Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2393/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi və buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunla müəyyənləşdirilmiş buraxılmış müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5nun adına olan miras əmlakın qəbul olummasında buraxılmış vərəsəlik hüququnun bərpası tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, texniki İnventarlaşdırma burosu tərəfindən verilmiş 3698 nömrəli reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vəsiqəsində göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən 30 saylı ev X18, X16, X19 və X8 adınadır. Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən 30 saylı evin XA hissəsində payı olan X20 onun atasıdır. Atası xx.xx.2011-ci tarixdə vəfat etmişdir. O ölən günə qədər Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən 30 saylı evdə qeydiyyatda olmaqla yanaşı həm də ki, həmin evdə yaşamışdır. Onlar Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən 30 saylı evdə bir yerdə yaşamışdır. Atası həmin evdə onunla yaşamasını qonşuları təsdiqli ərizə ilə də öz əksini tapmışdır. X5 vəfat etdikdən sonra o, övladı kimi atasından miras qalan əmlaka dair vərəsəlik hüququ qəbul etməmişdir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən 30 saylı evin vərəsəliyinin qəbulu ilə bağlı Abşeron Rayon 1 saylı Notariat Kontoruna müraciət etməyinə baxmayaraq notariat kontoru tərəfindən ona şifahi şəkildə imtina cavabı verilmişdir və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bu səbəbdən də buraxılmış müddətin bərpa olunmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum X5nun adına olan miras əmlakın qəbulu üçün buraxılmış müddət üzürlü hesab edilməsi və vərəsəlik hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum X5nun adına olan miras əmlakın qəbulu üçün buraxılmış müddət üzürlü hesab edilərək müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçın iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası vəfat edərkən o 5-6 yaşda olmuşdur, savadı olmamışdır. Cavabdeh ünvan 1 ünvanlanan məktublarla notariat ofisinin iş rejiminin nəzərə alınmaqla iştirakları olmadan mülki işə baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Kontorunin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X22 və X11 bildirdilər ki, ərizəçi İddiaçı onların qonşusudur, mərhum Eldar Yusifov öldükdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Z.A.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evində oğlu İddiaçı yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ 515962 saylı Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Xırdalan şəhərində ölmüşdür. Bu haqda ölüm haqqında akt qeydləri kitabında 387 nömrə ilə qeyd aparılmışdır. - AZ-İ 010978 saylı şəhadətnamənin surətindən görünür ki, X2 Zərəfşan Sadik qızından doğulmuş xx.xx.2001-cı il təvəllüdlü İddiaçı adlı uşağın atası hesab edilmişdir. - AZ-İ 129648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-cı ildə Abşeron rayonu, Xırdala şəhərində anadan olmaqla X5, anası X6r. - İşdə olan 3698 reyestr nömrəli, 256 inventar saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən, 2 otaqlı, yaşayış sahəsi 57,4 kv.metr, köməkçi sahəsi 16,2 kv.metr olan 30 saylı fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdən X21- ¼ hissə, X16 ¼ hissə, X19 ¼ hissə, X20 ¼ hissədə adlarına qeydə alınmışdır. - AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1968-ci il tarixdə Abşeron rayonunda anadan olmaqla atası X17, anası X1r. - xx.xx.2024-cü il tarixli, 812 saylı notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında qərardan görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X7 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2024-cü il tarixli ərizəni araşdıraraq, İddiaçı mirasın qəbul edilməsi barədə notariat ofisinə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə vermədiyindən və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim etmədiyindən Notariat haqqında ”Azərbaycan Respublikası Qanunun 40cı maddəsini rəhbər tutaraq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətini aparmaqdan imtina edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən, 2 otaqlı, yaşayış sahəsi 57,4 kv.metr, köməkçi sahəsi 16,2 kv.metr olan 30 saylı fərdi yaşayış evi X12, X10, X13 və X14 hər birinə ¼ hissə olmaqla adlarına qeydə alınmışdır. X20 xx.xx.2011-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində ölmüşdür. İddiaçı atası öləndən sonra da həmin evdə yaşamış lakin hüquqi savadsızlıq ucbatından mirasın qəbul edilməsi üçün vaxtında notariat kontoruna müraciət etməmişdir. Bu səbəbdən mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Abşeron Rayonu 1 saylı Notariat Kontoru xx.xx.2024-cü il tarixli, 812 saylı notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında qərarı ilə Qanunda nəzərdə tutulduğu müddətdə ərizə vermədiyini və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki sübut edən sənədlər təqdim edilmədiyini əsas gətirərək mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). 1145-сi maddəsinəəsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.12.23-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. …Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətləri etməmiş iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmiş, sonradan notariat ofisinə müraciət etsə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən imtina məktubu almış və bundan sonra müddətin bərpası üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində, eyni zamanda məhkəmə iclasında izahatında göstərdikləri əsasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən, gecikmənin səbəbi üzrlü sayılaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia tələbi təmin edilməklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən, 2 otaqlı, yaşayış sahəsi 57,4 kv.metr, köməkçi sahəsi 16,2 kv.metr olan 30 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu ilə əlaqədar buraxılmış müddət üzrlü sayılsın və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2393/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2393/2024
27.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver