Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-239/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Atababayeva (Tapdıqova) Elmira Gülbala qızına, Nadirhüseynova (Tapdıqova) Əsli Gülbala qızına və Abudova (Tapdıqova) Reyhan Gülbala qızına qarşı miras əmlakda payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Atababayeva (Tapdıqova) Elmira Gülbala qızına, Nadirhüseynova (Tapdıqova) Əsli Gülbala qızına və Abudova (Tapdıqova) Reyhan Gülbala qızına qarşı miras əmlakda payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında xx.xx.1996-cı il tarixli JN-2959 KOD 30209018 reyestr nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.26 ha torpaq sahəsinin, mərhum X1 və X2 miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən etməklə mirasdan payların bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə müəyyən sənədlərin alınması zərurət yarandığından iddia ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin təmin edilməsini, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, onun ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Atababayeva (Tapdıqova) Elmira Gülbala qızına, Nadirhüseynova (Tapdıqova) Əsli Gülbala qızına və Abudova (Tapdıqova) Reyhan Gülbala qızına qarşı miras əmlakda payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-239/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-239/2024
01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver