Məhkəmə qərarları › İş №2(012)-2410/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2410/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2410/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X2 adına Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə verilmiş A296195 nömrəli Torpaq sahəsinin Plan və ölçüsü sənədindəki Abdullayevə Lətifə qeydinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, Beyləqan rayon İHB-nin 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə həyat yoldaşı X2 mülkiyyətinə A296195 nömrəli Torpaq sahəsinin Planı və ölçüsünə əsasən Beyləqan şəhərində 599.45 kv metr həyətyanı torpaq sahəsi verilmiş və torpaq sahəsi X9 kitabında xx.xx.2010-cu il tarixdə 1816 nömrə ilə uçota alınmışdır. Qeyd olunan Torpaq sahəsinin Plan və ölçüsündə və sənədinin adlı siyahısında o, səhvən Abdullayeva Lətifə kimi qeyd edilmişdir. Halbuki o, Ərizəçi kimi qeyd edilməli idi. Belə ki, Camalova onun qızlıq soyadıdır. O, 1987-ci ildə X4 ilə ailə qurmuş, lakin həyat yoldaşımım soyadını götürməmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahələrini sənədləşdirmək istəyirlər. Lakin Torpaq sahəsinin Plan və ölçüsündə adının digər sənədləriylə uyğunsuzluğu səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Lakin Torpaq sahəsinin Plan və ölçüsündəki səhvlik səbəbindən sənədləşmə işlərində çətinliklərlə üzləşirlər. Faktın müəyyən edilməsi onlara torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Azərbaycan SSR Jdanov Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş V-ЖГ № 275227 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X4 arasında xx.xx.1987-ci il tarixli, 66 nömrəli rəsmi nikah bağlanmış, nikahdan sonra arvadın Camalova soyadı saxlanılmışdır. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Beyləqan rayonu, Beyləqan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün X1 599,45 kv.m olan X9 kitabında xx.xx.2010-cu il tarixdə 1816 nömrə ilə uçota alınmış torpaq sahəsinin adlı siyahısında X4 ilə birlikdə onun həyat yoldaşı Abdullayeva Lətifə kimi göstərilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixdə X3 ünvanlanmış məktibdan görünür ki, torpaq sahəsinə aid A №296195 nömrəli torpaq sahəsinin DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında Abdullayeva Lətifənin dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin səhvin eyniləşdirilməsinə dair təsdiqlənmiş “Akt” sənədi təqdim edilmədiyinə əsasən icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Məlumat üçün bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq müraciətinizdə göstərilən məsələ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 307.2.5 maddəsinin tələblərinə əsasən qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət edilməsi tövsiyə olunmuşdur. -AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarına görə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Beyləqan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Beyləqan rayonu, Beyləqan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün X1 599,45 kv.m olan X9 kitabında X4 xx.xx.2010-cu il tarixdə 1816 nömrə ilə uçota alınmış torpaq sahəsinin adlı siyahısında X4 ilə birlikdə onun həyat yoldaşı Abdullayeva Lətifə də göstərilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında “Abdullayeva Lətifə” göstərilməsinə baxmayaraq, AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin ona məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hallardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında “X6” kimi göstərilmişdir. Lakin Azərbaycan SSR Jdanov Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş V- ЖГ № 275227 saylı nikah haqqında şəhadətnamədən və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. Göründüyü kimi torpaq sahəsinin planı və ölçüsündə Ərizəçi soyadı Abdullayeva göstərilsə də nikah haqqında şəhadətnamədən, şəxsiyyət vəsiqəsindən məlum olur ki, torpaq sahəsinin planı və ölçüsündə Ərizəçi soyadı yazılarkən şəxsiyyəti təsdiq edən sənədə əsasən Camalova deyil, səhvən Abdullayeva yazılması öz təsdiqini tapır. Bu isə X5 Ərizəçi ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Beyləqan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010cu il tarixli, 28 nömrəli qərarı ilə Beyləqan rayonu, Beyləqan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün ayrılmış və sahəsi 599,45 kv.m olan, X9 kitabında xx.xx.2010-cu il tarixdə 1816 nömrə ilə uçota alınmış A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında göstərilən “Abdullayeva Lətifə” AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Beyləqan rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 28 nömrəli qərarı ilə Beyləqan rayonu, Beyləqan kəndi ərazisində yerləşən təyinatı üzrə fərdi yaşayış evi tikmək üçün X3 ayrılmış və sahəsi 599,45 kv.m olan, X9 kitabında xx.xx.2010-cu il tarixdə 1816 nömrə ilə uçota alınmış A № 296195 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədinin adlı siyahısında göstərilən “Abdullayeva Lətifə” AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” ilə eyni şəxs olduğundan, həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar