmiş ********** saylı 03 oktyabr 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi ilə müraciət etmələri, hazırki iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunan inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan iş həll edilməyincə hazırki işə baxmağın mümkün olmaması kimi, Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsində nəzərdə tutulmuş, hər hansı maneə hazırda müəyyən edilmir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şika yətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həm in Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1637/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar