Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2411/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı işə bərpa olunma, əmək haqqı və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı işə bərpa olunma, əmək haqqı və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən Bakı Mühəndislik Universitetinin Mexanika mühəndisliyi kafedrasında əvvəlki işinə bərpa etməklə, əmək haqqının tam ödənilməsi ilə yanaşı, törətdikləri cinayət əməli nəticəsində, səhhətində yaranmış problemlərin, vurulan zərərin, ailəsinə və özünə dəymiş mənəvi zərbənin qarşılığında məsuliyyət daşıyan tərəfə 30000 manat məbləğində təzminatın ödənilməsi barəsində qətnamə çıxarılmasını, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Universitetdə baş verən proseslərin araşdırılması, təhsilin inkişafına maneələr yaradan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi və təhsil sisteminin nəzarətdə saxlanılması, xüsusən ona qarşı “mobbing” fəaliyyətində olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı əmək münasibətlərindən irəli gələn mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət olunmasına dair məlumatı əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı işə bərpa olunma, əmək haqqı və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2411/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2411/2025
04.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver